I mövzu plan Əsas anlayışlar və təriflər


§ 6.2.Sabit cərəyan xətlərində və ikinaqilli dəyişən cərəyan işıqlanma xətlərində gərginlik itkisinin və naqillərin en kəsiyinin təyin olunması



Yüklə 1,41 Mb.
səhifə46/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   40   41   42   43   44   45   46   47   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§ 6.2.Sabit cərəyan xətlərində və ikinaqilli dəyişən cərəyan işıqlanma xətlərində gərginlik itkisinin və naqillərin en kəsiyinin təyin olunması
Buraxılabilən gərginlik itkisinə görə aşağıdakı şəkildə verilmiş ikinaqilli sabit cərəyan şəbəkəsinin hesablanmasına baxaq.

Şək. 6.1. İkinaqilli xəttin sxemi.

Şək. 6.1. a)-da gərginliyi U olan mənbənin və nöqtələrindən cərəyanları olan yüklər qidalanır. Yüklər arasındakı məsafə uyğun olaraq ,naqillərdəki cərəyanlar isə -dir.

Şək. 6.1.b)-də isə bu sxem sadələşdirilərək birxətli formada təsvir olunmuşdur. Burada, naqillərdəki cərəyanların istiqaməti mənbədən yüklərə (işlədicilərə) doğru göstərilmişdir. Əks naqillər və onlardakı cərəyanlar isə göstərilməmişdir.

Om qanunundan istifadə etməklə A və n nöqtələri arasındakı gərginlik itkisini, xəttin bütün hissələrinin düz və əks naqillərdə yaranan gərginlik itkilərinin cəmi kimi təyin edə bilərik:

və ya


(6.2)

Belə ki, adətən yük cərəyanları verilir, xətlərdəki cərəyanları isə məlum olmur. Onda xətt cərəyanlarını yük cərəyanları ilə əvəz edərək Kirhofun I-ci qanununu hər bir düyün üçün yaza bilərik:



Cərəyanların bu qiymətlərini (6.1)-də yerinə yazsaq

alarıq. Şək. 6.1-ə uyğun olaraq müqavimətlərin əvəzlənməsini aparsaq,

və onu yuxarıda nəzərə alsaq, onda aşağıdakı ifadəni alarıq:

Xəttin U gərginlik itkisi ilə onun en kəsiyi F arasındakı asılılığı təyin etmək üçün (6.2) və (6.4) düsturlarında -ni aşağdakılarla əvəz edirik:



burada,li-yüklər arasındakı xəttin uzunluğu; Li-mənbədən yükə qədər olan məsafə;-naqilin hazırlandığı materialın xüsusi müqavimətidir.

Yuxarıda göstərilən dəyişiklik nəzərə alındıqda naqillərdəki cərəyanlara əsasən gərginlik itkisi üçün yaza bilərik:


və həmçinində yük cərəyanlarına əsasən gərginlik itkisini aşağıdakı kimi təyin edə bilərik:





Xəttin en kəsiyi (F) verildikdə, (6.5) və (6.6) düsturlarının köməyi ilə gərginlik itkisini təyin etmək və onu buraxılabilən kəmiyyətlə müqayisə etmək olar.

Əgər gərginlik itkisi ΔU verilmiş olarsa, onda naqilin en kəsiyinin sahəsini aşağıdakı kimi təyin edə bilərik:




Əgər gərginlik itkisinin buraxılabilən qiyməti, nominal gərginliyə-Unomnəzərən aşağıdakı kimi faizlə veriliş olarsa,

onda gərginlik itkisinin bu ifadədən alınmış aşağıdakı qiymətini:



(6.7) və (6.8) düsturlarında yerinə yazıb, alınan aşağıdakı düsturlar vasitəsi ilə naqilin en kəsiyinin F seçilməsi məsələsini xətt və yük cərəyanlarına əsasən həll etmək olar:

və ya



Hesabatlar zamanı cərəyanlardan yox, güclərdən istifadə olunması daha əlverişlidir. Tutaq ki, yüklər xətlərin gücu isə uyğun olaraq kimi verilib. Onda verilmiş bu ifadələrdən və kimi təyin edib (6.5), (6.6), (6.7), (6.8), (6.9) və (6.10) düsturlarında yerinə yazsaq, alınan düsturlar aşağıdakı formada olar:

a) gərginlik itkisini təyin etmək üçün:


b) verilmiş gərginlik itkisinə görə naqilin en kəsiyini təyin etmək üçün:





c) buraxılabilən gərginlik itkisinin %-lə verilmiş qiymətinə görə naqilin en kəsiyini təyin etmək üçün:




Yuxarıda verilmiş bütün düsturlarda aşağıdakı ölçü vahidlərindən istifadə edilir: cərəyanlar-[A], yüklər-[Vt], gərginlik-[V], uzunluq-[km], xüsusi müqavimət-[ommm2/km] və naqilin en kəsiyi-[mm2]. Əgər, xüsusi müqavimət-[ommm2/m] ilə ifadə olnarsa, onda uzunluq metrlə nəzərə alınmalıdır.

Gərginlik itkisini və naqillərin en kəsiyinin seçilməsi düsturları təkcə sabit cərəyan xətləri üçün yox, aktiv yüklü ikinaqilli dəyişən cərəyan xətləri üçün də istifadə edilə bilər.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin