İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)



Yüklə 0,81 Mb.
səhifə30/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   26   27   28   29   30   31   32   33   ...   70
İxtisas: İSM

Kurs: I

Fənn: Musiqi və onun tədrisi metodikası

Mövzu:3. V.A.Motsart., L.V.Bethoven. Həyat və yaradıcılıq yolu

Ədəbiyyat siyahısı:

1. S.Qasımova, R.Zöhrabov. Musiqi ədəbiyyatı. Bakı, 1992.

2.T.Hüseynova . Musiqi ədəbiyyatı, Bakı, 1992.

3.Ş.Həsənova. Musiqi tarixindən mühazirələr. (I-II hissələr), Bakı, 2012.

4.M.Babayeva. Xarici ölkələrin musiqi ədəbiyyatı. Naxçıvan, 2018.

5. S.Qasımova, N.Bağırov. Azərbaycan sovet musiqi ədəbiyyatı. 1986.

6. XX əsr Azərbaycan professional musiqi ədəbiyyatı. Bakı, 2006

Müəllim: Babyeva Məhəbbət. e-mall adresi:Mehebbetteacher@gmail.com

Plan

1.V.A.Motsartın həyat və yaradıcılıq irsi

2. L.V.Bethovenin həyat və yaradıcılıq irsi


1.VOLFHANQ AMADEY MOTSART (1756 -1791)

V .A.Motsart dahi Avstriya bəstə­karı,Vyana klassiki, çoxəsrlik Avropa musiqisi tarixinin ən parlaq, dahi sima­la­rından biridir. Hələ uşaq yaşlarında ikən onun fitri istedadı haqda bütün Avropa öl­kə­lərinə səs yayıl­mışdı. Motsartın yarat­dığı əsərlər bu günə kimi musiqidə gözəl­lik və ahəngdarlıq rəm­zi hesab olunur. Gör­kəmli rus musi­qi­çisi A.Rubinşteyin onu "mu­si­qidə əbədi gü­­nəş işığı" adlan­dır­mışdır.

Motsart cəmi 36 il yaşamışdır. Lakin bu qısa ömürdə o, 18 opera, 50 simfoniya, messa və kantatalar, konsert, ka­mera-ansambl əsərləri, fortepiano musiqisi, məşhur "Rekviem" kimi əsərlərin müəllifidir.

V.A.Motsart 1756-cı ildə Avstriyanın Zalsburq şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini atasından almışdır. Atası Leopald istedadlı musiqiçi kimi skripkada, orqanda, klavesində çalmaqla yanaşı, kilsə xoruna da rəhbərlik etmişdir. Leopold Motsartın yeddi övladı olmuşdur. Onlardan Volfanq və ondan beş yaş böyuk ba­­cısı Anna Mariya sağ qalmışdı.

1762-ci ildə məzuniyyət götürən Leopold altı yaşlı oğlu və on bir yaşlı qızını Vyanaya konsert verməyə aparır. Motsart dinləyicilər tərəfindən verilən hər hansı bir möv­zunu improvizə edərək özünün və başqa bəstərkarların əsərlərini çalırdı. Bu konsert səfəri üç il çəkir. Onlar Avstriya, Al­maniya, İngiltərə və Fransanın bir sıra şəhərlərində çıxış edir­lər. Kiçik virtuoz öz çalğısı, qeyri-adi eşitmə qabiliyyəti, mu­siqi yaddaşı ilə hamını heyrətə gətirir.

Onu "möcüzə" adlandırırdılar. Balaca Motsartı bir dəfə qulaq asdığı melodiyanı təkrarən çalmağa və ya o dəqiqə veril­miş mövzu əsasında yeni bir əsər yazmağa təhrik edirdilər. Bu illərdə o, klavir və skripka üçün 4 so­natasını yazır.1767-ci ilin sonunda Motsart ailəsi Vyanaya köçür və 1768-ci ilədək burada yaşayır. 1768-ci ildə Vya­na opera teatrının sifarişilə "Mnimaya pros­tuş­ka" ("Ya­lan­çı sadəlövh qız") kiçik operasını yazır. Sonra isə bəstəkar "Bastyen və Bastyenna" operasını ya­zır. Be­lə­l­iklə, 12 yaşlı Motsart artıq iki operanın müəllifi olur.

1769-1773-cü illərdə atası ilə Motsart İtaliyaya səfərə yollanır. Bu səfərlərdə məqsəd yeniyetməlik illərinə qədəm qoy­muş Motsartın ifaçı və sürətlə inkişaf edən bəstəkar kimi qabiliyyət və istedadını nümayiş etdirmək idi.

Leopold Motsart oğlu ilə İtaliyanın bütün şəhərlərində, o cümlədən Romada, Neopolda, Vene­si­ya­da, Milanda, Floren­siyada olur. Volfhanq həm klavesinçi, həm or­qançalan, həm də skripkaçı kimi konsertlər verir. Motsartın böyük istedadı haq­qında rəvayətlər yazılırdı. Belə bir əhvəlat məlumdur ki, Ro­mada Volfhanq atası ilə Sikstin kapellasına baxmağa gedir. Bu­rada böyük çoxsəsli əsər "Mizyeri" ifa olu­nurdu. Bu xor üçün yazılmış dini əsərdi. Adətən, Vatikan kilsəsinin bu əsəri mü­qəddəs Pyotrun baş kilsəsində ildə iki dəfə ifa olunardı. "Mizyeri"ni köçürməyə və yaymağa heç kəsə icazə verilmirdi. Əsəri dinləyən Motsart evə gəlir və onu bü-tünlüklə nota köçürür. Beləliklə, böyük bəstəkar Roma papasının xüsusi əsə­rinin yayılmasına səbəb olur.

Romadan sonra ata-oğul bir neçə ay Boloniyada ya­şa­yır. Məşhur bəstəkar və pedaqoq Martininin rəhbərliyi altında polifonik musiqi ilə məşğul olur. Martini gənc musiqiçinin fitri istedadına təccüb qalır. Bir müddətdən sonra 14 yaşlı Motsart (1770-ci ildə) "Qızıl spurs" adlı Papa ordeninə layiq görülür.

14 yaşlı Motsart Baloniyada Filarmonik Akademiyanın yarışlarında iştirak edir. Ona birsəsli pyesi genişləndirib mü­rək­kəb dördsəsli əsər yazmaq tapşırığı verilir. Volfhanq tap­şı­rığın öhdəsindən yarım saat ərzində gəlir. Baloniya Aka­de­mi­yasının üzvləri o qədər heyrətlənirlər ki, misli görünməmiş qərar qəbul edib, Motsartı Baloniya Akademiyasına üzv se­çir­lər. Adətən bu şərəfə çox az musiqiçi layiq görülmüşdü.

İtaliyada 14 yaşlı Motsarta məşhur Milan opera teatrı "Pontiya şahı Mitridat" operasını yazmaq sifariş edir. Ailə vəziyyətinin ağır ol­masına baxmayaraq o, xeyli konsert, süita, serenada və s. yazır.

1778-ci ildə Volfhanq anası ilə Parisə gedir. O, artıq yetkin ifaçı idi. Cahil musiqiçilər onu özünə rəqib görürdülər. Lakin, bəstəkar burda da özünə daimi iş tapa bilmir, üstəlik anasını da itirir. Nəhayət Motsart Vyanaya köçür. Vyanadakı Alman opera teatrının sifarişi ilə "Hərəm­xa­nadan qaçırılma" operasını yazır. Motsart Haydna 6 kvartet həsr edir.

Motsartın ömrünün son on ili Vyana ilə bağlıdır. 1781-ci ildən Vyanada yaşayır, piano üçün kon­sert­lər seriyası yazır və bu konsertlərdə özü solo ifaçı kimi çıxış edir. Vyanada Motsart Lorenso de Ponte ilə tanış olur. O, Motsartın ən yaxşı operalarından sayılan "Fiqaronun toyu" və "Don Juan"ın li­b­rettosunu yazır. Motsartın komik və qismən də ciddi italyan operaları əsasında yaratdığı

Motsart dövrünün bütün opera janrlarında (seria, buffa, zinqşpil) əsərlər yazmışdır. Praqa opera teatrı Motsarta yeni bir opera yazmağı sifariş verir. Bəstəkar "Don Juan" operasını bəstələyir və ilk dəfə 1787-ci ildə Praqada tamaşaya qoyulur.

Eyni zamanda "Don Covanni" operasını yazır.1788-ci ildə ən məhşur simfoniyalarını "Praqa sim­fo­ni­yası" (re major 1787), son üç simfoniyası "Es-dur" (mi bemol major), "g-moll" (sol minor, 1788), "C-dur" (do major, 1788) yazır.



1791-ci ildə Praqa opera teatrı ona yeni səhnə əsəri "Miloserdiye Tita" ("Titin mərhəməti") adlı opera sifariş edir. Motsartın dahi yaradıcılığının sonuncu ölümsüz əsərləri aydınlığı və şüura ithaf edilmiş himn "Sehrli fleyta" və bəs­tə­kar tərə­fin­dən bitirilməmiş kədərli və görkəmli "Rekviem" oldu.

Məşhur opera "Sehrli fleyta"da bəstəkar, işığın qaran­lı­ğa, xeyrin şərə qalib gəlməsini açıb göstərir. Ona operanın prem­yerasını görmək qismət olmur.

Premyera zamanı bəstəkar ağır xəstələnir. Operanın ya­zıl­ması sona çatanda Motsartın yanına qara paltarda bir nəfər gəlib, kilsədə ifa olunan matəm xarakterli xor əsəri "Rekviem" yazmağı sifariş edir. Motsart bir daha bu adamı görmür. Lakin onun gəlişi bəstəkara çox pis təsir bağışlayır. O, belə qərara gə­lir ki, bu, ona gələcəyi xəbər verən peyğəmbərdir, onun ölümü yaxınlaşır və əslində "Rekviem"i o, məhz özü üçün yazmalı olur. Sonralar məlum olur ki, Motsartın yanına gələn Valzeq adlı bir qrafın nökəriymiş. Bu qraf ehtiyacı olan bəstəkarlara musiqi sifariş edir, sonradan isə həmin musiqini öz adına çıxa­rırmış. "Rekviem"i də o, bu adla çap etdirmək niyyətində idi. Motsartın əsər üzərində çox sürətlə işləməsinə baxmayaraq "Rekviem"i bitirə bilmir. Motsartın yetirməsi Zismayer müəl­l­i­fin qalan əlyazma və qaralamaları əsasında əsəri tamamlayır.

"Rekviem" 12 nömrədən ibarət olan faciəvi, matəm xa­rak­terli əsərdir.

Motsart 4 dekabr 1791-ci ildə vəfat edir. Bəstəkarın matəm mərasimi faciəli keçmişdir. Onun ailəsinin pulu yox idi. Dəfn günü xeyli qar yağmış, çovğun olmuşdu. Motsartın arvadı xəstə olduğundan ərinin dəfnində işti­rak edə bilməmişdir. Qohum və tanışlarından heç kəs qəbi­ris­tanlığa gedib çatmamışdı.

Motsart kasıblar üçün ayrılmış ümumi müqəddəs Mark qəbiristanlığında basdırılmışdır. Onun qəbri bu günə qədər mə­lum deyil. Motsartın ani ölümünün səbəbi, sağlamlığının həd­dən artıq yaradıcılıq işləri ilə yüklənməsinə və "Rekviem"in sirli şəkildə sifariş edilməsi ilə əlaqələndirilir.

2.LÜDVİQ VAN BETHOVEN (1770-1827)

D ünya musiqi mədəniyyətinin dahilərindən olan Bet­ho­ven Haydn, Motsart ənənələrini da­­vam etdirib, klassik musiqini çox yük­sək səviyyəyə qal­dır­mış­dır. Musiqi ta­rixinə cəsarətli nova­tor kimi daxil ol­muşdur.

Bethoven yaradıcılığı, bir tə­rəf­dən Vyana klassisizminə ye­kun vur­muş, digər tərəfdən isə ro­man­tizm üs­lu­bunun yeni cizgi­lə­rini bəzi əsərlərində göstərmişdir. Bethoven sağlamlığına təsir edən ciddi fəsadların ortaya çıxmasına baxmayaraq, əsərlərini yazmağa davam etmiş, kar ikən özünün ən məşhur əsərlərini bəstələmişdir. Bəstəkarın simfoniyaları, sonataları, kvartetləri, trioları, fortepiano ilə or­kestr üçün konsertləri, skripka ilə orkestr üçün konserti, üver­tü­raları və bir çox əsərləri milyonlarla insanın rəğbətini qazan­mışdır.

Lüdviq Van Bethoven 16 dekabr 1770-ci ildə Alma­ni­yanın Bonn şəhərində saray musiqiçisi ailəsində anadan ol­muşdur. Atası İohann tenor səsə malik müğənni kimi saray ka­pellasında çalışırdı. O, klavesində çala bilir, nəğmə, musiqi nə­zəriyyəsindən dərs deyirdi. İohann çox ağıllı, lakin sərt bir in­san olmuşdur. Lüdviqin anası isə saray aşpazının qızı idi.

Lüdviqin musiqi istedadı səkkiz yaşında özünü büruzə verir. O, piano ilə yanaşı, orqan və skripka dərsləri də alır. Bethovenin atası Motsartın şöhrətindən xəbərdar idi. Onun arzusu oğlunu belə görmək idi. Odur ki, oğluna musiqi dərsi verməyə başlayır. Lakin o, hövsələsiz və qəddar idi. Çox vaxt Lüdviqi lazımsız məşqlərlə yorur, bəzən də döyürdü. O, oğlunu gecə yarısı oyadar, fortepiano arxasında əyləşdirər və saatlarla çalmağa məcbur edərdi. Lüdviq on iki yaşında ikən saray kapellasına orqan ça­lan qəbul olunur. Atası ona musiqi təhsili verməyi dayan­dı­rır.

1779-cu ildə məşhur bəstəkar, orqan çalan və pedaqoq Kristian Qotlib Nefe Bonn şəhərinə gəlir. 1782-ci ildən isə Ne­fe Bethovenlə məşğul olmağa başlayır. Nefe Bethoveni Hen­del, Haydn, Bax, Hlyuk, Motsart musiqisilə tanış edir. O, Bet­hovendə elmə, ədəbiyyata, xarici dilə maraq oyadır. 12 yaşında ikən Bethoven ilk əsərlərini yazır. Bunlar Dresslerin marşlarına variasiyalar və klavesin üçün üç sonata idi. Nefenin köməyilə bu əsərlər çap olunmuşdur. Yaradıcılığının ilk çağlarında Fransada azadlıq inqilabı baş verir və Bethoven ömrü boyu bu ruhu yaradıcılığında sax­layır. Təsadüfi deyil ki, onun bir çox əsərlərində xalqın qəhrə­manlıq əzmi tərənnüm olunur. Fransa inqilabı zamanı bəstəkar, Bonn universitetində azad dinləyici olaraq bir çox tələbə və professorla birlikdə fransa inqilabını salamlayır.

Bethoven 1792-ci ildə Bonn şəhərindən Vyanaya köçür. 1793-cü ildə artıq, Vyanada mahir pianoçu kimi ad qa­zanır. Bethovenin musiqisi, coşğun improvizasiyaları, vya­na­lılar üçün yeni idi. Motsart və Haydn musiqisinə adət etmiş vyanalılara “Ay sonatası”, “Patetik sonata” son dərəcə qeyri-adi görünürdü. Vyanada yaşarkən Bet­hoven dəfələrlə Berlin və Praqada konsert vermişdi. 1795 və 1803-cü illər arasında o, yüzdən çox əsər yazır. Lakin, 28 yaşlı bəstəkar, eşitmə qabiliyyətini yavaş-ya­vaş itirməyə başlayır. Qulaqlarındakı kəskin cingilti ona musiqi səslərini ayırd etməkdə maneçilik törətməyə başlayır. O, təd­ri­cən adamlarla ünsiyyət yaratmaqdan məhrum olur. Bir müddət sonra Vyananı tərk edib Heylingestad adlı şəhərcikdə yaşayır və burada "Heylingestad vəsiyyəti" adlı əsərini yazır.

Artıq Bethoven nə çala, nə də drijorluq edə bilirdi. Hə­yatsevər bəstəkar adamlardan gizlənirdi. Elə anlar olurdu ki, hət­ta özünü öldürmək istəyirdi. Lakin, musiqisiylə insanlara xoşbəxtlik gətirə biləcəyinə inam Bethovenə qüvvət verirdi. Nəhayət xəstəliklə mübarizədə o, qalib çıxır. Onun musiqi ta­ri­xində yeni səhifə açmış ən görkəmli əsərləri məhz bu dövrdə yazılmışdır.



III “Qəhrəmanliq”, IV, V, VI (pastoral), VII, VIII, IX sim­­foniyaları, “Fidelio” operası, “Koreolan”, “Eqmont”, “Leono­ra” üverturaları, skripka ilə orkestr üçün konsert, for­te­piano ilə orkestr üçün IV, V konsertləri, “Appassionata”, “Av­ro­ra” sonataları, beş kvartet və bir çox başqa əsərlər məhz 1800-cü illərin məhsuludur. Bu illərin əsas mövzusu qə­h­rə­man­lıq mübarizəsidir. Bəstəkar deyirdi: “Bizim dövrün qüdrətli mə­nəviyyata malik insanlara ehtiyacı var”.

Bethoven III, IV, V simfoniyalarında və “Avrora”, “Ap­pas­sionata”, “Patetik” sonatalarında təsdiq edir ki, həyatın mə­na­sı qəhrəmancasına daimi mübarizədədir. Bu il­lərdə Bethoven dünya şöhrəti qazanır. Onun əsərləri hər yerdə ça­lınır və çap olunur. Lakin karlığı getdikcə güclənir, hətta bu­nun­la bağlı belə bir məlumata rast gəlinir: "Doqqu­zun­cu sim­fo­niyasının premyerasının sonunda Bethoven ta­ma­şa­çı­ların atəşli al­qışlarını görmək üçün geriyə dönür. Lakin heç nə eşit­mə­di­yi­ni anlayıb, hönkür-hönkür ağlayır".



O, artıq konsert verə bilmir, dirijor kimi də çıxış etmir. Adamlarla ünsiyyəti də çətinləşir. Həyatının son illəri ağır keçən bəstəkar az yazır. For­te­piano üçün sonata və mahnılar onun son illərdəki yaradıcılıq məh­suludur. Bethoven 1824-cü ildə latın mətninə “Təntənəli messa” xor əsərini yazır. Onun son əsərlərindən biri IX simfoniyadır. Qəh­rə­mani-dramatik əsər olan IX simfoniya orkestr, xor, solist üçün yazılmışdır. Onun son əsərləri kvartetlər olur.

Dahi bəstəkar 1827-ci ildə vəfat edir. Onun dəfn mə­ra­simi təntənəli keçir. Bəstəkarı son mənzilə iyirmi mindən artıq pə­rəs­tiş­karı yola saldı. Bethoven Vyana qəbiristanlığında dəfn olun­muş, Bonn şəhərindəki evi muzeyə çevrilmişdir.



Əsas əsərləri: 9 simfoniya, 11 üvertüra, 16 simli kvartet, F-no üçün 32 sonata, 32 variasiya, Fidelio operası, Təntənəli messa, 40 mahnı, xalq mahnı işləmələri, f-no üçün 60-a qədər pyes və s.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin