İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


II sinif mahnı repertuarından musiqi dinləmək



Yüklə 0,81 Mb.
səhifə60/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   56   57   58   59   60   61   62   63   ...   70
II sinif mahnı repertuarından musiqi dinləmək.
7. İkinci sinif şagirdlərinin bilik və bacarıqlarına verilən əsas tələblər.

İkinci sinifdə musiqi fənnindən tədris olunan ilk mövzu “ Musiqidə üç janr: mahnı, rəqs və marş – üç alma” adlanır və məktəbliləri musiqi sənətinin geniş sahələrinə daxil etməklə yanaşı, eyni zamanda musiqinin sosial varlıq sahələrinə də yiyələndirir. Həmin mövzu musiqi təlimi məzmununun əsas həll edici mövqeyidir. Məktəblilər tərəfindən onun mənimsənilməsi uşaqların həyat və musiqi təcrübəsinin mahnı, rəqs və marşla tanışlığı prossesində baş verir. Musiqinin bu kimi demokratik sahələri üzrə məktəblilər, bir tərəfdən musiqi təcrübəsindən onlara artıq məlum olanları xatırlayır, digər tərəfdən isə, yeni biliyə yiyələnir. Bu zaman mahnı, rəqs və marş musiqi bünövrəsi kimi təqdim olunur. Elə həmin əsas biliyə görə məktəblilərin musiqi sənətində bələd olmaqlarıformalaşır.

Birinci mövzu tədris ilinin birinci rübü ilə bağlı olduğuna görə demək olar ki, birinci rübün tədris prossesi ilk növbədə müxtəlif nüvlü mahnı, rəqs və marçların həyatla əlaqəli şəkildə mənimsənilməsi bacarığının inkişaf edilməsinə yönəlir.

İkinci sinifdə tədris olunan ikinci mövzu “musiqi nədən danışır” adlanır. Həmin mövzuya müvafiq olan proqram materialınin əsasını musiqidə təsvirilik və ifadəliliyin tarazlaçması kimi estetk problem təşkil edir. Əlbəttə , burada yalnız əlverişli formada həmin problemin dərk edilməsinə doğru yaxınlaşmaların yolları müəyyən edilir. Müxtəlif ieadəliliyə məxsus musiqi nümunələri musiqidə ifadəlilik və təsviriliyi qavranılmasına xidmət edir.

Məktəblilərin musiqi haqqında təsəvvürlərinin genişlənməsi musiqi təsvirliliyi və ifadəliliyi ilə tanışlıq nəticəsində əldə olunur. Təsvirilik daima musiqinin ifadəliliyi ilə əlaqələndirilir.

İkinci rübün tədris prossesi ilk növbədə şagirdlərin öz təbiətinə görə ifadəli sənət növü olan, musiqi qavranılmasınin formalaşmasına yönəlir.

Tədris ilinin ikinci yarısı üçüncü mövzu ilə, “Üç alma bizi hara aparır” başlanır. Burada təlimin məzmunu məktəbliləri musiqinin həyatla əlaqələrinin daha dolğun və vahid təsəvvürün yaranmasına imkanlar açır.

Məktəblilər mahnı, rəqs və marş xarakteri daşımış ayrı-ayrı pyeslərlə yanaşı iri həcmli əsərlərdən parçalar da dinləyir və burada yenə həmin janrların özünü büruzə verməsi uşaqlar tərəfindən aşkar edilir.

Həmin məsələnin həlli prosesində muxtəlif əsərlərin mahı, rəqs və marşla əlaqəli şəkildə bağlı olmağı musiqi ifadəliliyinin parlaq obrazlılığını bir daha nümayiş etdirir.

Üçüncü rübdə məktəblilər opera, balet, sinfonik əsərlər, muğamlarda da mahnı, rəqs və marş musiqisini tanıya bilirlər. Məktəblilərin opera əsərlərilə tanışlığı əsasən mahnı vastəsilə, balet ilə tanışlığı isə rəqs vastəsilə gerçəkləşdirilir. Simfonik musiqidə həm mahnı, həm rəqs, həm də

Marş elementləri olduğundan məktəblilər tərəfindən onları tanımaq və müəyyən etmək bir qədər çətin olsa da, böyük marağa səbəb olur.

Beləliklə, üçüncü rübün tədris prosesi musiqinin əsas sahələri olan mahnı, rəqs və marşların opera, balet və simfonik musiqi ilə bağlı olmaqları haqqında ümumi təsəvvürlərin yaranmasına yönəlir. Həmin iri həcmli əsərlərdə mahnı,rəqs və marşı eşitməyi , duymağı tanımaqları böyük əhəmiyyət kəsb edir.

İkinci yarımildə tədris edilən son mövzu “Musiqi dili nədir ? “ adlanır. Həmin mövzu uşaqlara toplanmış dinləmə təcrübələri və bilikləri əsasında musiqi nitqi elementlərinin ifadəli əhəmiyyətini mənimsımıyə və onun mahiyyətini duymağa imkan verir. Musiqinin ifadə vastələri burada məktəblilərin qavramasının yoxlanılması üçün bələdçilik funksiyasını daşıyır. Məktəblilər musiqi haqqında isbatlı mülahizələr irəli sürməlidirlər. Alimlərin fikrinə görə, bilməlidirlər ki, melodiya, intonasiya, lad, rutm, harmoniya ətraf mühiti, təbiəti, habelə insan hissilərinin aləmini, tarixi, bəşəriyyətin gələcəyini əks etdirir. Emosional-mənəvi səciyyəli musiqi obrazlarının daha təsirli olmaqlarının məktəbli tərəfindən duyulmasına imkan yaranır. İkinci yarımilin son rübünün tədris prosesi məktəblilərin topladıqları musiqi-eşitmə təsəvvürlərin musiqi nitqi haqqında ilkin biliklərə çevrilməsinə, onun elementlərinin ifadəli əhəmiyyəti mənimsəməsinin inkişafına yönəldilmişdir.

İkinci sinifdə məktəblilərin həyat və musiqi təcrübəsinin əlaqələri daha da aydınlaşdırılır.

İkinci tədris ilinin sonunuda şagirdlər aşağıdakıları bilməlidirlər.

-ifa olunmuş və dinlənilmiı əsərləri, onların yaradıcılarını;

-melodiya,ritm, temp,dinamika, registr kimi, müxtəlif musiqi ifadə vastələrini və onların mahiyyətini;

-mahnılarda giriş, bənd və nəqarəyin əhəmiyyətini.

İkinci sinif şagirdləri tədris ilinin sonunda aşağıdakı bacarıqları əldə etməlidirlər.

-musiqinin xarakterinə uyğun estetik zövq alamağı;

-oxuduqları və dinlədikləri musiqi əsərlərində əks olunan hissləri keçirməyi;

-ayrı-ayrı mahnılarda giriş, bənd və nəqarəti fərqləndirməyi;

-hər hansı mahnını məzmununa uyğun bədii cəhətdən dolğun ifa etməyi;

-dinlənilən müxtəlif janrlı musiqi nümunələrini fərqləndirməyi;

-tar, kəmança, tütək,balaban kimi olan xalq çalğı alətləri, habelə skripka,violonçel, fortepiano, fleyta,truba alətlərini səslərinə və tembrlərinə görə tanınmağı;

-ansambl, orkestr,xor kollektivini ifa etdikləri əsərlərə görə tanımağı;

-kiçik həcmli melodiyaları və onların müvafiq parçalarını notla oxumağı;

-Azərbaycan yallılarının,rəqs melodiyalarının ritminə uyğun rəqs etməyi ,marövari melodiyalarının tempinə uyğun addımlamağı, musiqili ritmik hərəkətləri göstərməyi;

-uşaq musiqi alətlərində sadə melodiyaları çalmağı;

-müxtəlif janrlı musiqi nümunələri əsasında musiqi “danışıqları”nda iştirak etməyi, ayrı-ayrı əsərlərin məzmununu səhnələşdirməyi,yəni improvizə etməyi.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin