İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


Üçüncü sinifdə musiqi təliminin məzmunu



Yüklə 0,81 Mb.
səhifə64/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   60   61   62   63   64   65   66   67   ...   70
3.Üçüncü sinifdə musiqi təliminin məzmunu. Üçüncü sinif proqramının məzmunu əvvəlki illərdə bu və ya digər dərəcədə toxunulmuş məsələlərin istiqamətini davam etdirir. Həyatla musiqinin əlaqələri haqqında daha da dərin təsəvvürlərin alınması istiqamətində aparılan təlim prosesi yeni əsas biliklərin yetirilməsini nəzərdə tutur. Musiqi təliminin əlverişli şəkildə qurulması əvvəlki siniflərlə varislik prinsipinə riayət olunmasına əsaslanır. Tədris ili ərzində məktəblilərin musiqiyə yiyələnmələri aşağıdakı mövzular vastəsilə əldə olunur.

Birinci yarımildə tədris edilən mövzular.

I rüb- mahnılıq mövzusunun inkişafı;

IIrüb-intonasiya.

İkinci yarımildə tədris edilən mövzular.

III rüb- musiqinin inkişafı;

IY rüb – musiqinin inkişafı.

Gördüyümüz kimi, mövzular artıq daha mürəkkəbdir və müəllimin onların üzərində qabaqcadan düşünməyini tələb edir. Müəllim şagirdlərini elə hazırlamalıdır ki, onlar özləri, müstəqil şəkildə mahnının özü deyil, onun melodiyası oxunulduğu halda nəticəyə gələ bilsinlər.

Birinci rübdə”Mahnılıq mövzusunun inkişafı” adlı mövzu ətraflı məşğələlərdə əsas diqqəti vokal və instrumental musiqi nümunələrindəki mahnılığa, nəğməliyə yönəltməli, kiçik və iri həcmli instrumental əsərlərdəki mahnılıq-mahnı intonasiyalarını şagirdlərin nəzərinə çatdırmaq lazımdır.

Uşaqlar bəstəkar Səid Rüstəmovun“Qızıl payız” habelə“Qərənfl“mahnılarının melediyalaiarındakı axarlığı və rəvanlığı duymalı və öz ifalarında onun çatdırılmasına çalışmalıdırlar. Bununla yanaşı, Fikrət Əmirovun “Sevil” operasından Sevilin mahnısı və “12 miniatür” məcmuəsindən “Lirik vals” pyesin sadə təhlilindən sonra məktəblilər mahnılı, nəğməli səslənməni təyin etməli və onun hansı vastələrlə əldə olunması haqqında düşünməli, onu dərk etməlidirlər.Beləliklə, həmin tapşırıqlarda müəyyən mənada qarşılıqlı kompleks şəklində qavrayış(dinləmə), sadə təhlil növü (musiqi savadı), və ifa ilə əks olunmanın ( oxuma) birgə mövcudluğunun bünövrəsi qoyulmuş olur.

Musiqi ifadə vastələrinin səslənməsini düzgün dərk edilməsi üçün şagirdlərin əsəri diqqətlə dinləmələri olduqca önəmlidir. Əgər əsər oxumaq üçün nəzərdə tutulursa, onun öyrənilməsi, dinlənilməsi prosesində quruluşunu və inkişafını müəyyən etmək məqsədəuyğun sayılır.

Şagirdlərin diqqəti, mücərrəb təfəkkürü əvvəlki illərə nisbətən xeyli inkişaf etdiyindən fakt və hadisələri ümumiləşdirmək, təhlil etmək qabliyyəti daha mükəmməl olur.Buna görə də Səid Rüstəmovun “Qızılpayız” mahnısı öyrədilərkən təbiətşünaslıq fənni ilə əlaqəli şəkildə ilin fəsilləri, oların xüsusiyyətləri haqqında maraqlı məlumatın verilməsi, bir sıra xarakterik cəhətlərin üzərində dayanılması da məqsədəuyğundu. Səttar Bəhlulzadənin “Naxçıvanda payız”, İ.Levitanın “Qızıl payız” əsərləri nümunəsində görkəmli fırça ustalarının məharətini məqsədə yönəlmiş şəkildə nümayiş etmək olar.Səid Rüstəmovun “Qərənfil” mahnısını öyrədərkən yenə də təbiətşünaslıqla əlaqə yaradılmalıdır.

Birinci yarımilin ikinci rübündə “İntonasiya” mövzusunun öyrədilməsi prosesində məktəblilərin musiqinin həyatı məzmununun dərk edilməsini incəsənətin intonasiya-obrazlı təbiətinə nüfuzetmə yolu ilə dərinləşdirməsi məsələsi qarşıya qoyulur. Rüb ərzində oxunan və dinlənilən musiqi əsərləri nümunələrində intonasiyanın əsas musiqi vastələrindən biri olmasına dair izahat verilir. İntonasiyanın müxtəlif cür olması məktəblilərin nəzərinə çatdırılır. İnsanların əhval-ruhiyəsini, müxtəlif hissilərini ifadə etməkdə musiqi intonasiyalarının çox böyük rol oynaması xüsusilə vurğulanmalıdır.Eyni zamanda, müxtəlif çalarlı həyat-təbiət hadisələrini tərənnüm etməkdə musiqi intonasiyalarının mühüm rolu olduğu da qeyd edilməlidir.

İlk dəfə yeni biliyin mənimsənməsi prosesində musiqi və nitq intonasiyalarının ümumiliyi vurğulanmalıdır.Burada nitq intonasiyaları haqqında, o cümlədən təsdiq etmə,təəcüb, sual intonasiyalarından məktəblilərin biliklərin istinadən musiqi də intonasiyanın həmin məna baxımından böyük əhəmiyyət kəsb etməsi göstərilir. Musiqi intonasiyasında güclü və zəif payların əhəmiyyəti, melodiya hərəkətinin xarakteri, sabit və digərlərin rolu açıqlanır. Bununla yanaşı musiqi əsərinin əsas toxumu olan intonasiyadan anlayış verərkən qeyd olunmalıdır ki, toxum-intonasiya tərkibinə melodiya, ritm və musiqi dilinin digər elementlərinin və musiqi xarakterinin əsas rüşeymi daxil olunur.Müəllim qabaqcadan dərsin gedişi haqqında düşünməli və onun quruluşunda məktəblilərin müstəqil şəkildə bu və ya digər nəticəyə gəlmələrini hazırlamalıdır. Beləliklə, ikinci rübün tədris prosesi hər şeydən əvvəl məktəblilərin musiqi intonasiyası ilə əlaqəli şəkildə qavranmasının inkişafına, əsərdə intonasiya toxumunun aşkar edilməsinə yönəldir.

Üçüncü sinifdə dinləmə və ifa etmə üçün tövsiyə edilən material üzrə musiqi dilinin intonasiyalı mənalılığı, ifadəliliyi təsvirliyi haqqında verilən mühüm anlayışlar mənimsənilir.

Üçüncü sinifin ikinci yarımili “Musiqinin inkişafı” mövzusuna həsr edilir. Musiqi əsərin quruluşunda, formada musiqi inkişafının müxtəlif xarakterinin mövcudluğu da burada vurğulanır. Müəllim dərslərin gedişində daima mövzuları həyatla əlaqəli şəkildə qurmalı və irəli getmə və geriyə qayıtma prinsipi və metoduna riayət etməlidir. Həyatla əlaqələndirmə ilk növbədə məktəblilərin həm ümumi, həm də musiqi təcrübəsindən istifadə edərək, əvvəlki illərdə alınan bilik və vərdişləri təkrarlamağı, möhkəmləndirməyi və dərinləşdirməyi nəzərdə tutur. Eyni zamanda, bəzən şagirdlər qarşısına ümumi şəkildə, müxtəsərcə qoyulan məsələlər daha ətraflı şəkildə, daha dərindən yuxarı siniflərdə mənimsənilir. Belə hallarda yenə də irəli getmə və geri qayıtma prinsipi fəaliyyətdə olur.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin