I mövzu plan Əsas anlayışlar və təriflər



Yüklə 1,41 Mb.
səhifə44/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   40   41   42   43   44   45   46   47   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

Gərginliyin meyli; Şəbəkənin ayrı-ayrı düyünlərində yüklərin, qidalanma mənbələrinin iş rejimlərinin və təlabatçıların yükünün dəyişməsi nəticəsində yaranan və həmin proseslərin yavaş-yavaş ötüb keçməsi ilə xarakterizə olunan və bunun nəticəsində də il, hətta sutka ərzində şəbəkənin ayr-ayrı nöqtələrində gərginliyin nominal qiymətindən kənara çıxması, onun meyli adlanır;

  • Gərginliyin rəqsi; Şəbəkənin normal iş rejiminin kəskin pozulması zamanı, gərginliyin qısamüddətli dəyişməsi ilə xarakterizə olunan və tez bir zamanda ötüb keçən proses, gərginliyin rəqsi adlanır. Məsələn, böyük güclü elektrik qəbuledicilərinin qoşulması, onların dəyişkən iş rejimi, şəbəkədə baş verən qısa-qapanmalar və s.

    Qeyd: Elektrik enerjisi qəbuledicilərinin normal işini təmin etmək üçün həmin qəbuledicilərə, qiymətcə onların nominal gərginliyinə bərabər və ya ona yaxın, gərginlik vermək lazımdır.

    Əgər gərginliyin qiyməti, nominal qiymətindən nəzərəçarpacaq dərəcədə meyl edərsə, onda elektrik qəbuledicilərinin normal işi pozula bilər. Məsələn, közərmə lampasının gərginliyi 10% azaldıqda, onun parlaqlığı təxminən 20 % azalır. Ancaq gərginlik nominal qiymətindən 5% artıq olarsa, onda lampanın işləmə müddəti təxminən iki dəfə azalar. Mühərriklərdə, məlum olduğu kimi fırladıcı moment gərginliyin kvadratı ilə düz mütənasibdir. Elə buna görədə gərginliyin nominal qiymətdən aşağı düşməsi işçi mexanizmlərin məhsuldarlığını əhəmiyyətli dərəcədə azaldır və ya nominal yükdə mühərriklərin cərəyana görə artıq yüklənməsinə gətirib çıxarır. Eyni zamanda qurğunun güc əmsalı da (cos) azalır.

    Gərginliyin meyli və ya rəqsi aşağıdakı kimi faizlə ifadə olunur:

    EAQQ-nda gərginlik üçün aşağıdakı buraxılbilən meyletmə hədləri müəyyən edilmişdir:


    1. mühərriklərin sıxaclarında gərginliyin nominal qiymətdən buraxılabilən meyletməsi  5 %-dən artıq olmamalıdır. Elektrik stansiyasının xüsusi sərfiyyat mühərrikləri üçün isə gərginliyin buraxılabilən meyli (-5 ÷ +10 )% intervalında olmalıdır.

    2. Sənaye müəssisələrinin və ictimai binaların daxilində quraşdırılan, həmçinin də xarici işıqlanma üçün nəzərdə tutulmuş projektor qurğularında gərginliyin nominal qiymətindən buraxılabilən meyletməsi 2,5%-dən artıq olmamalıdır. Yaşayış binalarından aralıda quraşdırılmış işıqlandırıcılarda, qəza işıqlanmasında və xarici işıqlanmada 5 %-dən artıq olmalıdır.

    c) lampalarda qəza rejimləri zamanı gərginlik 12 %-dən çox aşağı düşməməlidir.

    En kəsiyinin sahəsi iqtisadi cərəyan sıxlığına görə seçilmiş, gərginliyi 35 kV olan hava elektrik veriliş xətləri, kənd yerlərində təlabatçıların sıxaclarındakı nominal gərginliyin -10%-dən +7%-ə qədər meyl etməsini təmin etməlidir.

    Gərginliyin yuxarıda göstərilən hədlərdən kənara çıxmamasını təmin etmək üçün, elektrik şəbəkələrində aşağıdakı tədbirlər görülür:


    • Transformator dolaqlarındakı və şəbəkədəki gərginlik itkisini nəzərə alan transformasiya əmsalına malik transformatorlar quraşdırılır. Bundan əlavə transformasiya əmsalını müəyyən hədlərdə dəyişdirmək üçün transformatorun yüksək gərginlik dolaqları ayrılmalarla (çıxıntılarla) təchiz edilir;

    • Stansiyanın yüksəldici yarımstansiyalarında və rayon yarımstansiyalarında yük altında tənzim oluna bilən transformatorlar, həmçinində şəbəkədə gərginlik itkisini kompensasiya edən digər qurğular quraşdırılır;

    • Təlabatçıları qidalandıran şəbəkənin sxemi, nominal gərginliyi və xətt naqillərinin en kəsiyi elə seçilməlidir ki, onlardakı gərginlik itkisi buraxılabilən həddi keçməsin.

    Şəbəkələrin gərginlik itkisinə görə hesablanması məsələsi yuxarıda göstərilən bütün faktorları nəzərə almaqla təlabatçıların sıxaclarındakı gərginliyin səviyyəsini, xətlərdəki sutkalıq yük rəqslərini və qidalandırma mənbələrinin gərginliklərini təyin etməkdən ibarətdir.


    Yüklə 1,41 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   40   41   42   43   44   45   46   47   48




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin