İxtisas: İSM
Kurs: I
Fənn: Musiqi və onun tədrisi metodikası
Mövzu: 3.Alterasiya işarələri. Səslərin enharmonik bərabərliyi.
Ədəbiyyat siyahısı:
1.M.S.İsmayılov. İbtidai musiqi nəzəriyyəsi, Bakı, 1978.
2.N.Bağırov. Musiqinin elmentar nəzəriyyəsi. Bakı, 1982.
3.Ə.Bədəlbəyli. Musiqi lüğəti. Bakı. 1969.
4.İ.Sposobin. Musiqinin elementar nəzəriyyəsi. Moskva, 1984.
5.R. Hüseynova. Musiqinin elementar nəzəriyyəsi, Bakı, 2015.
6.L.A.Mazel. Musiqi əsərlərinin quruluşu. Bakı, 1988.
Müəllim: Babyeva Məhəbbət. e-mall adresi: Mehebbetteacher@gmail.com
7. Plan
1. Alterasiya işarələri.
2.Enharmonik bərabər səslər
3.Notların hərfi adları
Alterasiya işarələri. Alterasiya -dəyişiklik deməkdir. Musiqidə hər hansı bir səsi 1 ton və ya yarım ton zilləşdirmək və ya bəmləşdirmək istədikdə, alterasiya işarələrindən istifadə olunur. Alterasiya işarələri-diyez, bemol, dubl diyez, dubl bemol, bekardır.
Diyez hər hansı bir notu yarım ton zilləşdirir.
Dubl diyez səsi bir ton zilləşdirir.
Bemol səsi yarm ton bəmləşdirir
Dubl bemol səsi bir ton bəmləşdirir
Bekar işarəsi isə yuxarıda adları çəkilən işarələri ləğv edərək, əsas səsi bərpa edir.
Alterasiya işarələri açardan sonra yazılarsa, buna açar işarələri, not əvvəlində yazıldıqda isə təsadüfi işarə deyilir. Açar işarələri bütün əsər boyu öz təsirini itirmir. Not əvvəli alterasiya işarələri yalnız bir xanə daxilində təsirli olur. Alterasiya işarələri aid olduğu notun qabağında, notun yerləşdiyi yerdə yazılır.
1.Musiqi səsdüzümünün əsas pillələri arasındakı məsafə heç də eyni deyildir. Do səsindən başlanan səsdüzümünə nəzər salsaq, do-re, re-mi, mi-fa, fa-sol, sol-lya, lya-si, si-do pillələrinin arasındakı məsafənin eyni olmadığını görərik. Burada mi-fa, si-do pillələrinin arası yarım, qalan səslərin arası isə bir tona bərabərdir.
Deməli iki qonşu səs arasında ən yaxın yüksəklik məsafəsi yarım ton adlanır. İki yarım ton arasındakı məsafə isə bir ton adlanır.
2.Səslərin enharmonik bərabərliyi. Eyni yüksəkliyə malik pillələrin səslənməsi bir, yazılışı və adları müxtəlif olarsa, buna enharmonik bərabər səslər deyilir. Yuxarıda dediyimiz kimi, musiqi quruluşunda olan səslərin hər hansı birini yarım ton və 1 ton artırıb, əskildə bilərik. Belə olduqda, 1 ton məsafəli iki qonşu əsas pillələrdən birincisini yarım artırıb, ikincisini yarım ton əskiltsək, nəticədə alınan törəmə pillə, artırılmış və əskildilmiş pillələrin enharmonik bərabər pilləsi olacaqdır. Məsələn, do ilə re pilləsinin arasındakı məsafə 1 tona bərabərdir. Do səsini yarım ton zilləşdirdikdə do diyez, re səsini yarım ton bəmləşdirdikdə isə, re bemol notunu almış olarıq. Nəticədə əmələ gəlmiş törəmə pillənin iki ada malik olmasına baxmayaraq, do diyez və re bemol səsləri bir səsləndiyinə görə bir-birilə enharmonik bərabərdir. Səslərin enharmonik bərabərliyinin aydın göstərilməsi üçün fortepianonun dillərinə nəzər yetirək.
Hər hansı bir pillənin enharmonik bərabər səslərini taparkən səslər arasındakı məsafənin bir tondan artıq olmamasına diqqət etmək lazımdır. Ağ dillərin enharmonik bərabər adları belədir:
Dostları ilə paylaş: |