Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə40/72
tarix04.11.2023
ölçüsü1,95 Mb.
#131175
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   72
informatika muhazireler adau aze

Funksiyalar 
Proqramlaşdırıcı tərəfindən təyin olunan funksiya başlıqdan və funksiyanın 
gövdəsindən ibarətdir. Başlıq Function sözündən, funksiyanın adından, dairəvi 
mötərizə içərisində formal parametrlərin siyahisından və funksiyanın qiymətinin 
növündən ibarət ola bilər. Proseduralarda olduğu kimi funksiyalarda da formal 
parametrlər zəruri olduğu halda yazılır: 
Ümumi formatı aşağıdakı kimidir: 


81 
81 
Function {(formal parametrlər)}:
Nəticənin növü istənilən skalyar növ və string növü ola bilər. 
Funksiyanın gövdəsinin quruluşu aşağıdakı kimidir: 
Function {(formal parametrlər)}:;forması> 
begin 
 
end; 
Funksiyaya müraciət etmə qaydası aşağıdakı kimidir: 
{(faktiki parametrlər)}; 
Proseduralarda olduğu kimi funksiyalarda da faktiki və formal parametrlərin sayı, 
növü və yerləşmə ardıcıllığı bir-birinə uyğun olmalıdır. 
funksiyanı proseduradan fərqləndirən cəhətlər aşağıdakılardır: 
-funksiyanın başlığında onun növü göstərilir. Prosedurlarda bir neçə 
dəyişənin qiyməti müraciət edən proqrama qaytarıldığı halda funksiyada ancaq bir 
qiymət – funksiyanın qiyməti müraciət edən proqrama qaytarılır. 
Funksiyanın başlığında göstərilən növ funksiyanı hesablamadan alınan 
qiymətlərinin növünə uyğun olmalıdır. 
- funksiyanın gövdəsində ən azı bir mənimsətmə operatoru olmalıdır ki, bu 
operatorun sol tərəfində funksiyanın adı göstərilsin. 


82 
82 
MÜHAZİRƏ X: TURBO PASKAL DİLİNİN QRAFİK OPERATORLARI VƏ 
ONLARDAN İSTİFADƏ QAYDALARI. 
Plan:
1.
Qrafik recimə keçid. 
2.
Qrafik recimdən istifadə qaydaları. 
3.
Sadə həndəsi fiqurların qurulması qaydaları. 
Qrafik recimə keçid. 
Bütün alqoritmik dillərdə olduğu kimi Turbo Paskal dilinin də proqram
mətn və qrafik iş rejimləri mövcuddur. Qeyd edək ki, qrafik rejimin operator və 
əmrləri ilə işləməzdən əvvəl həmin rejimə keçidi təmin etmək lazımdır. Bu 
məqsədlə hər şeydən əvvəl standart modulların elanı hissəsində yeni GRAPH 
modulunu elan etmək tələb olunur. Proqram daxilində qrafik rejimə keçidi təmin 
edəcək aşağıdakı prosedur və funksiyalardan istifadə edilir: 
Qrafik rejimə keçid aşağıdakı kimi yerinə yetirilir. Əvvəlcə adapterin qrafik 
rejimdə işləməsini təmi edən prosedur verilir. Bu prosedurun ümumi şəkli 
aşağıdakı kimidir: 
İNİTGRAPH (
Burada, 
drayver
- qrafik rejimin drayverinin tipini müəyyənləşdirən 
İNTEGER tipli dəyişəndir
rejim
- qrafik adapterin iş rejimini müəyyən edən İNTEGER tipli 
dəyişəndir; 
yol-
drayver faylının yerləşdiyi yaddaş qurğusu və qovluğu göstərən 
sətir tipli, yəni
STRİNG tipli dəyişəndir. 
Drayveri müəyyənləşdirən sabitlər aşağıdakılardan biri ola bilər: 
CONST 
Detect=0; - tipin avtomatik müəyyən olunması; 
CGA=1; 
MCGA=2; 
EGA=3; 
EGA64=4; 
EGAMono=5; 
İBM8514=6; 
HercMono=7; 
ATT400=8; 
VGA=9; 
PC3270=10; 
İstifadəçi göstərilən sabitlərdən istifadə etdiyi monitora uyğun olanı seçir və 
yuxarıdakı prosedurda 
< drayver >
əvəzinə yazır. İstifadəçi işinin asanlaşdırmaq 
məqsədilə qrafik rejimin adapterinin tipini Detect=0 qəbul etmək məsləhət 
görülür. Çünki bu halda drayverin tipi kompüter tərəfindən avtomatik olaraq 
müəyyən olunur. 


83 
83 
Qeyd etmək lazımdır ki, hər bir qrafik adapter müxtəli rejimlərdə işləyə 
bilər. Hər bir monitora uyğun olan rejimlər xüsusi sorğuda verilmişdir. Lakin 
istifadəçi əgər qrafik adapterin müəyyən edilməsi üçün Detect=o qəbul edibsə 
sadəcə olaraq rejimin tam tipli, yəni İNTEGER tipli dəyişən olmasını verməsi 
kifayət edər. Həmin dəyişən də yuxarıdakı prosedurdakı , 
 
əvəzinə 
yazılır. 
Drayverin yerləşdiyi qurğu və qovluq istifadəçi tərəfindən tapılmalıdır. 
Adətən istifadə etdiyimiz kompüterlərdə bu drayver, yəni EGAVGA.BGİ faylı C: 
qurğusunun BP qovluğunun BGİ altqovluğunda yerləşir. Yəni yuxarıdakı 
prosedurda 
< yol > 
əvəzinə 
‘C:\BP\BGI’
yazmaq lazımdır. 
Bütün qeyd olunanlardan sonra qrafik rejimə keçid yerinə yetirilməlidir. 
Keçidin düzfün olub olmamasını yoxlamaq üşçün GRAPHRESULT standart 
funksiyasının qaytardığı qiymət yoxlanılmalıdır. Əgər onun qaytardığı qiymət
grOK 
və ya
 “0” 
olarsa, deməli, qrafik rejimə keçilib, əks halda,yəni başqa qiymət 
alınarsa onda keçiddə baş verən səhv 
GraphErrorMsg (dəyişən) 
standart funksiyası 
ilə müəyyən edilərək lazımi tədbir görülür. Burad, 
dəyişən- 
GRAPHRESULT 
funksiyasının nəticəsinin mənimsədildiyi dəyişəndir. 
Qrafik rejimdə iş qurtardıqdan sonra CLOSEGRAPH proseduru ilə rejim 
bağlanaraq ondan çıxılır. Əgər istifadəçi müvəqqəti olaraq, qrafik rejimdən 
çıxıb mətn rejiminə keçmək istəyirsə onda sadəcə olaraq 
RESTORECRTMODE standart prosedurunu verməlidir. İstifadəçi qrafik 
adapterin yeni iş rejimini vermək istəyirsə onda SETGRAPHMODE (>) prosedurundan istifadə edilir. Burada, rejim yeni təyin olunan rejimin 
göstəricisidir.
Qrafik rejimdən istifadə qaydaları 
İstifadəçi istifadə etdiyi monitorun qrafik rejimdə ekranının həm üfiqi, həm 
də şaquli koordinatlarının maksimum sayını bilmək istəyirsə onda uyğun olaraq 
GETMAXX və GETMAXY standart funksiyalarından istifadə edir. Belə ki, bu 
funksiyalar uyğun şəkildə üfiqi və şaquli koordinatların maksimum sayını qaytarır. 
Qeyd: Ekranda koordinat başlanğıcı yuxarı sol künc hesab edilir. 
Qrafik rejimdə işləyərkən istifadəçiyə tez-tez lazım olan aşağıdakı standart 
prosedurları verək: 
1.
Kursorun nyeni mövqeyinin təyin edilməsi: 
MOVETO (X, Y) 
Burada, X və Y- İNTEGER tipli ifadələr olub uyğun olaraq üfiqi və şaquli 
koordinatları gğstərir. 
2.
Qrafik ekranın təmizlənməsi: 
CLEARDEVİCE 
3.
Ekranın tərəfləri nisbətini müəyyənləşdirməyə imkan verən X və Y 
oxlarına uyğun iki WORD tipli ədəd qaytarır: 
GETASPECTRATİO (X, Y) 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin