İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


İKİNCİ SİNİFDƏ MUSİQİ TƏLİMİ VƏ TƏRBİYƏSİ



Yüklə 0,81 Mb.
səhifə59/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   55   56   57   58   59   60   61   62   ...   70
6.İKİNCİ SİNİFDƏ MUSİQİ TƏLİMİ VƏ TƏRBİYƏSİ.

PLAN

1.II SİNİF ŞAGİRDLƏRİN SƏCİYYƏSİ.

2. MUSİQİNİN QAVRANILMASI VƏ TƏLİMİN MƏZMUNU.

Birinci sinif üçün münasib olan musiqi tərbiyəsinin ümumi vəzifələri ikinci sinifdə dəqalmaqdadır və yenə də fəaldır. Musiqiyə sevgi və marağın formalaşması davam etdirilir. Bundan əlavə, tərbiyəvi və inkşaf edici təlim prossesində musiqi qabiliyyətlərinin inkişafı böyük əhəmiyyət kəsb edir.

İkinci sinif şagirdlərinin ümumi şəkildə səciyyəsi ilk növbədə birinci siniflərə bənzər ümumi cəhətlərin çox olduğu-oyun formaları vastəsilə materialın daha yaxşı mənimsənilməsi, habelə parlaq fantaziya, maraq doğuran hər bir şeyə aid iti hafizə ön plana çıxır. Lakin bütün bunlara baxmayaraq onların arasında müəyyən qədər müxtəliflik də mövcuddur.

İkinci siniflər artıq “təcrübəli” məktəbli olduğundan onlar məktəbrejimi,dərs tələblərinə adət edir. Məktəblilərin diqqəti daha sabitdir, lakin onun həcmi yenə də çox deyil.Birinci siniflərə nisbətən mücərrəd təfəkkürün inkişaf etməsi, yəni ki,mənimsənilən təzahür və faktları təhlil etmə və onları ümumiləşdirmək qabiliyyəti özünü büruzə verir.İradə baxımından inkişaf olmasa da maraqlı material, yaxud tapşırıqla üzləşərək, şagirdlər ciddi çətinlikləri aradan qaldırmağa qadirdirlər.

Mütaliə vərdişi digər fənlərin qavranılması nəticəsində əldə olunan vərdiş və biliklər dünyagörüşün,o cümlədən musiqi dünyagörüşünün genişlənməsinə imkan yaradır.Eyni zamanda bunların hamısı tam dəyərli musiqi tərbiyəsi üçün zəruri olan yaradıcı inkişafa geniş yollar açır.

İkinci siniflərin musiqi inkişafı ətraf mühitdən, şəraitdən,ailənin təsirindən deyil, daha çox birinci sinifdə keçirilən musiqi dərslərinin keyfiyyətindən asılı olur. Birinci siniflərdə mütəşəkkil məqsədyönlü və maraqlı dərslərin keçirilməsi nəticəsində uşaqlar birlikdə musiqi dinləməyi, onun haqqında fikir, mülahizələr söyləməyi, bir-birinə qulaq asaraq, xorla oxumağı artıq öyrəniblər.

Adətən, birinci siniflə müqaisədə, ikinci sinif şagirdlərinin musiqiyə,musiqi vərdişləri və bilikləri üzrə münasibəti də çox rəngarəng deyil, daha rəvan olduğu qeyd edilir. Onların arasında olan hər hansı fərqi müxtəlifliyi hamarlanması, aradan qaldırılması yol verilməzdi. Musiqi qabiliyyəti az inkişaf etmiş uşaqlara daha diqqətlə yanaşan müıllim düşünməlidir ki, bütün normal inkişaf etmiş uşaqlarda musiqi qabiliyyətlərini inkişaf etdirmək mümkündür. Lakin, istedadlı uşaqlar da kənarda qalmamalıdırlar.İstedadlı uşaqların musiqi qabiliyyətlərinin inkişafı üzərində müəllim daima çalışmalı, onlara fərdi tapşırıqlar verməlidir. Uşaqlara qabiliyyətlərinə görə tələbkarlıq göstərilməsi bəzi istedadlı uşaqlqrın meyl göstərdikləri “ulduz xəstəliyinə “ düçar olmasının qarşısını alır.

Musiqini qavrama vərdişinin inkaf etdirilməsi bir sinifdən o biri sinifə keçdikcə inkişaf prosesində olmalıdır. İkinci sinifdə nəinki birinci sinifin biliklərini dərinləşdirmək və möhkəmləndirilməkdən söhbət gedir. Burada musiqi repertuarı dəyişərkən əsas ifadə vastələri, dinamika, temp, reqstr, habelə “lad“ anlayışını vermədən, lad rəngarəngliyinin dəyişilməsi uşaqlar tərəfindən qeydə alınmalıdır. Şagirdlər musiqidə sabitliyi, iki və üç hissəli formalarda hissələrin dəyişilməsini də duyub görməlidirlər.

Məktəblilərin aldıqları biliklər səthi olmamalı,əksinə daha dərin və məzmunlu olmalıdır. Həmin biliklərin köməyilə musiqi məzmununun daha ətraflı çəkildə, daha güclü emosiya və həssaslıqla qavranılmasına imkanlar açılır.

2.Musiqi qavranılmasının inkişaf sistemi keçmiş SSRİ dövründə məşhur olan ictimai xadim, bəstəkar, pedaqoq D.B.Kabalevskinin musiqi proqramında aydınlıqla işlənilib. Proqram “ üç kit” və Kabalevski tərəfindən musiqinin əsas sahələri kimi qəbul edilən mahnı, rəqs və marşlara arxalanır. Müəllifin fikrinə görə həmin sahələrin mənimsənilməsi şagirdləri musiqinin zirvələrinə gətirə bilər. Burada mahnı, rəqs və marş musiqinin əsas janrları kimi çıxış edir və dünya musiqi mədəniyyətinə yol açır, bütün musiqi əsərində bu və ya digər şəkildə özünü büruzə verir. Qədim zamanlarda mövcud olan rəvayətə görə, bütün dünya üç kitin üzərində durur, onların çiyinlərinə arxalanır. Buna bənzər şəkildə bütün dünya musiqisi də “üç kit” qismində çıxış edən mahnı, rəqs və marş janrlarına arxalanır.Həmin mülahizələr Kabalevskinin metodik axtarışlarında, elmi metodik əsərlərində və uşaqların musiqi tərbiyəsinə həsr etdiyi kitablarda öz əksini tapmışdır.

Kabalevskinin proqramı keçən, XX əsrin 70-ci illərində keçmiş SSRİ–də aparılan məktəb islahatları nəticəsində yaranmışdır.Həmin proqramın Azərbaycan Respublikası üçün tətbiqi bəstəkar Oktay Rəcəbov tərəfindən gerçəkləşdirilmişdir. Oktay Rəcəbovun ümumtəhsil məktəbləri üçün “Musiqi” proqramı Kabalevski proqramının Azərbaycan şəraitinə uyğunlaşmış növü kimi, ilk dəfə 1985-ci ildə dərc edilmişdir. 1996 və 2001–ci illərdə proqramın yeni nəşrləri çıxmışdır.Burada “üç alma” anlayışı uşaqlara daha aydın və anlaşıqlı olduğuna görə, bir qədər yad, doğma olmayan “ üç kit” anlayışını əvəz edir. İkinci sinifdə musiqi təliminin məzmunu musiqi ilə həyatın bilavasitə sıx əlaqələrinin müəyyən edilməsi üzərində qurulur.

Burada qoyulan əsas məsələlərin mahiyyəti musiqi qavrama prosesinin təşkilində, ümumi həyat oriyetirləri, yəni bələdçi qismində məktəblilərin topladıqları musiqi haqqında əsas biliklərinin çıxış edilməsindən ibarətdir.

Konkret musiqi əsərlərinin qavranılması prosesində məktəblilərin mənimsədikləri biliklər məsələlərin həll olunmasına zəmin yaradır. Həmin məsələnin gercəkləşməsinin, həyata keçirilməsinin digər, pedaqogi şərti- ikinci sinif şagirdləri üçün yaxın və maraqlı olan əsərlərin seçilməsidir. Musiqi biliklərinin geniş bələdçilik funksiyasının köməyi nəticəsində məktəblilərin şüurunda imumilik və konkretlik vahidi yaradılır. Proqrama daxıl olan əsərlərin seçimi, obrazlı məzmunun əlverişli olmağı, formanın cazibədarlığı ilə yanaşı habelə məktəblilərdə müxtəlif hisslərin oyanmasına şərait yaradır. Musiqi sənəti uşaqları ətraf mühitdə, həyatda baş verən sosial dəyişikliklərə bələd olmağa hazırlaşdırır. İkinci sinifdə musiqi təliminin vəzifəsi bilavastə emosionai təsir nəticəsində məktəbliləri, yaradıcı xarakter daşıyan musiqinin ifasına cəlb edlməsini nəzərdə tutur. Yaradıcılıq sevinci uşaqlarda musiqi məşğələlərinə dair mənəvi-estetik münasibətin formalaşmasının mühüm mənbəyidir. İkinci sinifdə “ üç kit”, “üç alma” haqqında təsəvvürlərin inkişaf etdirilməsi aşağıdakı mövzuların mənimsənilməsilə əldə olunur.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin