3.Ə.Bədəlbəyli. Musiqi lüğəti. Bakı. 1969.
4.İ.Sposobin. Musiqinin elementar nəzəriyyəsi. Moskva, 1984.
5.R. Hüseynova. Musiqinin elementar nəzəriyyəsi, Bakı, 2015.
6.L.A.Mazel. Musiqi əsərlərinin quruluşu. Bakı, 1988.
Müəllim: Babyeva Məhəbbət. e-mall adresi:Mehebbetteacher@gmail.com
7. Plan
1.Sabit və qeyri-sabit səslər
2.Qamma və onun pillələri
3.Tetraxord
4. Major qamması üç halda.
5. Diyezli və bemollu major qammaları
6.Minor qamması. Diyezli və bemollu minor qammaları
1.Musiqi əsərini əmələ gətirən səslər bir-birilə müəyyən əlaqədə olurlar. Dinlədiyimiz hər hansı bir mahnını təşkil edən bəzi səslər, digər səslərdən fərqlənərək insanda çalınan melodiyanın dayağı hissini yaradır. Dayaqlı səslər musqidə sabit səslər adlanır. Qalan səslər isə melodiyanın inkişafını və musiqi fikrinin bitməməsini təmin edir. Belə səslər qeyri-sabit səslər adlanır.
Musiqi fikrinin tamamlanması üçün, mütləq, qeyri sabit səs, sabit səsə keçməlidir ki, bunada musiqidə həll deyilir. Qeyri-sabit səslərin sabit səslərə həlli və əlaqə sisteminə lad deyilir. Musiqidə başqa ladlara nisbətən major və minor ladları daha geniş yayılmışdır.
2. Yuxarı və aşağı istiqamətdə əsas səslərin öz yüksəkliyinə görə tonikadan-tonikaya qədər ardıcıl düzülüşünə qamma deyilir. Qamanın tərkibini yeddi əsas səs təşkil edir ki, onlarada qammanın pillələri deyilir. Qammanın pillələri sıra sayı şəklində rum rəqəmi ilə göstərilir.
Dostları ilə paylaş: |