66
66
Mühazirə 6
Strukturlu operatorlar. Massivlər
Plan:
1.
Strukturlu operatorlar. Mürəkkəb operatorlar.
2.
Şərt operatorları
3.
Dövr operatorları
4. Massivlər
Daxilində
başqa operatorlar olmaqla, onların ardıcıl yerinə yetirilməsini
idarə edən operatorlar strukturlu operatorlar adlanır.
Turbo Pascalda strukturlu operatorlar mövcuddur:
-
mürəkkəb operatorlar;
-
if şərt
operatoru;
-
case şərt operatoru;
-
ön şərtli WHILE dövr operatoru;
-
son şərtli repeat dövr operatoru;
-
For dövr operatoru.
Mürəkkəb operatorlar. Begin və end xidməti sözləri arasında yerləşən
operatorlar ardıcıllığı bir operatorlar sayılmaqla mürəkkəb operator adlanır.
Operatorun yazılış forması aşağıdakı kimidir:
Begin
operator_1;
operator_2;
....
operator_n;
end.
Məsələn, begin
y:=3*x+a; z:=ln(a*x+15); s:=argtan(sqrt(1-z*z)/z);
end.
67
67
if şərt operatoru. İf ( əgər) operatoru bəzi şərtlərin doğru və ya yalan
olmasından asılı olaraq operatorların yerinə yetirilməsi ardıcıllığını
dəyişir.Şərt operatorunun ümumi formatı aşağıdakı kimidir:
I IF
THEN və ya
II IF THEN ELSE ;
Burada İf (əgər), then (onda), else ( əks halda) mənasını daşıyır.
IF operatorunun birinci yazılış formasında məntiqi ifadənin qiyməti doğru
olduqda then –dən sonrakı operatorlar yerinə yetirilir, yalan olarsa, idarə if
operatorundan sonrakı operatora ötürülür.
IF operatorunun ikinci yazılış formasında operatorun yerinə yetirilməsi
zamanı əvvəlcə nəticəsi yalnız Bul tipi olan məntiqi ifadə hesablanır. Nəticənin
qiyməti doğrudursa (true) operatorlar_1, yalandırsa (false) operatorlar_2 yerinə
yetilir.
Bu operatorda aşağıdakı sintaksis xüsusiyyətlərə əməl olunmalıdır:
-
else xidməti sözündən əvvəl “;” qoyulmur;
-
Then və else xidməti sözlərindən sonra yalnız bir operator olmalıdır.
Əgər iki və daha çox operator yazmaq lazım gələrsə, onda mürəkkəb
operatordan istifadə olunur.
IF operatorunun iç- içə yazılışı aşağıdakı kimidir:
IF THEN IF < məntiqi ifadə > THEN ELSE
;
CASE şərt operatoru olmasına baxmayaraq tarixən seçim və ya variant
operatoru adlandırılıb, bu operator if operatorunun ümumiləşdirilmiş formasıdır.
Yəni operator çevirgəcin qiymətindən asılı olaraq, bir neçə əməliyyatdan birini
yerinə yetirməyə imkan verir.
Çevirgəc kimi case və of xidməti sözləri arasında yerləşən ifadədən istifadə
olunur. İfadənin nəticəsi sıra tipi olmaqla 65535- i aşmamlıdır. Operatorun ümumi
strukturu aşağıdakı kimidir:
CASE < ifadə> OF