IV sinif mahnı repertuarından musiqi dinləmək.
İxtisas: İSM
Kurs: I
Fənn: Musiqi və onun tədrisi metodikası
Mövzu: DÖRDÜNCÜ SİNİFDƏ MUSİQİ SAVADI VƏ MUSİQİ TƏLİMİNİN MƏZMUNU
Ədəbiyyat siyahısı:
1.Nilufər Sultanova. Musiqi və musiqinin tədrisi metodikası. Bakı-2007.
2.O.V.Apraksina.Musiqi tərbiyəsi məktəbdə.Moskva,1982.
3.O.Rəcəbov,V.Xəlilov, S.Ağayeva. Musiqi.
4.X.Qədimova "İnteraktiv təlim metodları və onların yolları". Bakı, 2003.
İbtidai sinif müəlliminin stolüstü kitabı. Bakı, 2001.
4.İbtidai siniflər üçün musiqi dərslikləri.
Müəllim: Babyeva Məhəbbət. e-mall adresi: Mehebbetteacher@gmail.com
Plan
11. DÖRDÜNCÜ SİNİFDƏ MUSİQİ SAVADI VƏ MUSİQİ TƏLİMİNİN MƏZMUNU
Dördüncü sinifdə məktəblilərin aldıqları bilikləri cəlb etməklə, müntəzəm olaraq musiqi eşitmə qabliyyətinin hərtərəfli inkişafına, musiqi eşitmə təsəvvürlərinin formalaşmasına xüsusi diqqət yetirilməlidir.
Mahnı xuma prosesində onun səslənməsində, obrazlarının inkişafına diqqət yetirərək, musiqi savadı elementlərindən istifadə etmək və əsas melodiyanı notla yazmaq məqsədəuyğun sayılır.
Notla oxuma vərdişinə yiyələnmə zamanı şagirdlər obrazın mahiyyətini dərindən dərk edir, daha şüurla, emosional şəkildə mahnını ifa etməyə alışırlar. Bu zaman təmiz intonasiya etmə, oxuma ifadəlik üzrə iş ilə birləşərək, təbii olaraq uşaqlarda musiqiyə estetik münasibətin inkişafına xidmət edir.Beləliklə, alınmış biliklər burada məqsəd kimi deyil, əsərin estetik həyəcanının zəruri hissəsi kimi çıxış edir. Marş xarakteri mahnılar da təsadüf edilən puktirli ritmi məktəblilərə izah etdikdə yenə də not yazısına müraciət etmək gərəkdir. Müəllim mahnının ritmik şəklini yazır və uşaqların diqqətini nöqtəli notlara yetirir. Nöqtəli notların oxunuşunda uzun səsin imkan daxilində uzanmasını, qısa səsləri isə olduqca qısa, qırıq olaraq oxumaq lazımdır. Burada uzun səslərinin axarlığı sanki kəsilməməli, qısa səslərin qırıqlığı isə marş üçün xarakterik olan fəallığı, əlavə edir.
Digər çətinlik mahnılarda rast gələn interval sıçrayışları ilə bağlıdır. Bəzən melodiyanın quruluşu kvarta, kvinta, seksta kimi geniş intervallar üzrə olduğundan onu oxuyarkən şagirdlər səsləri ucadan qışqırırlar. Belə intervalların oxunması üçün intervalın mahiyyətini məktəblilərə düzgün başa salmaq, onu lazım gəldikdə ayrılıqda oxumaqla məktəblilərə izah etmək olduqca önəmlidir. Eləcə də interval sıçrayışları daha ağır tempdə oxunarsa, bu kimi çətinliklərin aradan götürülməsinə zəmin yaranır.
Dördüncü sinif mövzu dairəsi geniş olduğundan burada cürbəcür materialların daxil olmasına imkanlar açılır. Proqramda xalq musiqisi, xalqmahnıları, müxtəlif forma və janr rəngarəngliyilə seçilən klassik və müasir bəstəkarlarının yaradıcılığı öz əksini tapmışdır. Eyni zamanda şagirdlər qarşısına qoyulan tapşırıqlar da kifayət qədər müxtəlifdir. Səciyyəvi haldır ki, proqramda əsərlərin çoxu ifa etmə və dinləmə üçün nəzərdə tutulur. Yəni ki, elə əsərlərin bir qismini məktəblilər əvvəlcə dinləyir, kiminsə ifasında tanıyandan sonra artıq özləri oxuyub, onu ifa edirlər. Digər hallarda isə məktəblilər əsərin mövzu ya melodiyasını, və ya hər hansı epizodunu əvvəl oxuyur, sonra isə əsəri bəstəkar tərəfindən əvvəlcədən müəyyən edilmiş ifada qulaq asırlar.
Beləliklə, məktəblilərin musiqi inkişafı və tərbiyəsi dinləmə və ifa etmənin vəhdəti şəklində musiqi savadının bilavasitə nüfuz etməsilə gerçəkləşir.
Musiqiyə maraq və məhəbbətin formalaşması, onunla cəzb olunma təlim tərbiyə işini vahid bir prosesdə birləşdirir.
Dördüncü sinifin musiqi proqramı əvvəlki illərdə bu və ya digər dərəcədə toxunulmuş məsələlərin mürəkkəbləşdirilməsi istiqamətini davam etdirir.Məktəblilər artıq həyatala əlaqəsini və həyatı əks etdirməsini dərk edərək, habelə musiqinin həyatın bir hissəsi olduğunu və hər xalqinöz musiqisinə malik olduğunu da başa düşürlər.
Dördüncü sinifdə musiqi proqramının məzmunu tədris ili boyu aşağıdakı mövzular əsasında qurulur.
Birinci yarımildə:
I rüb- Mənim xalqımın musiqisi:
II rüb- Mənim xalqımın musiqisi ilə dünya xalqlarının musiqisi arasında keçilməz sərhədlər yoxdur.
İkinci yarımildə:
III rüb- Dünya xalqlarının musiqisi arasında keçılməz sərhəd yoxdur;
IV rüb- Bəstəkar, ifası,dinləyici.
Proqramda birinci rübbün ilk dərslərindən verilən əsas müddəalardan birixalq musiqisininbəstəkar yaradıcılığının bünövrəsi olduğunu və bəstəkar musiqisinin xalq yaradıcılığından bəhrələnməsi haqqındadır. Xalq və bəstəkar musiqisi haqqında məktəblilərə əlverişli məlumatın verilməsi əsas məsələlərdən biridir.
Bədii təfəkkürün, yaradıcılıq nümunələri ilə dünyanı heyran qoyan Azərbaycan xalqının çox böyük dəyəri ilə seçilən musiqi folkloruna malik olması proqramda qeyd edilir. Hələ çox qədim zamanlarda musiqi məktəblərinin, hətta ümumtəhsil məktəblərin, habelə bəstəkarların olmadığı dövrdə xalqın istedadlı sənəkarlarının –aşıqların, xanəndələrin, çalğıçıların yaratdıqları mahnıların, el havalarının, muğamların geniş yayılması nəsillərdən-nəsillərə ötürülməsi, Bülbülün, görkəmli bəstəkarlardan Müslüm Maqamayev, Asəf Zeynallı, Səid Rüstəmov, Tofiq Quluyev və başqalarının bu sahədə əvəzsiz rolu proqramda qeyd edilir. Onların misilsiz xidmətləri nəticəsində bir-birindəndəyərli xalq musiqi nümunələri əbədiyaşarömür qazanmışdır. Azərbaycan bəstəkarları həmin çeşmədən faydalanaraq musiqinin müxtəlif janrlarında yeni-yeni əsərlər yaratmışlar.
Dördüncü sinifin birinci rübbündə yeri gəldikcə zəngin və qədim tarixə malik olan Azərbaycan xalq musiqi folkloru nümunələri əsasında bəstəkarlarımızınyazdıqları əsərlərə diqqət yetirilməsi vurğulanır.Həmin əsərin milli və bəsəri dəyərlərə malik olması, dünyada tanınması, nəsillərin mənəvi - estetiktərbiyəsində mühüm rol oynaması da burada qeyd edilir.
Birinci rübbdə xalq musiqinin xüsusiyyətlərinin aşkar edilməsi zamanı vurğulanır ki, öz zənginliyi və rəngarəngliyilə fərqlənən xalq musiqi numunələri müxtəlif olduğuna görə çox mürəkkəbdir. Təbii ki, həmin məsələnin həlli yalnız ümumi şəkildə, muxtəsər olaraq dərs vaxtı çərçivəsidə qarşıya qoyula bilər. Lakin musiqi müəllimi hər dərsdə, musiqini qavrama, oxuma, alətdə ifa etmə zamanı onu daima diqqət mərkəzində saxlayarsa, musiqi təhsilinin bünövrəsini lazımı şəkildə qoyulmasını təmin edə bilər.
Birinci yarımilin son mövzusu ilə ikinciyarımilinbirinci mövzuları musiqinin insana lazım olduğunu təsdiqləyərək, onun insan həyatının müxtəlifliyini, sevinc və kədəri, insanın düşüncələrini, təbiət obrazlarını, ictimai və şəxsi hadisələri əks etməyə qadir olduğunu da vurğulayır. Buna görə də ayrı-ayrı xalqların qəhramanı, lirik, məhzhəkəli və digər xarakterli mahnıları , müxtəlif növlü rəqsləri var.
Lakin, hər bir xalqın musiqisi öz fərqləndirici xüsusiyyətlərə malikdir, onları bilib tanımaqla biz özümüz zənginləşirik. Əlbəttə ki, dördüncü sinif şagirdləri bütün xalqların musiqi xüsusiyyətlərini mənimsəyə bilməzlər, lakin onlar daxilən də olsa, Azərbaycan musiqisini eyni xarakterli rus, gürcü, moldov xalq mahnısı ilə çaşdırmazlar. Əlbəttə, həmin xalqların musiqisinə xas olan lad quruluşu, metroritm, xromatik ardıcıllıq xüsusiyyətlərini məktəblilərə göstərmək olar. Əsas odur ki, musiqi dinləmə və oxuma zamanı, musiqi təsəvvürlərinin yığılması prosesndə onlar musiqinin xalqların yaxınlaşmasına xidmət edəcəyini başa düşsünlər.Məktəblilər dərk etməlidirlər ki, rus bəstəkarı Azərbaycan xalq mahnısı mövzusuna, alman bəstəkarı fransız xalq mahnısı mövzusuna musiqi yaza bilər.
Dördüncü sinfin son mövzusu “Bəstəkar, dinləyici” adlanaraq birinci sinifin ilk dərsində qaldırılan mövzunu yeni mərhələ üzrə işıqlandırır. Həmin cəmləşdirici mövzu uşaqlara təhsil aldıqları dövrdə musiqi həyatlarına daxil olan yeni hiss,həyəcan, düşüncələrin əhəmiyyətini dərk etməsində yardım göstərməlidir.
Burada məktəblilər tərəfindən musiqinin qavrayışı hər zaman onun bəstəkarı, ifaçısı kim olduğu və necə ifa etməsi haqqında düşüncə və təsəvvürlərin yaranması üçün müəllim səy göstərməlidir. Eyni zamanda musiqinin ifası şüurlu qavrayışla əlaqələndirilməli, ifanın keyfiyyəti dərk olunmalıdır.
IV sinifin sonunda şagird:
-xalq musiqisi və professional musiqi haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
-musiqi alətləri və musiqi kollektivləri haqqında biliklərə malik olduğunu nümayiş etdirir;
-musiqi alətlərini və musiqi kollektivlərini sadalayır;
-mahnının melodiyası ilə mətnin uyğunluğunu aydınlaşdırır;
-"mahnı-marş", "mahnı-rəqs" tipli musiqi nümunələrinin 2 səsli ifasında iştirak edir;
-mahnılardan br parçanı p və f nüansları ilə ardıcıl olaraq ifa edir.
IV sinif mahnı repertuarından musiqi dinləmək.
Dostları ilə paylaş: |