İKİNCİ CİLD


ALLAH-TAALA İLƏ İBLİSİN SÖHBƏTİ



Yüklə 1,43 Mb.
səhifə30/30
tarix17.07.2018
ölçüsü1,43 Mb.
#56943
1   ...   22   23   24   25   26   27   28   29   30

ALLAH-TAALA İLƏ İBLİSİN SÖHBƏTİ


İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: İblis, Allah-taalaya deyir: Əgər məni Adəmə səcdə etməkdən azad etsən, Sənə elə ibadət edərəm ki, nə yaxın olan mələklərin, nə də göndərdiyin peyğəmbərlər buna qadir olmuş olsunlar.

Allah-taala buyurdu: Mənim sənin ibadətinə heç bir ehtiyacım yoxdur. Sən Mənə öz istədiyin kimi yox, Mənim istək və əmrimə əsasən ibadət etməlisən.

Başqa bir rəvayətdə deyilir: Dindən çıxmış bir şəxs imam Sadiq (ə)-dan soruşur: Allah-taala mələklərə Adəmə səcdə etməyi əmr etmişdir?

İmam Sadiq (ə) sualın cavabında buyurur: Hər kəs Allahın əmrilə səcdə edərsə, Allaha səcdə etmiş olur. Demək mələklər Adəmə səcdə etsələr də, Allahın əmri ilə səcdə etdikləri üçün Allaha səcdə etmiş olurlar.


İSLAM İKİ ŞƏHADƏT VERMƏKLƏ QƏBUL OLUNUR


Səmai, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: İslam, Allahın birliyinə şəhadət verməkdən ibarətdir.

«Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah».

Bu iki şəhadəti verməklə insanların can və malları toxunulmaz qalır, vərəsəlik, nikah qanunları və digər şeylər qüvvəyə minir və icra olunur.

Əbu Hüreyrənin Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyilir: Biz bu camaatla Allahın vəhdaniyyətinə, mənim nübüvvətimə və mənə nazil olanlara şəhadət verib iman gətirmələri üçün mübarizə aparıram. Əgər onlar bu iki şeyə iman gətirib onları qəbul etsələr amanda olarlar və xalqın hüquq və işlərinə dəxalət etməyincə heç kəsin onların can və malına təcavüz etmək haqqı olmaz.

Bu hədisi Cabir və Əbdullah ibni Ömər azacıq fərqlə nəql etmiş və onu əhli-sünnə mühəddisləri öz mö᾽təbər kitablarında gətirmişlər: Səhihi Buxari 1/39, Səhihi Termizi 1/68, Sünəni Nəsai 2/224 və 161, Əhməd ibni Hənbəl 2/528 və 346 (Əbu Hüreyrədən 3/24 və 199, Ənəsdən 5/246, Mə᾽az ibni Cəbəldən 5/433,).

Yenə də Əbu Hüreyrə həzrət Rəsuli-əkrəmdən (s) nəql edərək deyir: Mən camaatla «la ilahə illəllah» kəlməsinə görə mübarizə aparıram. Hər kəs bu sözü qəbul edib desə, xalqın hüququna təcavüz etməyincə canı və malı amandadır, əməllərinin hesabı da Allahın öz öhdəsinədir.

Bu rəvayəti Müslüm, Əbu Davud, İbni Macə, Termezi, Nəsai, Əhməd, Təyalisi və Buxari də nəql etmişlər.

Ovs ibni Səqəfi deyir: Biz Mədinə məscidində idik. Bu zaman həzrət Rəsuli-əkrəm (s) oraya varid oldu, bir kişi ona yaxınlaşıb nə isə bir söz dedi və Peyğəmbərdə (s) onun cavabında buyurdu: Get de onu öldürsünlər! O kişi gedib yenidən qayıtdı. Həzrət Peyğəmbər (s) onu yanına çağırıb buyurdu: Bəlkə o, Allahın birliyinə və mənim peyğəmbərliyimin həqqaniyyətinə şəhadət verir?

Dedi: Bəli!

Peyğəmbər buyurdu: İndi ki belədi, get onlara de ki, onu öldürməyib azad etsinlər. Çünki, mən Allah tərəfindən insanların Onun birliyinə və mənim peyğəmbərliyimin həqqaniyyətinə şəhadət vermələrinə əmr olunmuşam. Bu iki həqiqətə e᾽tiraf etdikləri zaman can və malları amanda qalacaq və gördükləri bütün işlərin müqabilində ilahi qanunlara müvafiq olaraq cəzalandırılıb-mükafatlandırılacaqlar.

Bu rəvayəti Əbu Davud, Təyalisi, Əhməd Darmi və Təhavi də nəql etmişlər.


İBADƏTDƏN MƏQSƏD VƏ ONUN NÖVLƏRİ


Koleyni imam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir: İbadət üç qismə bölünür: Bə᾽ziləri Allahdan qorxduqları üçün Ona ibadət edərlər. Bu qul və kölələrin ibadətinə bənzəyir. Bə᾽ziləri Allaha savab və qazanmaq üçün muzdurlar kimi nə isə əldə etmək məqsədi ilə ibadət edərlər. Bə᾽ziləri də Allaha saf niyyətlə, eşq və məhəbbətlə ibadət edərlər. Bu isə azad insanların ibadətidir.

Bu mətləbi bir qədər fərqli bəyanla imam Əli (ə) belə buyurmuşdur: «Bə᾽ziləri Allaha tacirlər kimi nəyinsə müqabilində (maddi maraq olmaqla), bə᾽ziləri kölələr kimi qorxu üzündən, bə᾽ziləri də azad insanlar təki onlara nəsib olan ne᾽mətlərin şükrünü yerinə yetirmək üçün ibadət edərlər.102


ƏMRUN BƏYNƏ ƏMREYN MƏSƏLƏSİ


Həsən və Şami deyir: İmam Rza (ə)-dan soruşdum: Allah-taala bütün işləri insanların öz öhdələrinə buraxmışdır? Buyurdu: Xeyr. O, təsəvvür olunandan daha uca və daha tədbirlidir və bütün işləri heç də insanların öz öhdələrinə buraxmamışdır.

Dedim: Demək Allah-taala insanların bütün işlərinə dəxalət edərək onları günah etməyə məcbur edir.

İmam Rza (ə) cavab verdi: Xeyr. Allah-taala bütün bu yanlış təsəvvürdən uca və münəzzəhdir. Sonra bu ayəyə istinad edərək sözlərinə davam etdi. «Ey Adəm övladları, Mən sənin xeyirxah işlərinə, sənin özündən daha yaxınam (agaham). Çünki, gördüyün bütün işləri ixtiyarına qoyduğum güc və qüvvə və bacarıqla həyata keçirir və tutduğun günah işlərə Məndən daha çox agahsan. Çünki insan bütün günah işləri edəcək yeganə dəlil Allahın ona bəxş etdiyi güc və bacarıqdır.»

ŞƏFAƏT HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR


Şəfaət haqda bir çox hədis və rəvayətlər nəql olunmuşdur. Biz nümunə olaraq onlardan bir neçəsinə işarə etdik. Bu məzmunda nəql olunmuş rəvayətlərdən biri də Peyğəmbər (s) buyurduğu — «Hər bir peyğəmbərin [ümmətin şəfatə olunması üçün] dua etmə haqqı olmuş və etdikləri dualar Allah-taalanın dərgahında qəbul olunmuşdur. Lakin mən ümmətimin şəfaət olunmasında edəcəyim duanı qiyamət gününə saxladım».— hədisidir

Bu hədis aşağıdakı mənbələrdə nəql olunmuşdur:

Səhih Buxari (dua fəsli) 1-ci cild 145-ci səh. Səhih Müslüm 1-ci cild 130-cu səh. (Cabir və Ənəsə istinad olunmadan).

Malik ibni Ənəs «Muvətta» 1-ci cild 166-cı səh (Əbu Hüreyrədən). Əhməd ibni Hənbəlin «Müsnəd» kitabı 2-ci cild 215-313-181-396 109,426,486-cı səh.



Mündəricat

İKİNCİ CİLD 5

ON İKİNCİ FӘSİL 5

QUR᾽ANDA NӘSX 5



NӘSXİN MӘ᾽NASI 6

NӘSXİN LÜĞӘVİ MӘ᾽NASI 6

NӘSXİN İSTİLAHİ MӘ᾽NALARI 6

İLAHİ HÖKMLӘRİN NӘSXİ 8



NӘSXİN QEYRİ-MÜMKÜNLÜYÜ 8

TÖVRAT VӘ İNCİLDӘ NӘSX 10



İSLAMDA NӘSX 12

NƏSX 14

NƏSX EDƏN VƏ NƏSX OLUNMUŞ AYƏLƏRİN ARAŞDIRILMASI 15

1. KİTAB ƏHLİNİN ƏFV OLUNDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ 15

2. QİBLƏ AYƏSİNİN NƏSXİ 17

3. QİSAS AYƏSİNİN NƏSXİ 19

QULUN İNTİQAMININ ALINMASI ÜÇÜN AZAD BİR ŞƏXSİN ÖLDÜRÜLMƏSİ 21

KİŞİNİN QADININ QİSASI OLARAQ ÖLDÜRÜLMƏSİ (QADIN ÖLDÜRMÜŞ KİŞİNİN QİSASI) 22

4. VƏSİYYƏT AYƏSİNİN NƏSXİ 24

PEYĞƏMBƏRİN (S) BUYURDUQLARI İLƏ ŞƏR᾽İ HÖKMLƏRİN NƏSX OLMA HALLARI 26



5. ORUCLUQ AYƏSİNİN NƏSXİ 27

6. FİDYƏ AYƏSİNİN NƏSXİ 28



7. CİHAD AYƏSİNİN NƏSXİ 30

8. HARAM [MÜQƏDDƏS] AYLARDA MÜHARİBƏNİN HARAM OLDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ 32

9. ƏHLİ KİTAB QADINLARI İLƏ EVLƏNMƏYİ BƏYAN EDƏN AYƏLƏRİN NƏSXİ 33

10. ƏQİDƏ AZADLIĞI AYƏSİNİN NƏSXİ 35

11. ZİNAYA DAİR VERİLƏN ŞƏHADƏT AYƏLƏRİNİN NƏSXİ 38

HALAL QADINLAR HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ 42

13. MÜT᾽Ə AYƏSİNİN NƏSXİ 42

İRƏLİ SÜRÜLƏN NƏZƏRİYYƏLƏR VƏ CAVABLAR 45

TƏLAQ AYƏSİ İLƏ MÜT᾽Ə HÖKMÜNÜN NƏSXİ 45

MÜT᾽Ə AYƏSİNİN İRS AYƏSİ İLƏ NƏSXİ 46

2. MÜT᾽Ə AYƏSİNİN İRS [VƏRƏSƏLİK] AYƏSİ İLƏ NƏSXİ 46

3. PEYĞƏMBƏRDƏN (S) NƏQL OLUNMUŞ RƏVAYƏTLƏ MÜT᾽Ə AYƏSİNİN NƏSXİ 47

MÜT᾽ƏNİN HARAMLIĞINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRİN TƏHLİLİ 50

MÜT᾽Ə AYƏSİNİN ALİMLƏR İCMASI TƏRƏFİNDƏN NƏSX OLUNMASI 54

MÜT᾽ƏDƏ DAŞQALAQ 55

MÜT᾽Ə BARƏDƏ YANLIŞ TƏSƏVVÜRLƏR 57

NƏTİCƏ 61

İRS AYƏSİNİN NƏSXİ 62

SƏRXOŞLUQ AYƏSİNİN NƏSXİ 66

FƏRZİYYƏ VƏ CAVAB 68

KAFİRLƏRİN TOXUNULMAZLIĞI HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ 69

MÜHAKİMƏ AYƏSİNİN NƏSXİ 72

ŞƏHADƏT [ŞAHİDLİK VERMƏK] AYƏSİNİN NƏSXİ 74

AYƏNİN NƏSX OLUNMADIĞINI SÜBUTA YETİRƏN DƏLİLLƏR 75

NƏSX NƏZƏRİYYƏSİ TƏRƏFDARLARININ İSTİNAD ETDİKLƏRİ DƏLİLLƏR 76

ZƏKAT AYƏSİNİN NƏSXİ 78

ƏTİ HARAM OLAN HEYVANLARIN YEYİLMƏSİNƏ DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ 82

DÖYÜŞDƏN FƏRARİLİK AYƏSİNİN NƏSXİ 83

SÜLH AYƏSİNİN NƏSXİ 85

DÖYÜŞ ZAMANİ [DÜŞMƏNƏ QARŞI] MÜQAVİMƏT GÖSTƏRMƏK AYƏSİNİN NƏSXİ 86

CİHAD AYƏSİNİN NƏSXİ 88

AYƏNİN NƏSX OLUNMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ BAŞQA BİR FƏRZİYYƏ 89

İZN AYƏSİNİN NƏSXİ 90

MÜHARİBƏDƏN BOYUN QAÇİRMAQ HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ 91

SƏBR AYƏSİNİN NƏSXİ 91

BAĞIŞLAMA VƏ KAFİRLƏRDƏN ÜZ DÖNDƏRMƏ AYƏSİNİN NƏSXİ 92

ŞƏRABIN HAlaLLIĞİNA DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ 93

ZİNAKAR KİŞİ VƏ QADININ EVLƏNMƏSİNƏ DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ 95

GÜZƏŞT AYƏSİNİN NƏSXİ 96

DÖYÜŞDƏ ƏSİR GÖTÜRÜLƏNLƏR HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ 98

DÖYÜŞDƏ İŞTİRAK EDƏN KAFİRLƏRİN HÖKMÜ 98

AYƏ HAQDA İRƏLİ SÜRÜLMÜŞ DİGƏR NƏZƏRİYYƏLƏR 102

DİLƏNÇİLƏRİN HAQLARINI BƏYAN EDƏN AYƏNİN NƏSXİ 105

NƏCVA AYƏSİNİN NƏSXİ 107

PEYĞƏMBƏRLƏ (S) GÖRÜŞÜB SÖHBƏT APARMAĞA NƏ ÜÇÜN SƏDƏQƏ VERİLMƏLİDİR? 109

HÖKM NƏ ÜÇÜN NƏSX OLUNMUŞDUR? 110

SUAL VƏ CAVAB 110

AÇIQ-AŞKAR TƏƏSSÜB VƏ QƏRƏZLİK 112



ON ÜÇÜNCÜ FƏSİL 117

YARADILIŞDA BƏDA 117

İLAHİ İRADƏ VƏ TƏQDİR ARASINDA OLAN RABİTƏ 118

NƏ ÜÇÜN BƏDA HAQDA SÖHBƏT AÇIRIQ? 118

MÜQƏDDİMƏ 118

BƏDANIN HƏQİQİ MƏ᾽NA VƏ MƏFHUMU 119

YƏHUDİLƏRİN ALLAHIN QÜDRƏTİNƏ OLAN BAXIŞI 119

ŞİƏ NÖQTEYİ-NƏZƏRİNDƏN BƏDAYA BAXIŞ 120

BƏDa vƏ QƏZA-QƏDƏRİN NÖVLƏRİ 120

QƏTİ QƏZA VƏ QƏDƏR 121

QƏTİ OLMAYAN QƏZA VƏ QƏDƏR 121

BƏDANI SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR 122

BƏDANIN İSTİFADƏ OLUNMADIĞI HALLAR 123

BƏDAYA OLAN ƏQİDƏNİN YARANMASI 124

ŞİƏ MƏZHƏBİNİN BƏDAYA BAXIŞI 127

ON DÖRDÜNCÜ FƏSİL 129

QUR᾽ANIN TƏFSİRİNƏ DAİR ÜMUMİ QANUNLAR 129

TƏFSİRİN MƏ᾽NASI 130

QUR᾽ANIN TƏFSİRİ ÜÇÜN MÖ᾽TƏBƏR SAYILAN SƏNƏDLƏR 130

QUR᾽ANIN VAHİD XƏBƏRLƏ TƏFSİRİ 131

QUR᾽AN AYƏLƏRİNİN VAHİD XƏBƏRLƏ MÜƏYYƏN VƏ XÜSUSİ HAL TAPMASI 133

MÜƏLLİFİN NƏZƏRİ 134

SUAL VƏ CAVABLAR 134



ON BEŞİNCİ FƏSİL 139

QUR᾽ANIN QƏDİM VƏ YA HADİS OLMASI 139



QUR᾽ANIN QƏDİMLİYİNƏ VƏ NƏFSİ [MƏ᾽NƏVİ] KƏLAMA ƏSASLANAN ƏQİDƏNİN YARANMASI 140

ALLAHIN ZATİ VƏ FE᾽Lİ SİFƏTLƏRİ 141



ZATİ VƏ FE᾽Lİ SİFƏTLƏR ARASINDAKI FƏRQ 141

NƏFSİ [MƏ᾽NƏVİ] KƏLAM NƏDİR? 141

NƏFSİ KƏLAMDA APARILAN ARAŞDIRMALAR 142

NƏFSİ KƏLAM NƏYİ TƏLƏB EDİR 145

ƏŞAİRƏNİN NƏFSİ KƏLAMA DAİR GƏTİRDİKLƏRİ DƏLİLLƏRİN ARAŞDIRILMASI 146

ON ALTINCI FƏSİL 150

HƏMD SURƏSİNİN TƏFSİRİ 150

HƏMD SURƏSİ HAQDA ÜMUMİ MƏ᾽LUMATLAR 151

HƏMD SURƏSİNİN FƏZİLƏTİ 151

HƏMD SURƏSİNİN AYƏLƏRİNİN SAYI 152

HƏMD SURƏSİNİN HƏDƏFİ 153

BİSMİLLAH AYƏSİNİN TƏFSİRİ 156

ƏDƏBİ İZAH 163

SURƏLƏRİN BİSMİLLAH AYƏSİ İLƏ BAŞLANMASI 164

BƏSMƏLƏ AYƏSİ HAQDA MÜXTƏLİF MƏSƏLƏLƏR 166

QUR᾽AN, RƏHMƏT VƏ BAĞIŞLANMA KİTABIDIR 166

RƏHİM KƏLMƏSİNİN RƏHMANDAN SONRA GƏLMƏSİNİN SƏBƏBİ 167

BİSMİLLAH AYƏSİ QUR᾽ANIN BİR HİSSƏSİNİ TƏŞKİL EDİRMİ? 167

DÜZGÜN NƏZƏRİYYƏ VƏ BUNU SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR 169

ƏHLİ-BEYT RƏVAYƏTLƏRİ 169

ƏHLİ SÜNNƏ RƏVAYƏTLƏRİ 170

ZİDDİYYƏTLİ RƏVAYƏTLƏR 171

BİRİNCİ RƏVAYƏTƏ VERİLƏN CAVAB 172

İKİNCİ RƏVAYƏTƏ VERİLƏN CAVAB 173

MÜSƏLMANLAR 173

BİSMİLLAH AYƏSİ BÜTÜN NÜSXƏLƏRDƏ YAZILMIŞDIR 173

MÜXTƏLİF DƏLİLLƏR 174

HƏMD SURƏSİNİN BİRİNCİ HİSSƏSİNİN TƏFSİRİ 177

OXUNUŞ QAYDASI 177

BU İKİ QİRAƏTİN HANSI BİRİ DÜZGÜNDÜR? 178

DigƏRLƏRİNİN VERDİYİ CAVAB 179

BİZİM CAVAB 180

AYƏDƏ İŞLƏNƏN SÖZLƏR 181

HƏMD ŞÜKR ALLAHA MƏXSUSDUR 182

HƏMD SURƏSİNİN TƏFSİRİ 185

İKİNCİ HİSSƏ 185

İBADƏT 188

İSLAMDA İTAƏT HÖKMÜ 192

ALLAHA İTAƏT 192

ALLAHDAN QEYRİSİNƏ İTAƏT 192

PƏRƏSTİŞ VƏ TƏ᾽ZİM ARASINDA olan FƏRQ 193

ALLAHDAN QEYRİSİ ÜÇÜN EDİLƏN SƏCDƏ 197

İFTİRA VƏ TÖHMƏT 197

İMAM HÜSEYN (Ə)-IN TÜRBƏTİ 198

ADƏM (Ə)-IN SƏCDƏ ETMƏSİ BARƏDƏ İRƏLİ SÜRÜLMÜŞ NƏZƏRİYYƏLƏR 199

NƏTİCƏ 200

ŞİRK NƏYƏ DEYİLİR 201

İBADƏT nƏDİR? 202

ŞƏFAƏT VƏ KÖMƏK DİLƏMƏK 204

ŞƏFAƏT 206

ŞİƏ MƏNBƏLƏRİNDƏ NƏQL OLunMUŞ ŞƏFAƏT RƏVAYƏTLƏRİ 207

ƏHLİ SÜNNƏ MƏNBƏLƏRİNDƏ ŞƏFAƏT HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR 208

HƏMD SURƏSİNİN TƏFSİRİ 209

SONUNCU HİSSƏ 209

OXUNUŞ QAYDASI 209

LÜĞƏT VƏ TƏKRİB HİSSƏLƏRİ 210

HƏRƏKƏLƏR 212

HİDAYƏT 215

HİDAYƏTİN MƏRHƏLƏ VƏ DƏRƏCƏLƏRİ 216

NƏTİCƏ 218

ON YEDDİNCİ FƏSİL 219

ƏLAVƏ VƏ HAŞİYƏLƏR 219

MÜT᾽Ə HƏDİSİNİN TƏHRİFİ 220

MƏHƏMMƏD ƏBDUHUN ÜÇ DƏFƏ TƏLAQ VERİLMƏSİNƏ DAİR İRƏLİ SÜRDÜYÜ NƏZƏRİYYƏ 222

RAZİNİN ŞİƏ MƏZHƏBİNƏ QARŞI YAXDIĞI İFTİRA 222

ALLAHIN MƏXLUQATI YARATMAQ İSTƏMƏSİNƏ DAİR NƏQL OLunMUŞ HƏDİSLƏR 223

TALE VƏ AQİBƏT ÜÇÜN EDİLƏN DUALARIN TƏ᾽SİRİ HAQQINDA NƏQL OLUNMUŞ HƏDİSLƏR 223

BİSMİLLAH AYƏSİ ƏTRAFINDA APARILAN FİKİR MÜBADİLƏLƏRİ 224

YARADILIŞIN BAŞLANMASI HAQDA NƏQL OLUNMUŞ HƏDİS VƏ RƏVAYƏTLƏR 224

Bismillah AYƏSİNİN QUR᾽ANIN BİR HİSSƏSİ OLUB-OLMAMASI HAQDA NƏQL OLunMUŞ HƏDİSLƏR 225

MÜAVİYƏNİN NAMAZ QILARKƏN Bismillah AYƏSİNİ UNUTMASI 226

Bismillah AYƏSİNİN NAMAZDA OXUNMASI 226

QƏBİRLƏRİN ZİYARƏT OLUNMASI HAQDA NƏQL OLunMUŞ HƏDİSLƏR 228

ALUSİNİN ŞİƏ MƏZHƏBİNƏ VURDUĞU TÖHMƏT 232

MÜƏLLİFİN HİCAZ ALİMLƏRİNİN BİRİ İLƏ APARDIĞI ELMİ MÜBAHİSƏ 232

İMAM HÜSEYN (Ə)-IN TÜRBƏTİNİN FƏZİLƏTİ 233

SƏCDƏ AYƏSİNİN TƏFSİRİ 234

ALLAH-TAALA İLƏ İBLİSİN SÖHBƏTİ 235

İSLAM İKİ ŞƏHADƏT VERMƏKLƏ QƏBUL OLUNUR 235

İBADƏTDƏN MƏQSƏD VƏ ONUN NÖVLƏRİ 236

ƏMRUN BƏYNƏ ƏMREYN MƏSƏLƏSİ 236

ŞƏFAƏT HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR 237





1 Tövrat 4-cü fәsl, 2-3-cü bәndlәr.

2 Tövrat 30-cu fәsil.

3 Tövrat, 17-ci fәsil, 10-cu bәnd. Allahın hәzrәt Ibrahim ilә söhbәti.

4 12-ci fәsil, 48-49-cu bәnd.

5 Tövrat 24-cü fәsil, 1-3-cü fәsillәr.

6 Tövbә-5

7 Tövbә-36

8 Гurtәbinin tәfsiri, 5-ci cild, 130-cu sәh.

9 Sәhihi Müslüm, müt᾽ә fәsli, 4-cü cild 141-ci sәh.

10 Müslüm, müt᾽ә fәsli, 4-cü cild 141-ci sәh.

11 Musnәd Әhmәd ibni Hәnbәl 3-cü cild, 325-ci sәh.

12 Musnәd Әhmәd ibni Hәnbәl 2-cü cild, 349-cu sәh.

13 Еhkamul Гur᾽an Cәssas 2-cild, 147-ci sәh.

14 Musnәd Әhmәd ibni Hәnbәl 2-ci cild, 95-ci sәh.

15 Sәhihi Müslüm 4-cü cild, 36-cı sәh «Umrә ziyarәtindә müt᾽ә» fәsli.

16 Biyhәгinin sünәni 1-ci cild, 206-cı sәh. Müt᾽ә fәsli.

17 Bihәгinin sünәni 1-ci cild, 206-cı sәh. Müt᾽ә fәsli.

18 Sәhihi Müslüm 5-ci cild, 133-cü sәh «Müt᾽ә» fәsli.

19 Әhkamul-Гur᾽an Hәssas 146-cı sәh.

20 Tәfsirul-minar 13-16-cı sәh.

21 Әttaг 1-ci cild, 66-cı sәh.

22 «Tәcrid»in şәrhi. Imamәt fәsli.

23 Әhkam fi usulil еhkam, 4-cü cild, 222-ci sәh.

24 Fәгinin Muntәгiyә yazdığı haşiyә, 2-ci cild 519-cu sәh.

25 Nasix vә Mәnsux Nuhas 101-ci sәh. Nasix vә Mәnsux Nuhas 101-ci sәh.

26 Әhkamul Гur᾽an Cәsas 2-ci cild, 175-ci sәh.

27 Musnәd Әhmәd ibni Hәnbәl 2-ci cild 351-ci sәh.

28 Әl-Muntәгi 2-ci cild 745-ci sәh.

29 Fәthul Гәdir 4-cü cild 86-cı sәh.

30 Vәsailuş-şiә 3-cü cild 406-cu sәh.

31 Tәfsir Burhan 1-ci cild 293-cü sәh.

32 Ibni Kәsirin tәfsiri.

33 Musnәd Әhmәd ibni Hәnbәl 6-cı cild 458-ci sәh.

34 Musnәd 6-cı cild 485-ci sәh.

35 Әnnәsx vәl Mәnsux Nәhhas 133-134-cü sәh.

36 Vafi 13-cü cild 8-ci sәh. Vәsiyyәtә şahid olmaг fәsli.

37 Tәfsir Burhan 1-ci cild 338-ci sәh.

38 Lisanul Mizan 3-cü cild 218-219-cu sәh.

39 Гürtәbinin tәfsiri 16-cı cild 227-228-ci sәh

40 Tәfsir Tibyan 9-cu cild 291-ci sәh.

41 Mәгsud, Cihad fәsli, kafirlәrin xüsusiyyәtlәri vә onların nеcә гәtlә yеtirilmәlәri.

42 Гurtәbinin tәfsiri 16-cı cild 217-ci sәh.

43 Vafi 6-cı cild 52-ci sәh. «Müәyyәn haгг fәsli».

44 Гurtәbinin tәfsiri 29-cu cild 50-ci sәh.

45 Tәfsir Burhan 2-ci cild, 1099-cu sәh.

46 Fәxri Razinin tәfsiri 8-ci cild 167-ci sәh.

47 Biharul-әnvar 9-cu cild 12-ci sәh.

48 Nişapurun tәfsiri, Tәbәrinin haşiyәlәrindә 28-ci cild 24-cü sәh.

49 Uyunul әxbar әr-Rza 13-cü fәsil. Biharul-әnvar «Bәda vә nәsx» 2-ci cild 132-ci sәh.

50 Biharul-әnvar «Bәda vә nәsx» 2-ci cild 136-cı sәh.

51 Biharul-әnvar «Bәda vә nәsx» 4-cü cild 133-cü sәh.

52 Uyunl әxbar әr-Rza 13-cü fәsil.

53 Biharul-әnvar «Bәda vә nәsx» 2-ci cild 133-cü sәh.

54 Biharul-әnvar «Bәda vә nәsx» 2-ci cild 133-cü sәh.

55 Ihticac 137-ci sәh.

56 Biharul-әnvar «Bәda vә nәsx» 2-ci cild 139-cu sәh.

57 Biharul-әnvar «Bәda vә nәsx» 2-ci cild 139-cu sәh.

58 Biharul-әnvar «Bәda vә nәsx» 2-ci cild 139-cu sәh.

59 Tohid – Şеyx Sәduг Bәda fәsli 212-ci sәh.

60 Tohid – Şеyx Sәduг Bәda fәsli 212-ci sәh.

61 Şәrh tәcrid 354-cü sәh.

62 Üsuli-kafi, «Zati sifәtlәr» fәsli 51-ci sәh.

63 Tәfsir Burhan 1-ci cild 26-cı sәh.

64 Әnfal /24

65 Sәhihi Buxari 6-cı cild 103-cü sәh.

66 Әhmәd ibni Hәnbәl Musnәd 2-ci cild 359-cu sәh.

67 Biharul-әnvar 16, 19-cu cild 58, 60-cı fәsil.

68 Tәfsir Alusi 1-ci cild 39-cu sәh.

69 Tәfsir Şәukani 1-ci cild 1-ci sәh.

70 Ibni Kәsirin tәfsiri 1-ci cild 16-cı sәh.

71 Xazinin tәfsiri 1-ci cild 13-cü sәh.

72 Itгan 1-ci cild 135-ci sәh.

73 Üsuli-kafi 3-cü cild 312-ci sәh.

74 Mustәdrak 1-ci cild 551-ci sәh.

75 Itгan 1-ci cild 136-cı sәh.

76 Mustәdrak Hakim 1-ci cild Гur᾽anın fәzilәtlәr fәsli 550-ci sәh.

77 Sәhihi Müslüm 2-ci cild 6-cı sәh.

78 Müәllif: Mәn hәdis kitablarında bеlә bir hәdislә гarşılaşmamışam.

79 Vәsail 3-cü cild 448-ci sәh.

80 Vәsail-şiә, 1-ci cild, 323-326-cı sәh.

81 Kitabın 17-ci fәslinin 13-cü bölümünә nәzәr salın.

82 Sünәni Bihәгi 1-ci cild 212-213-cü sәh.

83 Vәsail 1-ci cild 326-cı sәh.

84 Kitabın 17-ci fәslinin 15-ci bölümünә müraciәt еdin.

85 Miratul uгul 2-ci cild 101-ci sәh.

86 Biharul-әnvar 30-cu cild sәh-301.

87 Kәnzul-ummal kitabında bu barәdә 280-dan çox hәdis vә rәvayәt nәгl olunmuşdur.

88 Sәhihi Buxari 1-ci cild 86-cı sәh.

89 Sәhihi Müslüm 1-ci cild 130-cu sәh.

90 Uyun Әxbarurrza 1317 h.ş.

91 Biharul-әnvar 1-ci cild 33-cü sәh.

92 Üsuli-Kafi 1-ci cild, 239-cu sәh. Vafi 2-ci cild 155-ci sәh.

93 Kәnzul-ummal 2-ci cild, 190-cı sәh

94 Sünәni Biyhәгi 2-ci cild, 49-cu sәh.

95 Ibni Tеymiyyә bu bеş rәvayәtin hamısını özünün «Әl-müntәгa» adlı kitabında nәгl еtmişdir 2-ci cild, 116-cı sәh.

96 Kәnzul-ummal 8-ci cild 99 vә digәr sәhifәlәr.

97 Kәnzul-ummal 8-ci cild 99 vә digәr sәhifәlәr.

98 Sünәni Biyhәгi 5-ci cild 245-ci sәh.

99 Sünәni Biyhәгi 5-ci cild, 74-cü sәh.

100 Bәгәrә-187

101 Ibni Ruzbәhanın tәfsiri 21-ci Hind çapı.

102 Nәhcül-bәlağә 229-cu hikmәt.




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin