Mikroskopik müayin
ə zamanı hərəki neyronlarda tiqroid maddənin azalması və yox olması ,
bununla da
əlaqədar onların sitoplazmalarının homogenləşməsi və solğunlaşması görünür.
2) Paralitik m
ərhələ zamanı məhv olmuş hərəki neyronların sayı artır.Bunula da əlaqədar çərkəzi
sinir sisteminin h
ərəki mərkəzlərində , o cümlədən də qabıqaltı mərkəzlərdə , orta beyində , ara
beyind
ə , uzunsov beyində , ön mərkəzi qırışın hərəki neyronlarında , xüsusilə də onurğa beyinin
ön buynuzlarında çoxlu miqdarda xırda yumşalma ocaqları meydana çıxır.Paralitik mərhələ
klinikada çox qısa müddətdə assimetrik parez və ifliclərin başlanması ilə müşayiət olunur.Bununla
da
əlaqədar xəstələrdə əvvəlcə funksional hərəkət məhdudluğu , sonra isə oynaqların üzvi
kontrakturaları baş verir.Paralitik formanın özünün də 4 forması ayrd edilir: spinal forma ; bulbar
forma; körpü forması və qarışıq forma .
3)B
ərpa mərhələsi zamanı nekrozlaşmış neyronların , daha doğrusu neyronofagik düyüncüklərin
yerind
ə qlial çapıqcıqlar formalaşır, beyin maddəsindəki xırda yumşalma ocaqlarında isə bu
d
əyişikliklər geriyə inkişaf edir.
4) Rezidual m
ərhələ.Buna qalıq əlamətlərin dövrü də deyilir.Bu mərhələ keçirilmiş poliomielitlə
əlaqədar orqanizmdə qalan fəsadlarla xarakterizə olunur.Skelet əzələlərində, xüsusilə də aşağı
ətraflarda atrofik dəyişikliklər daha da proqresivləşərək , onların tam atrofiyalaşması və əlilliklə
n
əticələnir.
Dostları ilə paylaş: