Ii yarımil. Coğrafiya. I mövzu TƏSƏRRÜfat sahəLƏRİn yerləŞMƏSİNİn xəRİTƏLƏRƏ Əsasən təHLİLİ



Yüklə 0,82 Mb.
səhifə1/46
tarix17.02.2022
ölçüsü0,82 Mb.
#114405
  1   2   3   4   5   6   7   8   9   ...   46

II yarımil.

Coğrafiya.
I mövzu

TƏSƏRRÜFAT SAHƏLƏRİN YERLƏŞMƏSİNİN

XƏRİTƏLƏRƏ ƏSASƏN TƏHLİLİ.

Təsərrüfatın yerləşməsinə təbii şərait (relyef, iqlim və s.), iqtisadi (xammal və enerji mənbələrinə, tələbata, nəqliyyat yollarına yaxınlıq və s.) və sosial (əhali məskunlaşması, əhalinin sıxlığı, əmək ehtiyatları və s.) amillər təsir edir.

Təsərrüfatın yerləşməsinə müxtəlif amillər təsir edir. Onlardan biri təbii şəraitdir. İnsanlar tarixən əlverişli iqlimə malik, düzənlik relyefdə, bioloji resurslarla zəngin olan ərazilərdə, çay, göl və dəniz sahillərində məskunlaşmağa üstünlük vermişlər. Təbii şəraitin ən mühüm amili relyefdir. Xəritələrdə yolların təsviri və yaşayış məntəqələrinin yerləşməsi ərazinin relyefi haqqında məlumat əldə etməyə imkan verir. Yüksək dağlıq ərazilərdə əhalinin zəif məskunlaşması müşahidə olunur.

Təbii ehtiyatlar sənayenin yerləşməsinə təsir göstərən amillərdəndir. Metallurgiya, neft hasilatı, neft-kimya, mineral sudoldurma və s. müəssisələr, əsasən, təbii ehtiyatlara yaxın ərazilərdə yerləşdirilir. Maşınqayırma sənayesi isə əmək ehtiyatlarının, xüsusən ixtisaslı kadrların olduğu iri şəhərlərdə yerləşdirilir. Bu şəhərlərin böyüməsi aqlomerasiya və meqalopolislər yaradır.

Ərazinin iqlim xüsusiyyətləri, ilk növbədə, kənd təsərrüfatına təsir göstərir. Kənd təsərrüfatının müxtəlifliyi tematik xəritələrdə areal üsulu ilə verilir. Pambıq, taxıl, üzüm, tərəvəz əkin sahələri, sitrus meyvə bağları və s. müxtəlif rənglərlə təsvir olunur. Kənd təsərrüfatı və sənaye xəritələrinin müqayisəsi digər bir qanunauyğunluğu üzə çıxarır. İlkin emal müəssisələri (pambıqtəmizləmə, meyvə-konserv sənayesi, şəkər istehsalı və s.) xammal mənbələrinə yaxın ərazilərdə yerləşdirilir. Aqrar-sənaye komplekslərinin (ASK) olduğu mərkəzlər kənd təsərrüfatı rayonlarında yerləşir.

Təsərrüfatın digər sahələrinin yerləşməsindəki qanunauyğunluqları müxtəlif tematik xəritələrə əsasən müəyyən etmək mümkündür; məsələn, sənaye xəritələrində ağac emalı və sellüloz-kağız istehsalı mərkəzləri də, adətən, meşə massivlərinin mövcudluğu barədə məlumat verir.

Su hövzələrinin (çay, göl, dəniz və s.) sahillərində olan məntəqələr, adətən, liman rolunu oynayır. Balıq-konserv müəssisələri çox zaman sahildəki məntəqələrdə yerləşir. Elektrik enerjisinin istehsal olunduğu SES-lər dağ çayları üzərində olduğuna görə onlara yaxın enerji mərkəzləri formalaşır. Ucuz enerji mərkəzlərinə yaxın ərazilərdə isə enerji tutumlu istehsal sahələri (məsələn: alüminium istehsalı) yerləşdirilir.

Sənaye xəritələrinin digər xəritələrlə (nəqliyyat, əhali sıxlığı və s.) müqayisəli təhlili təsərrüfatın yerləşməsində digər coğrafi qanunauyğunluqların da müəyyən edilməsinə imkan verir. Məsələn, xəritədə sənaye mərkəzlərinin yaxın yerləşməsi bu ərazidə şəhərlərin sayının çox və əhali sıxlığının yüksək, nəqliyyat şəbəkəsinin sıx olmasını ifadə edir.

Ölkələr müxtəlif göstəricilərinə görə (əhalinin sayına, adambaşına düşən milli gəlirə, elektrik enerjisi istehsalına və s.) bir-birindən fərqlənir. Ölkə daxilində daha “güclü mərkəz”lərlə yanaşı, “zəif əyalətlər” də mövcuddur. Kartoqrafik təsvirlər üzərində bu fərqləri əks etdirmək üçün son illərdə anamorfoz xəritələrdən istifadə olunur. Anamorfoz xəritələr ənənəvi xəritələrdən tamamilə fərqlənir. Bu xəritələr riyazi statistika əsasında tərtib edilir. Məsələn, dünya əhalisinin sayını göstərən anamorfoz xəritədə Çin, Hindistan və əhalisinin sayı daha çox olan digər ölkələrin ərazisi təhrif olunmuş halda, yəni daha qabarıq təsvir edilir.

Əhalisi azsaylı olan ölkələrin (məsələn: Kanada, Avstraliya və s.) ərazisi böyük olsa da, anamorfoz xəritələrdə daha kiçik ölçüdə göstərilir.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin