2.Üçüncü sinifdə musiqi tərbiyəsinin əsas məsələləri.Üçüncü sinifdə musiqi tərbiyəsinin əsas məqsədi kimi musiqi vastəsilə məktəblilərin inkişaf etdirilməsi artıq musiqi-eşitmə inkişafının gücləndirilməsinə təkan verərək, vacib məsələlərdən biri kimi ilk dərslərdən müəllimin qarşısında durur. Həmin mərhələdə, yəni üçüncü sinifdə musiqi materiallarının mürəkkəbləşməsi ilə əlaqədar olaraq,onun bütövlükdə qavranılması üçün harmonik və tembr eşitmə qabliyyətləri. Habelə ritmik və lad hissiyatları daha böyük əhəmiyyət kəsb edir.
Həyatla musiqinin əlaqələndirilməsinin açıqlamasında məktəblilərə tanış olan ifadə vastələri musiqinin daha qəliz məzmununun izahı baxımından nəzərdən keçirilir. Müəllim məktəb həyatının çoxşaxəli olduğunu nəzərə alaraq, təlim-tərbiyə prosesinin qurulmasında buna arxalanmalıdır.
Musiqi əsərinin tematikası, əhval-ruhiyyə və xarakterlərinin müxtəlifolduğunu təsdiqləyən eyni mövzunun, təzahürün,obrazın ayrı-ayrı bəstəkarların yaradıcılığında müxtəlif üsullarla əks etdirilməsini göstərməklə yanaşı, bir bəstəkarın eyni mövzunu, obrazı, təzahürü cürbə-cür şəkildə təcəssüm etdirə biləcəyini də qeyd etmək lazımdır.
Beləliklə, burada məktəblilərin musiqi sənətinin incilərinə yiyələnməsində daha geniş perspektivlər açılır, musiqi onların qarşısında öz rəngarəngliyilə durur.
Təlimin həmin mərhələsində məktəblilərin fəal musiqi-eşitmə inkişafının bir vastəsini təşkil edən onların musiqi fəaliyyəti, mahnı oxumaqları, habelə uşaq musiqi alətlərində çalmaqları və musiqi dinləmələridir. Burada xorla oxumanın, yəni kollektiv şəkildə fəal musiqi yaradıcılığına yiyələnmənin xüsusi əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |