1. H.M. Xəlilov, M.F. Heydərov, R.H.Məmmədov, B.B.İskəndərov , Ş. T. Hüseynov, Riyaziyyat I , Bakı Universiteti Nəşriyyatı, Bakı, 1993
Əlavə ədəbiyyat
2. Mərdanov M.C, Mirzəyev S.S və b. IX siniflər üçün ˝ Cəbr ˝ dərsliyi, Bakı-2005
3. Mərdanov M.C, Mirzəyev S.S və b. ˝Cəbr və Analizin başlanğıcı˝, X siniflər üçün dərslik, Bakı-2009 4. Yaqubov M.H, Abdullayev İ.M və b. Riyaziyyat, Bakı, 2008 5. Сборник задач по математике, Алгебра. Под редакцией М.И. Сканави, Москва, 2006
• Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin tələblərinə tədris kursunun cavab verməsi.
• Tələbələri elementar riyaziyyatın bəzi əsas anlayış və metodları ilə tanış etmək və öyrətmək
• Tələbələrə akademik yardım göstərmək, onların öz potensialını realizə etmə imkanını daha da təkmilləşdirmək.
• Tələbələrin sonrakı inkişafında müəyyən bazanın yaradılması
Tədrisin (öyrənmənin) nəticələri
Bütün kurs boyu tələbələr inkişafda olmalı və aşağıdakı bacarıq və vərdişlərini qoruyub saxlamalıdırlar:
• Özündə kök işarəsi saxlayan ifadələri çevirməyi bacarmalı
•Ədədi və həndəsi silsilələrə aid məsələləri həll edə bilməli
•Xətti, kvadrat, kəsr-rasional, irrasional tənlikləri həll etməyi bacarmalı
•Xətti, kvadrat, kəsr-rasional, irrasional bərabərsizlikləri həll etməyi bacarmalı
•Üstlü və loqarifmik ifadələri çevirməyi, üstlü və loqarifmik tənlikləri həll etməyi bacarmalı
•Triqonometrik ifadələri çevirməyi, triqonometrik tənlik və bərabərsizlikləri həll edə bilməli
Generic Objective of the Course:
Qaydalar (Tədris siyasəti və davranış)
Dərslərdə iştirak etmək:
Tələbələrdən bütün otaqlara öz təhsilinin bir hissəsi kimi diqqət göstərməsi və üzürlü səbəbdən dərsdə iştirak edə bilmədikdə (xəstəlik, ailə üzvlərindən birini itirdikdə) onlardan dekanlığı məlumatlandırmaq tələb olunur.
Ümumiyyətlə, tələbənin 20% dərsdə iştirak etməməsi onun imtahandan kənarlaşdırılmasına gətirib çıxarır.
Gecikmə:
Əgər tələbə dərsə fənn müəllimindən sonra daxil olarsa, onda onun otağa daxil olması və tələbələri narahat etməsi qadağan olunur. Bununla belə həmin tələbə ikinci qoşa saatda iştirak edə bilər.
Dərsə hazırlaşma
Kursun stukturu onu fərdi öyrənməyə imkan verir və sinifdən kənar dərsə hazırlıq üçün olduqca mühümdür. Mühazirə materialı mətndə müzakirə olunan əsas məsələlər üzərində qurulacaq. Dərsdən əvvəl seçilmiş fəsillərin oxunuşu və onlarla tanışlıq mühazirənin başa düşülməsində sizə böyük köməyi dəyəcəkdir. Mühazirədən sonra siz apardığınız qeydləri öyrənməli və hər fəsilin axırında verilən uyğun məsələlər və yoxlama sualları üzərində çalışmalısınız.
Semestr ərzində çoxlu sayda yoxlamalar olacaqdır. Bu yoxlamalar dərs periodu ərzində keçiriləcəkdir.
İmtahanda iştirak qaydası
Əgər siz yekun imtahanda üzürlü səbəbdən iştirak edə bilməmisinizsə, onda siz imtahanı növbəti müddətdə verməlisiniz. Əgər imtahanda iştirak etməmək üçün əlinizdə tutarlı əsas olmasa, onda imtahanın nəticəsi sıfır kimi qiymətləndiriləcəkdir.
İmtahan (keçmə / kəsilmə )
Tələbənin imtahanda uğur qazanması üçün onun göstəricisi ən aşağısı 60 % olmalıdır. Onun imtahanda müvəffəqiyyət qazanmadığı halda növbəti semestr və ya ildə onun kursu təkrar keçməsinə ehtiyac qalır.
Aldadıcı / xoşagəlməz hərəkətlər
Yoxlama tapşırığı, Aralıq semestr imtahanı və Yekun imtahan ərzində aldadıcı və ya digər xoşagəlməz hərəkətlər tələbənin imtahandan kənarlaşdırılmasına gətirib çıxarır. Bu halda heç bir şeyə baxmayaraq avtomatik olaraq tələbə sıfır (0) alır.
Professionalizmə doğru
Dərs saatı ərzində tələbə akademik yaradıcı və professional mühitə aparan yolla hərəkət etməlidir. Yolverilməz diskussiyalar və qeyri etik hərəkətlər birbaşa qadağan olunur.
Kursun uğurlu alınması
Kursun uğurla başa çatmasından ötrü, tələbələr dərs saatı ərzində aktiv iştirak etməli və diskussiyalara cəlb olunmalıdır.
Öyrənmə və Öyrətmə üsulları
Kursun aktiv öyrənilməsi prosesinə üstünlük verilir. Mühazirələr, diskussiyalar, çalışmalar, tipik nümunələr.
Kəsr ədədlər.Kəsrlərin müqayisəsi.Kəsrlər üzərində əməllər. Onluq kəsrlər.Onluq kəsrlər üzərində əməllər.Dövri kəsrlər.Kəsrlərin çevrilməsi. -ci dərəcədən kök anlayışı. İrrasional ədədlər, onların müqayisəsi və bu ədədlər üzərində əməllər. Həqiqi ədədlər. Həqiqi ədədin mütləq qiyməti. Həqiqi üstlü qüvvət. Cəbri ifadələr və onlar üzərində əməllər. Cəbri ifadə və onun ədədi qiyməti. Hərflərin mümkün qiymətləri. Birhədlilər və onlar üzərində əməllər. Çoxhədlilər və onlar üzərində əməllər. Müxtəsər vurma düsturları və onların tətbiqləri. Cəbri ifadələrdən kökalma. Kəsrin surət və ya məxrəcini irrasionallıqdan qurtarmaq. Köklər üzərində əməllər. Mürəkkəb kökalma düsturu. Çoxhədlilərin vuruqlara ayrılması. Cəbri kəsrlər və onların çevrilməsi.
[1]səh.32-102, 120-127
2
26 sentyabr
Ədədi silsilə. Ədədi silsilənin hədlərinin xassələri. Ədədi silsilənin ilk həddinin cəmi. Həndəsi silsilə. Həndəsi silsilənin hədlərinin xassələri. Həndəsi silsilənin ilk həddinin cəmi. Sonsuz azalan həndəsi silsilənin cəmi.
Tənlik və onun həlli. Eynigüclü tənliklər. Tənliklərin təsnifatı. Xətti tənliklər. Kvadrat tənlik. Viyet teoremi. Kvadrat üçhədlinin vuruqlara ayrılması. Məchulu modul işarəsi daxilində olan tənliklər. Yeni məchul daxil etməklə kvadrat tənliyə gətirilən bəzi tənliklər. Bikvadrat tənliklər. Qayıtma tənliklər. Simmetrik və çəp simmetrik tənliklər.
İrrasional tənliklər. İrrasional tənliklərin həllində tətbiq olunan bəzi süni üsullar.
[1]səh.184-195
5
17 oktyabr
İkiməchullu xətti tənliklər sistemi. Üçməchullu üç xətti tənlik sistemi. Biri ikidərəcəli, o biri birdərəcəli olan tənliklər sistemi. Yüksəkdərəcəli tənliklər sistemi
[1]səh.142-153, 176-184
6
24 oktyabr
Bərabərsizliklər və onların əsas xassələri. Eynigüclü bərabərsizliklər və onların əsas xassələri. Birdərəcəli və ikidərəcəli bərabərsizliklər. Birməchullu tam rasional bərabərsizliklərin həlli. Kəsr-rasional və irrasional bərabərsizliklər. Bərabərsizliklər sistemi.
[1]səh.199-221
7
31 oktyabr
Aralıq imtahan
8
7 noyabr
Funksiya anlayışı. Funksiyanın qrafiki. Funksiyanın verilmə üsulları. Funksiyanın təyin və qiymətlər oblastı. Tək və cüt funksiyalar. Monoton və məhdud funksiyalar. Xətti, kəsr-xətti, kvadratik funksiyalar. Qüvvət funksiyası və bəzi tipik funksiyalar. Düz və tərs funksiyalar. Üstlü funksiya və onun xassələri.
[1]səh.221-252
9
14 noyabr
Loqarifm. Loqarifmik funksiya və onun xassələri. Loqarifmik ifadələrin çevrilməsi.
[1]səh. 253-267
10
21 noyabr
Üstlü tənlik və bərabərsizliklərin həlli.
[1]səh.267-271, 280-281
11
28 noyabr
Loqarifmik tənlik və bərabərsizliklərin həlli. Üstlü və loqarifmik tənliklər sistemi.
Tərs triqonometrik funksiyalar. Arkfunksiyalar üzərində triqonometrik əməllər. Tərs triqonometrik funksiyalar daxil olan eyniliklər.
[1]səh.354-363
14
19 dekabr
Triqonometrik tənliklər. Ən sadə triqonometrik tənliklər. Triqonometrik tənliklərin əvəzetmə üsulu ilə həlli. Bircinsli triqonometrik tənliklər. şəklindəki tənliklərin həlli. Triqonometrik tənliklərin bəzi xüsusi həll üsulları. Triqonometrik tənliklər sistemi.
[1]səh.363-391
15
26 dekabr
Triqonometrik bərabərsizliklərin həlli.
[1]səh.391-395
Final imtahanı
Bu tTədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər ververiləcək.