İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


SERGEY SERGEYEVİÇ PROKOFYEV (1891-1953)



Yüklə 0,81 Mb.
səhifə34/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   30   31   32   33   34   35   36   37   ...   70
2.SERGEY SERGEYEVİÇ PROKOFYEV (1891-1953)

S.S.Prokofyev XX əsrin görkəmli rus bəstəkarı və pianoçusu, musiqi tarixinə novator kimi daxil olmuş ölməz sənətkarlardan biridir. S.Prokofyev sənəti həm musiqinin obrazlı məzmununa, həmdə üslubiyyətinə aid yeniliklərlə zəngindir.

Prokofyev musiqi tarixinə novator-bəstəkar kimi daxil olmuşdur. Balet və opera teatrının ən mühüm nailiyyətləri, bu janrların müasir tələblər mövqeyindən işıqlandırılması Prokofyevin xidmətidir. Bəstəkar bütün janrlarda əsərlər bəstələmişdir: opera, balet, simfoniya, konsertlər, fortepiano əsərləri, kinofilmlərə musiqi, kantata, oratoriya, və vokal vəs. S.Prokofyev bütün yaradıcılıq yolu boyunca böyük həvəslə uşaqlar üçün musiqi bəstələmişdir. Balacalara həsr etdiyi əsərlərində bəstəkar xeyirxahlıq və əməksevərliyi, sədaqət və dostluğu tərənnüm edir.

S.S.Prokofyev 1891-ci ildə Yekaterinoslav quberniyasının Sontsovka kəndində anadan olmuşdur. Onun atası hərtərəfli biliyə malik alim-aqronom, anası incə bədii zövqə və musiqi duyumuna malik qadın idi. Valideyinləri bəstəkarın ilk müəllimləri olmuşdur. Onun musiqi istedadı özünü kiçik yaşlarında büruzə vermişdir.

5 yaşında ikən fortepiano üçün kiçik pyeslər bəstələyir. Balaca bəstəkar hətta opera sahəsində də qələmini sınayır, öz sujetinə "Div" operasını yazır. 1902-ci ildə görkəmli rus bəstəkarı S.Taneyevin tövsiyəsi ilə Prokofyev harmoniya və alətşünaslıq üzrə R.Qliyerdən dərs almağa başlayır. Müəlliminin təşəbbüsü ilə Seryoja bəstəkarlıqla məşğul olur, kiçik fortepiano pyesləri, opera, simfoniya bəstələyir.

1904-cü ildə Prokofyev Peterburq Konservatoriyasına daxil olur. Burada N.Lyadov və Rimski-Korsakovdan dərs alır. Prokofyev "Müasir musiqi axşamları" dərnəyinin təşkilatçıları ilə yaxınlaşır. Bu dərnək müasir bəstəkarların musiqisini təbliğ edirdi. Prokofyev öz əsərləri ilə məhz həmin dərnəyin konsertlərindən birində ilk dəfə çıxış edir. 1909-cu ildə Prokofyev konservatoriyanı bəstəkarlıq üzrə bitirir, eyni zamanda fortepiano və dirijorluq üzrə təhsilini davam etdirir. Bu illərdə "I fortepiano konsert"ini yazır (1911). Əsərin ilk ifasından sonra (1912) Prokofyev bəstəkar və pianoçu kimi musiqi aləmində məşhurlaşır. Təhsil illərində yazdığı əsərlərinə "II fortepiano konsert"ini, simfonik orkestr üçün "Skif" süitasını da qeyd etmək olar.

1914-cü ildə 23 yaşlı Prokofyev konservatoriyanı qızıl medalla bitirir və dahi rus pianoçusu A.Rubinşteyin adına fəxri mükafata layiq görülür. Konservatoriyanı bitirən bəstəkar Londona gedir bə burada görkəmli teatr və musiqi xadimi S.Dyagilevlə tanış olur. Dyagilev Parisdə rus balet truppasını yaratmış, yeni xoreoqrafik əsərlər üzərində işə S.Prokofyevi də cəlb etmişdi. Dyagilevin sifarişi ilə bəstəkar rus xalq nağıllarının motivləri əsasında "Təlxək haqqında nağıl" baleti üzərində işləməyə başlayır.

1914-cü ildə səs və fortepiano üçün "Çirkin ördək balası" musiqi nağılını bəstələyir. Məşhur uşaq yazıçısı H.Andersenin irsinə müraciət edən Prokofyev xeyirxahlıq, həssaslıq, mehribanlıq kimi hissləri səmimi, lirik musiqi dili ilə tərənnüm edir. 1916-17-ci illərdə bəstəkar "Klassik simfoniya"sını bəstələyir. Bu əsər Prokofyevin Haydn musiqisinə məhəbbəti və marağının bəhrəsidir. Bu illərdə yazılmlış 20 kiçik fortepiano pyesindən ibarət "Ötəri anlar" məcmuəsi lirik, yumoristik, dramatik obrazlar silsiləsi kimi qavranılır.

Bəstəkarın F.M.Dostoyevskinin eyniadlı əsəri əsasında yazdığı ilk operası "Qumarbaz" psixoloji dramatizmi, təbiiliyi, realist yönümü ilə fərqlənir. 1917-ci il inqilabı S.Prokofyevə böyük təsir bağışlayır. Bəstəkar dövrünün dahi yazıçıları M.Qorki və V.Mayakovski ilə görüşür. Rus ədəbiyyatının hər iki dahi nümayəndəsi Prokofyevin yaradıcılığını yüksək qiymətləndirir. Mayakovski yazırdı: "Prokofyev musiqisi qaynar, inqilab nəfəsli həyatın özüdür". A.V.Lunaçarski bəstəkarı "musiqidə inqilabçı" adlandırmışdır. 1918-ci ildə bəstəkar bir neçə aylıq Amerikaya konsert səfərinə gedir. Şəxsi həyatı və bir sıra səbəblər üzündən Prokofyev xaricdə on beş il yaşayır. Xaricdə bəstəkar zəmanəsinin parlaq pianoçusu və görkəmli bəstəkar kimi böyük şöhrət qazanır. Onun əsərləri ABŞ, İngiltərə, Almaniya, Fransa, Belçika, İtaliya və İspaniyada böyük müvəffəqiyyətlə səslənir.

1921-ci ildə italyan dramaturqu Karlo Qotsinin nağılı əsasında "Üç portağala məhəbbət" lirik-komik operasını tamaşaya qoyur. Həmin ildə fortepiano musiqisinin tacı sayılan "III fortepiano konsert"ini yazır. Onun vətən haqda duyğuları "Qoca nənənin nağılları" fortepiano məcmuəsində öz əksini tapmışdır. Prokofyev xaricdə qaldığı hər gün Vətən həsrəti ilə yaşayır, orda baş verən yeniliklərlə daim maraqlanır. Ona görə də bəstəkar Dyagilevin Sovet Rusiyası haqqında balet yazmaq təklifini ürəkdən qarşılayır. 1927-ci ildə Prokofyev "Polad sıçrayış" baletini tmamlayır.

1920-ci illərin sonunda Prokofyev yardıcılığında böhran baş verir. Onun bu dövrdə yazdığı əsərlərdə kədər, bədbin əhvali-ruhiyyə hökm sürür. 30-cu illərin ortalarında Prokofyev həmişəlik vətənə qayıdır. 1936-cı ildə bəstəkar dahi ingilis dramaturqu V.Şekspirin eyni adlı faciəsi əsasında "Romeo və Cülyetta" baletini yazır. Əsərin ilk tamaşası 1940-cı ildə Leninqrad opera və balet teatrında olmuşdur. Bu illərdə rus xalqının qəhrəman keçmişinə həsr olunmuş "Aleksandr Nevski" kantatası yaranır.

Uzun axtarışlardan sonra bəstəkar yeni mövzulu "Semyon Katko" operasını yazır. Bəstəkar kiçik musiqisevərlər üçün "Uşaq musiqisi" fortepiano məcmuəsini, "Petya və canavar" simfonik nağılı, L.Kvitko və A.Bartonun şerlərinə mahnıları misal göstərmək olar. Müharibə illərində bəstəkar Lev Tolstoyun roman-epopeyası əsasında "Hərb və sülh" operasını yazır.13 pərdədən ibarət nəhəng operada lirik sevgi dastanı ilə yanaşı, 1812-ci il hadisələri-Napoleon istilası və rus xalqının parlaq qələbə ilə bitən fədakar mübarizəsi də əks olunur.

Müharibə dövründə bəstəkar qəhrəmani-epik xarakterli "V simfoniya"sını bəstələyir. Pyerronun nağılı əsasında 1945-ci ildə "Zoluşka" baletini tamamlayır. 1940-50-ci illərdə bəstələnmiş, tam olmayan əsərlər siyahısına "Əsl insan haqqında povest" (B.Polevoyun eyni adlı povesti əsasında 1947-48), "Daş çiçək haqda hekayət" (P.Bajovun "Malaxit mücrü" nağıl-toplusu əsasında) baleti, "VII simfoniya" "Qış tonqalı" süitasını misal göstərmək olar.

S.Prokofyev 1953-cü ilin martında vəfat etmişdir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin