I. Psixologiya metodik problemləri və elmi düşüncə standartları


III. Təcrübə və müşahidə psixoloji tədqiqatın əsas metodları kimi



Yüklə 74 Kb.
səhifə3/11
tarix10.01.2022
ölçüsü74 Kb.
#106052
1   2   3   4   5   6   7   8   9   10   11
III. Təcrübə və müşahidə psixoloji tədqiqatın əsas metodları kimi

Müşahidə psixologiyanın əsas tədqiqat metodu kimi . Müşahidənin növləri. Daxil edilmiş və ya daxil edilməmiş müşahidə . Sistemli olmayan və sistemli. Müşahidə üsulu ilə tədqiqat proseduru. Müşahidənin predmetinin və obyektinin müəyyən edilməsi (davranış); müşahidə və məlumatların qeydiyyatı üsulunun seçilməsi, müşahidə planının hazırlanması, nəticələrin emalı üsulunun seçilməsi; alınan məlumatların emalı və interpretasiyası. İntrospeksiya subyektiv tədqiqat metodu kimi . Müşahidə metodunun üstünlükləri və çatışmazlıqları.

"Dar" və "geniş" mənada təcrübə anlayışı. Təcrübənin psixoloji tədqiqatın digər metodlarından fərqi. Psixologiyada təcrübənin növləri. Təbii, süni və ya laboratoriya təcrübələri. Təcrübəl tədqiqatlarının dəyişənləri. Asılı, asılı olmayan, əlavə və yan dəyişənlər. Cempbellə görə əsl təcrübənin əsas meyarları və sxemləri. Təcrübə və ya ən azı bir nəzarət qrupunun olması; ekvivalent qrupların yaradılması strategiyasından istifadə etmək; müqayisə üçün ən azı bir ilkin və bir yekun test aparılması. Psixoloji təcrübənin onu fizikada və digər təbiət elmlərindəki aparılan təcrübələrdən fərqləndirən spesifikliyi. Təcrübənin aparanın və təcrübədən keçənin şəxsiyyətlərinin eksperiment şəraitinə təsiri. Eksperiment tədqiqatının əsas mərhələləri Eksperimentin sxemi. (təcrübənin başlanması, problemin qoyulması, xüsusi elmi ədəbiyyatın öyrənilməsi, eksperimental fərziyyənin formalaşdırılması, eksperimentin məqsəd və vəzifələrinin formalaşdırılması, asılı dəyişənin ölçülməsi metodikasının müəyyən edilməsi, eksperimentin planlaşdırılması, seçimin formalaşdırılması, eksperimental nümunələrin sayının müəyyən edilməsi, eksperimentin aparılması, eksperimentin təhlili, hesabatın tərtib edilməsi) Eksperimental araşdırmanın hesabatlarının növləri. Hesabatın bölmələri və hər bölmənin məzmunu: Giriş; tədqiqatın nəzəri hissəsi. Praktiki (empirik) hissə: Təcrübənin təşkilinin və metodikasının təsviri; nəticələrin psixoloji təhlili; eksperimental hipotezlə bağlı nəticələr. Nəticə Biblioqrafiya. Əlavələr.

Təbii eksperiment, "real dünyanı " təkrarlayan təcrübə kimi. Belə təcrübənin üstünlükləri və çatışmazlıqları. Təbii təcrübəni planlaşdırılması. Təbii stəcrübədə daxili validliyini təhdid edən amillər. Təbii eksperimentin daxili validliyinin artırılması üsulları. Süni eksperiment, "real dünyayı yaxşılaşdıran" təcrübə kimi. Onun üstünlükləri və çatışmazlıqları . Belə təcrübələrə müraciət edilməsinin səbəbləri. Süni təcrübənin xarici validliyinin artırılması üsulları

Kvazi-təcrübə psixologiyanın tədqiqat metodu kimi. Bərabər olmayan nəzarət qrupu üçün olan planlar. Ekvivalent olmayan nəzarət qrupları üçün olan planlarda validlik üçün təhlükələr. Arası kəsilən vaxt seriyası ilə planlar. Kvazi-eksperimental tədqiqatın üstünlükləri və çatışmazlıqları .


Yüklə 74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin