İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


Plan 1. Dördüncü sinifdə mahnı oxuma



Yüklə 0,81 Mb.
səhifə68/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   62   63   64   65   66   67   68   69   70
Plan

1. Dördüncü sinifdə mahnı oxuma

Dördüncü sinif şagirdlərində mücərrəd təfəkkür, yəni abstraklaşdırma qabiliyyəti daha qabarıq şəkildə büruzə verir. Təzahür və faktların əyani qavrayışından daha mücərrəd söz təsvirinə izahata doğru müntəzəm şəkildə olan keçid burada özünü göstərir. Lakin musiqi dərslərində söz deyil, musiqi danışmalş, səslənməlidir. Buna görə də uzun izahatların verilməsi gərəksizdir.

Dördüncü siniflərdə məktəblilərin ixtiyari diqqətinin həcmi artır və onlar müəllim verən tapşırıq üzərində fikri daha çox cəmləşdirməyə qadirdilər. Məktəblilərin ümumi inkişafı, əldə edilmiş təfəkkür vərdişləri o cümlədən müqayisə etmək, qarşılaşdırmaq və müstəqil olaraq nəticə çıxarmaq qabiliyyətləri musiqi təvəkküründə də özünü göstərir. Qeyri ixtiyari yadda saxlama, hafizə ixtiyari yaddaşla zənginləşdirilərək, nəticə etibarilə alınan təsəvvürlərin kəmiyyətcə daha həcmli, keyfiyyətcə dərin olması üçün zəmin yaranır.Bu dövrdə uşaqların təfəkkürü öz gücünü saxlamaqla daha şüurlu olur. Təfəkkürün xarakterinə məktəblilərin həyat təcrübələri böyük təsir göstərir.

Dördüncü sinif şagirdlərinin maraqları daha seçimli olur, belə ki, uşaqların bir qismi humanitar fənnlərə, digərləri isə dəqiq elmlərə meyillidir. Eyni zamanda təhsildə rast gələn “ağ ləkələr” burada daha aydın şəkildə özünü göstərir.

Musiqi inkişafı sahəsində təhsili qüsurları özünü əsasən vokal-xor işində büruzə verir. Məktəblilərin böyük qismi yanlış oxuyur. Bu haqda düşündükdə onlar “musiqi onlar üçün deyil”, musiqi qsbiliyyətləri olmadıqlarına səhvən inanır. Çox təəsüf ki, böyüklər, hətta müəllimlərin özləri də belə yanlış qənaətə gəlir, halbuki məhz müəllim bilməlidir ki, səhv oxuma bir sıra səbəbdən irəli gəlir, belə ki, əla musiqi və kamil eşitmə qabiliyyətinə malik olanlarda da buna rast gəlmək mümkündü. Dördüncü sinif şagirdlərinin yaş xüsusiyyətlərini və öz imkanlarına dair qəti nəticəyə gəlməklərini nəzərə alan müəllim belə uşaqlara qarşı qayğıkeş, nəzakətli, xeyirxah, olmalı və onların gələcək musiqi inkişafına ümidvar olduğuna inandırmalıdır.

Əvvəlki siniflərdə olduğu kimi, musiqi tərbiyə işində yenə də məktəblilərin digər tərəfindən aldıqları bilik və vərdişlərə arxalanmaqları olduqca böyük rol oynayır. Mütaliə vərdişinin əldə edilməsi isə xüsusi əhəmiyyətə malikdir.

Dördüncü siniflərin təcrübəsi daha geniş və rəngarəng olduğundan, nəticə etibarilə onlar əldə etdikləri bilik və vərdişləri cəlb etməklə aldıqları təsəvvürlər arasında paralel əlaqələrin aşkar edilməsini olduqca effektli və parlaq şəkildə göstərməyə qadirdilər. Məsələn, mütaliyə və nitq inkişafı üzrə proqram tələbləri məktəblilərin şüurla, ifadəli oxumaq, müstəqil olaraq kiçik bədii əsərlərin əsas fikrini çatdırmaq, habelə əbədi dilin ifadə vastələrinin mənasını dərk etməsindən ibarətdir. Sözsüz ki, həmin bacarıqların musiqi dərsində istifadə edilməsinin xeyri danılmazdır. Lakin məktəblilərin biliyinin, düşüncələrinin, müqayisə etmə bacarıqlarının fəallağdırılması musiqi məşğələlərinin emosional əhvalını endirməməlidir. Əksinə, ayrı-ayrı təsəvvürlər arasında aparılan əlaqələr məktəbliləri musiqini emosional şəkildə mənimsəməyə və ona yaradıcı münasibət göstərməyə sövq etməlidir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin