Dördüncü sinifdə mahnı oxuma. Dördüncü sinifdə mahnı oxumanın vəzifəsi musiqiyə daha dərindən qulaq asma və dinləmə vərdişinin formalaşması habelə təzadlı və ya biri birinə bənzər musiqi əsərlərinin qarşılaşdırılması yolu ilə ayrı-ayrı əsərlərdəki xüsusiyyətlərin büruzə verilməsi ilə bağlıdır. Əvvəlki sinifdə olduğu kimi, oxu vəzifələri səsəmələgəlmə, tələffüz, təmiz unison, ansambl və ikisəslikdə tonların, səslənmənin uyğunluğunu diqqət mərkəzində saxlayır. Bununla yanaşı,vokal-xor vərdişlərinin daha da möhkəmləndirilməsi və inkişafı üzərində işin daha mürəkkəb material əsasında aparılması da burada nəzərdə tutulur.
Yenə də oxu vəzifələrin möhkəmləndirilməsi üzrə işin mərkəzində kantilen səlis oxuma vərdişinin möhkəmləndirilməsi məsələsi qarşıya qoyulur. Həmin məsələnin həlli ilə paralel olaraq məktəblilər ayrı-ayrı xalqların musiqisində ümumiliyi və müxtəlifliyi dərindən mənimsəyərək, musiqi üçün keçilməz sərhəd olmadığı qənaətinə gəlirlər.
Lakin, mahnı oxuma işi tək kantilen oxuma ilə məhdudlaşmır. Dördüncü sinifdə məktəblilər üçün mahnı repertuarı həm də yüngül, cəld, enerjili və dolğun səslənmə üzərində işin aparılmasını nəzərdə tutur. İfa baxımından çətin olan mahnılarda geniş diapazona malik olan, sərbəst nəfəsalma tələb edən, habelə həcmcə böyük frazalara, ibarələrə rast gəldikdə müəllim sinfin oxuma inkişafından, hazırlığından asılı olaraq köməkçi terminlər əlavə edə bilər. Həmin terminlərin oxunuşu məktəblilərə iki səsin bir saitə oxunmasında, mürəkkəb ritmik şəklin ifasında yardım göstərməlidir.
Dinləmə üçün nəzərdə tutulmuş əsərlərin melodiyaları və ayrı-ayrı epizodlarının oxunması da olduqca böyük əhəmiyyətə malikdir. Burada nəinki daha dərin qavrayışa imkan yaranır, hətta musiqi mövzusunun xarakteri məktəblilərin öz oxumaları zamanı daha aydın və emosional şəkildə duyumlu olaraq dərk edilir. Lakin həmin mövzu və epizodların oxunuşu da mütləq ifadəli və gözəl alınmalıdır. Müəllimin özünün melodiyanın hası ifa ilə və necə alınması haqqında aydın təsəvvürü olmalıdır. Əgər ədəbi mətnli fraqment musiqi parçası oxunmalıdırsa, sözlərin tələffüzündə xüsusi diqqət yetirmək lazımdır. Burada sözlərin tələffüzü nəinki aydın və təmiz olmalı, ifa olunan epizodun xarakteri ilə uyğunlaşmalıdır.
Öyrənilən mahnının musiqi obrazının məktəblilər tərəfindən dərk olunması ifadəli oxunuşa kömək edir. Əvvəlki illərdə alınan biliklər burada dərinləşdirilir. Bu baxımdan ibarə-frazaların quruluş qaydalarının, o cümlədən təkrarlamqa, təzadlıq, variantlıq, habelə dinamk inkişaf, yüksəliş kilminasiya haqqında anlayışlarının məktəblilər üçün olduqca önəmlidir.
Dostları ilə paylaş: |