İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)



Yüklə 0,81 Mb.
səhifə35/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   31   32   33   34   35   36   37   38   ...   70
İxtisas: İSM

Kurs: I

Fənn: Musiqi və onun tədrisi metodikası

Mövzu: 6.Ü.Hacıbəyov., M.Maqamayev. Həyat və yaradıcılıq yolu

Ədəbiyyat siyahısı:

1. S.Qasımova, R.Zöhrabov. Musiqi ədəbiyyatı. Bakı, 1992.

2.T.Hüseynova . Musiqi ədəbiyyatı, Bakı, 1992.

3.Ş.Həsənova. Musiqi tarixindən mühazirələr. (I-II hissələr), Bakı, 2012.

4.M.Babayeva. Xarici ölkələrin musiqi ədəbiyyatı. Naxçıvan, 2018.

5. S.Qasımova, N.Bağırov. Azərbaycan sovet musiqi ədəbiyyatı. 1986.

6. XX əsr Azərbaycan professional musiqi ədəbiyyatı. Bakı, 2006

Müəllim: Babyeva Məhəbbət. e-mall adresi: Mehebbetteacher@gmail.com

Plan

1. Ü.Hacıbəyovun həyat və yaradıcılıq irsi

2. M.Maqamayevin həyat və yaradıcılıq irsi


1.ÜZEYİR HACIBƏYOV (1885-1948).

Ü .Hacıbəyov Azərbaycan xalqı bədii yaradıcılığının müxtəlif sahələrində qiymətli əsərlər yaradaraq öz milli ənənələrini əsrlərlə inkişaf etdirmişdir. Musiqi xalqımızın mədəniyyətinin ayrılmaz hissəsi olaraq, onun həyatında əhəmiyyətli rol oynamışdır. Bu dövrdə çalışan görkəmli bəstəkarlardan Üzeyir Hacıbəyov və Müslüm Maqamayevin Azərbaycan milli musiqi tarixində olduqca böyük xidmətləri vardır.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra hökumətimiz ədəbiyyat və incəsənətin inkişafı üçün tarixdə misli görünməmiş imkanlar yaratmışdır. 1917-ci il oktyabr sosialist inqilabından qabaq bir həvəskar bəstəkar kimi yaradıcılığa başlayan Üzeyir Hacıbəyov yalnız sovet dövründə istedad və zəkasını inkişaf etdirib yüksəlmişdir.

Ü.Hacıbəyov 1885-ci il sentyabrın 18-də Ağcabədi kəndində mirzə ailəsində anadan olmuşdur. Onların ailəsi tez bir zamanda Şuşaya köçür. Onun ilk musiqi müəllimi əmisi Ağalar Əliverdibəyov olmuşdur. O, hələ kiçik yaşlarından xalq musiqisi ilə yaxından tanış olur, tarda muğamlar, təsniflər çalmağı öyrənirdi. İkisinifli rus-tatar məktəbini bitirən Hacıbəyov 1899-1904-cü illərdə Qori seminariyasında oxuyur. Seminariyada ibtidai müəllimlik səətinə yiyələnməklə yanaşı skripka, violonçel, nəfəsli alətlərdə çalmağı öyrənir, musiqi nəzəriyyəsi, orkestr və xorda fəal iştirak edirdi.

1904-cü ildə seminariyanı bitirdikdən sonra Hacıbəyov Hadrut kəndində müəllimlik edir. 1905-ci ildə isə Bakıya gəlir. 1908-ci ildə Hacıbəyovun ilk operası "Leyli və Məcnun" səhnəyə qoyulur. Operanın librettosu XVI əsr Azərbaycan şairi Məhəmməd Füzulinin poeması əsasında yazılmışdır.

"Leyli və Məcnun" operası muğam və xalq mahnıları əsasında yazılmış, bütün Şərqdə ilk operadır. Operada feodalizm dövrünə xas olan ailə-məişət adətlrinə qarşı çıxaraq məhəbbət, etibar, sevgiyə dəyanət kimi hisslər tərənnüm edilir.

"Leyli və Məcnun" muğam operasından sonra bəstəakr bir sıra muğam operaları yazmışdır: "Şeyx Sənan" (1909), "Rüstəm və Zöhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) operalarını göstərmək olar. Bəstəkar operalarla yanaşı musiqili komediyalar üzərində də işləməyə başlayır. Musiqili kimediyalarında inqilabdan əvvəlki məişətin mənfi cəhətlərini tənqid edirdi. 1909-cu ildə "Ər və arvad", 1910-cu ildə "O olmasın, bu olsun", 1913-cü ildə "Arşın mal alan" musiqili komediyalarını yazmışdır.

1911-ci ildə Üzyir bəy təhsilini təkmilləşdirmək üçün Moskvada xüsusi musiqi kurslarında məşğul olur. 1913-cü ildə isə Peterburq konservatoriyasına daxil olur. Məhz bu illərdə o özünün klassik musiqili komediyasını - "Arşın mal alan"ı yazır. Bu musiqili komediya 34 dilə tərcümə edilərək uzun illərdən bəri Sovet İttifaqının və bir sıra xarici ölkələrin səhnələrində tamaşaya qoyulmuşdur.

Üzeyir Hacıbəyov yaradıcılığı çoxcəhətli və rəngarəngdir. O kamera və instrumental janrın əsasını qoyaraq, xalq çalğı alətləri orkestri üçün I və II fantaziyalarını, Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyinə və Firdovsinin anadan olmasının 1000 illiyinə həsr edilmiş kantatalarını bəstələyir, bir sıra kütləvi mahnılar yazır, xalq melodiyaları üzərində işləyir.

Bəstəkar xalq musiqisini dərindən öyrənərək öz ölməz əsərlərinin zəngin xalq musiqisi əsasında yaradırdı. Onun yaradıcılığının zirvəsi olan "Koroğlu" operası milli tematikaya əsaslanan, müasir dövrün təlabatına cavab verən bir operadır. Bu opera 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə böyük müvəffəqiyyət qazanmışdır.

Azərbaycan musiqisinin ən böyük qələbəsi olan bu əsər dövlət mükafatına layiq görülmüşdür. Bəstəkar Böyük Vətən müharibəsi illərində də gərgin işləyərək "Vətən və cəbhə" kantatasını, "Çağırış", "Şəfqət bacısı", "Ananın oğluna nəsihəti", "Komsomolçu qız" kimi mahnılar yaratmışdır.

1945-ci ildə bəstəkar müharibənin qurtarması şərəfinə vokal-simfonik "Qələbə himni" əsərini bəstələyir. Eyni zamanda onun 25 illik elmi tədqiqat işi olan "Azərbaycan xalq musiqiinin əsasları" kitabı çapdan çıxır. Bəstəkarın dahi Azərbaycan şairi Nizaminin sözlərinə yazdığı "Sevgili canan" və "Sənsiz" romans qəzəlləri Azərbaycan vokal musiqisinin incisidir.

Üzeyir Hacıbəyov ömrünün son illərində "Firuzə" operası üzərində işləmiş, lakin tamamlaya bilməmişdir. Üzeyir Hacıbəyov şəkər xəstəliyindən 1948-ci il noyabrın 23-də vəfat etmişdir. Bəstəkarın "Leyli və Məcnun" operası M.Füzulinin eyniadlı poeması əsasında yazılmış, 1928-ci ildə Bakı şəhərində tamaşaya qoyulmuşdur. Opera Şərqdə ilk opera hesab olunur. Opera 5 pərdə, 6 şəkildən ibarətdir. Operanın ən məhşur musiqi nömrələri: üvertüra, "Şəbi hicran" xoru, "Məcnunun atasının ariyası", "Bu gələn yara bənzər" xoru və s.

"Koroğlu" operası Azərbaycan xalqının şifahi ədəbiyyatında özünə görkəmli yer tutan, "Koroğlu" dastanı bir qəhrəmanlıq nümunəsi kimi sevilən əsərdir. Üzeyir bəyin şah əsəri hesab olunan "Koroğlu" operası 1938-ci ildə Bakı şəhərində, elə həmin ildə də Moskva şəhərində "Böyük Teatrın" səhnəsində tamaşaya qoyulmuşdur. Operanın libretto müəllifi M.S.Ordubadidir. Opera üvertüra və 5 pərdədən ibarətdir. 1947-ci ildə bəstəkar "Azərbaycan Dövlət himni"ni yazmışdır.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin