"İkt ili" çərçivəsində “Respublikada “Elektron Hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər”



Yüklə 31,63 Kb.
tarix22.10.2017
ölçüsü31,63 Kb.
#10477

"İKT ili" çərçivəsində “Respublikada “Elektron Hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər”
    Müasir dünya və həyat  tərzini İnformasiya  KommunikasiyaTexnologiyaları olmadan təsəvvür etmək mümkün deyil.Məhz  bu amil birbaşa olaraq cəmiyyət  və dövlətin  inkişaf səviyyəsinin əsas göstəricilərindən sayılır.Son zamanlar ölkələr arasındakı münasibətlərin bir-birinə inteqrasıyasında bu amilin rolu danılmazdar. Ölkəmizin dünya ölkələri arasındakı nüfuzunun artmasında  İKT sahəsində aparılan işlər daima öz operativliyi və səmərəliliyi ilə seçilir.Bu baxımdan respublikamız üçün  bu sahənin inkişafı önəmlidir. Təsadüfi deyil ki, hələ 2005-ci ildə ölkəmizdə İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafıyla bağlı dövlət proqramı qəbul olunub. O zaman Azərbaycan üçün yeni olan, amma dünyanın əksər inkişaf etmiş ölkələrində uğurla sınaqdan çıxmış “Elektron hökumət” anlayışı da həmin proqramda əksini tapmışdı. Bu proqrama uyğun olaraq Azərbaycan Respublikası Kommunikasiya Texnologiya Nazirliyi tərəfindən Elektron hökumət(www.e-gov-az) portalı yaradılıb. Portalda 30 dövlət qurumu tərəfindən 236 elektron xidmət istifadəçilərə təqdim edilmişdir. Hər bir dövlət qurumu elektron xidmətlərini “bir pəncərə” prinsipi əsasında istifadəçilərə Portal vasitəsilə təqdim edir, məlumatların keyfiyyətinə, tamlığına və düzgünlüyünə qurumlar cavabdehdirlər. Qeyd etmək lazımdır ki, vətəndaşlara bu cür xidmətlərin göstərilməsi dünya təcrübəsində dövlət idarəçiliyində bir innovasiya kimi qəbul edilir. Vətəndaş istənilən dövlət qurumuna müraciət edib, ona aid olan lazımi məlumatı qanun çərçivəsində əldə edə bilər.Təsadüfi deyil ki,portal “Vətəndaş  və Hökumət Münasibətlərində yeni  səhihə”devizi ilə xidmər göstərir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  16 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən, 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilib.Bu sərəncan İKT sahəsindəki inkişafin daha da dinamikliyinə təkan vermiş oldu.Demək olar ki,bütün sahələrdə elektronlaşdırma sürətlənir. 

   Son zamanlar KİV-də”Elektron hökumət”anlayışını tez-tez eşidirik. Bəs “elektron hökumət” nədir ? 

    Elektron hökumət -hər hansı bir ölkənin dövlət  strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat  idarəsi ilə məktəbə qədər olan idarənin mövcud  durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Yəni evdən və ya iş yerindən uzaqlaşmadan hər bir şəxs istədiyi məlumatı ala ,ötürə bilər və ya xidmətlərdən istifadə edə ,ödənişlər edə bilər.Bu zaman həm vaxt itkisinə yol verilmir,həm də operativlik təmin olunur.Təsəvvür edin ki, fiziki qüsurlu bir insan və ya daha yaşlı bir şəxs ,ya da  azyaşlı körpəsi olan bir qadın hansısa dövlət orqanının qarşısında saatlarla gözləyir. Bunun nə qədər çətin olduğunu hamımız bilirik.Elektron hökumət məhz bu problemlərin həllinə hesablanmış innovativ xidmət üsuludur.Demək ,ucqar bir yerdə və dünyanın hansısa bir nöqtəsində olmağından asılı olmayaraq internet şəbəkəsinin olması yetər ki,bu xidmətlərdən istifadə edəsən.

 Bəzən bu xidmətlərin aparılması üçün hər bir şəxsin şəxsi imzası tələb olunur.Bu zaman      Elektron hökumətin təklif etdiyi elektron imza kartlarından istifadə etmək işi daha da asanlaşdırır.

Onda belə bir sual meydana çıxır .Elektron imza nədir,onu necə əldə etmək    olar? Azərbaycan Respublikasının Qanunlarına əsasən elektron imza ilə   imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış  sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olsa da belə eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur .Bu xidmətdən istifadə etmək üçün e-imza kartını əldə etmək lazımdır .Bunun üçün Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Məntəqlərindən və ya online şəkildə əldə etmək mümkündür.Elektron imza kartını əldə etmək istəyən hər bir vətəndaş Qeydiyyat Mərkəzlərinə müraciət edən zaman mütləq şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir . Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən, həmçinin dövlət qulluqçularından tələb olunan digər sənədlər haqqında portaldakı “Texniki dəstək” menyusunun “Sənədlər” bölməsindən  və 157 Texniki Dəstək nömrəsindən istifadə edə bilər.E-imzanı istifadə etmək üçün İnternet-ə çıxış, e-imza sertifikatı və kart oxuyucu tələb olunur.E-imza sertifikatından xaricdə də istifadə etmək olar.

 E-hökumət  portalı vasitəsilə dövlət idarəçiliyində keyfiyyətli elektron xidmətlərin göstərilməsi vətəndaşların həmin xidmətlərdən aktiv istifadəsinə imkan yaradır. Bunun üçün təqdim olunan e-xidmətlərin interaktiv olması vacibdir. 2013-cü ilin yanvar ayından etibarən layihə üzrə aylıq bülletenlər də hazırlanır ki, bu bülleten ölkədə elektron hökumətin formalaşması istiqamətində görülən və nəzərdə tutulan işləri, elektron hökumət  layihələri  haqqında  məlumatları, o cümlədən elektron xidmətlərin sayını, onlardan istifadə və s. müqayisəli  statistikasını təqdim edir. 

  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan bütün e-xidmətlər interaktivdir və istifadəçi tərəfindən çox rahat qəbul edilir. Vətəndaşlar bu qurum tərəfindən təqdim olunan istənilən e-xidmətə daxil olub lazım olan məlumatları əldə edə bilirlər. Xidmətlər elə təqdim edilir ki, istifadəçi ilə sistem arasında dialoq yaranır. Vətəndaş tərəfindən səhv məlumat daxil edildikdə belə, e-xidmət istifadəçi üçün səhv sorğu şərtlərini düzəltmək imkanını yaradır. Alınan nəticəni isə vətəndaş öz kompüterində yadda saxlaya və istənilən vaxt həmin məlumatı çap edə bilər. 

 Portalda müxtəlif orqanlr tərəfindən təklif olunan xidmətlər də daima inkişaf etdirilərək ən səmərəli və optimal usulla təqdim olunur ki,istifadəçilər asanlıqla yararlana bilirlər .Bunun üçün yalnız e-hökumət portalından qeydiyyatdan keçmək lazımdır.Bu işdə Sizə şəhər və rayon poçt şöbələrinin Qeydiyyat Mərkəzlərinin   mütəxəssisləri də  yardımçı ola bilər.Bundan sonra istənilən online xidmətdən istifadə edə bilərsiniz.Vətəndaşlar -gəlir vergisi, iş axtarışı (müəssisələrdə vakansiyalar), sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi), Vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah), Avtomobillərin qeydiyyatı, On-layn ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında), Yaşayış yerində qeydiyyat,cərimələrin ödənilməsi, Səhiyyə xidmətləri ( e-məsləhət) və s. Kimi online xidmətlərdən istifadə edə bilər.Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron-hökumət portalı vasitəsilə yeni xidmətini istifadəçilərinə təqdim edir. “Nigah qeydiyyatı üçün elektron müraciət” adlanan bu yeni xidmət vasitəsilə ailə qurmaq istəyən şəxslər indi nigaha daxil olmaq üçün ərizəni əlavə vaxt sərf  etmədən, onlayn qaydada qeydiyyatdan keçərək verə bilərlər. Nigah qeydiyyatı üçün ərizəni,  hər iki tərəf  özlərinə aid olan məlumatları (adı, soyadı, ata adı, yaşayış yeri, təhsili, milliyəti, vətəndaşlığı, iş yeri və vəzifəsi və s) daxil edərək onlayn şəkildə, rahat, qısa vaxt ərzində, əlavə vaxt sərf etmədən və olduqları yerləri tərk etmədən verə bilərlər. Uğurla qeydiyyatdan keçən şəxslərin nigahı 1 (bir) aydan sonra ərizəçilərin seçdiyi saatda bağlanılacaq. Xidmətdən istifadə üçün: www.e-gov.az saytına daxil olun və Ədliyyə Nazirliyinin müvafiq xidmətini seçin.

Bütün bunlar Azərbaycan dövlətinin və cəmiyyətinin uğurudur.Lakin bu son demək deyil.Məncə  bu sahədə maarifləndirmə işləri kifayət qədər deyil,düzdür,Elektron Hökumət  layihəsi ilə bağlı olaraq bölgələrdə təlimlər keçirilir.Bunun kütləvi hal alması mütləq şərtdir,belə ki,hələ də cəmiyyətdə  az da olsa belə bir fikir formalaşıb ki,internet yalnız sosial şəbəkə və məlumat toplusudur.Bu cür xidmətlərin cəmiyyətə kütləvi şəkildə çatdırılması vacib şərtdir.Bunun üçün KİV-dən istifadə səmərəli olar.Düzdür,biz bu cür maarifləndirmə vasitələrinə rast gəlirik.Bunun daha çox olması bu sahəyə marağı  daha da artırar. Bəzən xarici ölkəyə gedib gələn hansısa bir vətəndaşımız”orada inkişaf var,evdə oturub bilet sifariş verdim,bu xidmətdən ,o xidmətdən istifadə etdim,bizdə nə var?!” deyə fikirlər söyləyir.Əslində isə heç xəbəri yoxdur ki,nəyinki bu cür ,ondan üstün online xidmətlər məhz onun yaşadığı ölkədə də var. Bu kimi anlaşılmazlığı aradan qaldırmaq üçün maarifləndirmə mütləq şərtdir.Daha sonra yeni doğulmuş şəxslərə sağlamlıq kartları verilir.Bu olduqca gözəl bir işdir.Lakin həmin kartları “oxumaq” üçün lazım olan vasitə və proqramlar hələ də yerlərdə tapılmır.Əslində bunlar böyük miqyaslı işlərin yanında kiçik olsa da vacibliyi hiss olunur.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "2013-2015-ci illərdə "Elektron hökumət"in inkişafı Dövlət Proqramı" layihəsini hazırlayır. "Elektron hökumət" portalına ünvanlanan müraciətlərin sayı artmaqdadır. Son 3 ayda "Elektron hökumət" portalına olan müraciətlərin sayı 114221 min olub.Bu müraciətlər 77179 fərd tərəfindən edilib: "Bu, portalın populyarlığının artması və onun artıq lazımlı bir vasitəyə çevrilməsinin göstəricisidir. Yeni faydalı elektron xidmətlərin portala əlavə olunması ilə bu rəqəmlər daha da çoxaldır.Nəzərə alsaq ki,Azərbaycan əhalisinin 70 faizi intermet istifadəçısıdır ,demək bu sahəyə maraq və tələbat günü-gündən artacaq.  Elektron Hökumət (e-gov.az)

  Hal-hazırda elektron xidmətlərin göstərilməsi üzrə işlər nəinki dövlət başçısının, həmçinin bütün ictimaiyyətin diqqət mərkəzindədir. Elə bunun nəticəsidir ki, 21 iyun 2012-ci il tarixdə “Elektron hökumət” “Netty 2012” Milli İnternet Mükafatının qalibi oldu. Virtual münsiflər heyətinin və ekspert şurasının səsverməsi nəticəsində “Elektron hökumət” 2 nominasiya üzrə - Dövlət saytı kimi "e-Gov" Elektron Xidmətlər Portalı “http://www.e-gov.az/” və İlin İT sahəsi kimi “Elektron Hökumət İnformasiya Sistemi” qalib olmuşdur. 

  Beləliklə, “Elektron hökumət”in yaradılması nəinki effektli və daha az məsrəf sərf olunan inzibatçılığı, həmçinin cəmiyyətlə hökumət arasındakı münasibətlərin əsaslı dəyişikliyinə, son nəticədə isə demokratiyanın inkişafına və dövlətin xalq qarşısındakı məsuliyyətinin yüksəlməsinə gətirib çıxaracaqdır. 

  "Elektron Hökumət" portalı nəyinki ölkə daxilində, hətta xarici ölkələrdən olan istifadəçilər üçün də artıq böyük maraq dairəsinə çevrilib. Hazırda portalın istifadəçi auditoriyası yüksələn xətlə daha da genişlənməkdədir.Dünyanın bütün ölkələrindən, o cümlədən ABŞ, Rusiya, İngiltərə, Türkiyə, Almaniya, Rumıniya, Ukrayna, Danimarka və s. ölkələrdə yaşayan istifadəçilərin portala mütəmadi müraciət etmələri əks olunub. Böyük resursa malik olan portal Dünya Azərbaycanlılarının vahid informasiya məkanına çevrilməkdədir.

  Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən gələcəkdə hər bir azərbaycanlını maraqlandıran istənilən məlumatların bu portaldan əldə olunması imkanlarının yaradılması üzərində işlər davam etdirilir. Beynəlxalq təcrübəyə əsaslanaraq, ölkəmizdə vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün "bir pəncərə" prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən həyata keçirilən "Elektron hökumət" portalı(www.e-gov.az)tətbiq edilir. "Elektron hökumət" vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, etibarlı, şəffaf, rahatlıq kimi əsas üstünlüklərə malikdir. "Elektron hökumət" ilk növbədə insanların rahatlığına xidmət edir. Əhali coğrafi məkanından asılı olmayaraq, bu xidmətlərdən yararlanır. Müraciət edən şəxs hökumət orqanı qarşısında növbə gözləmir. Öz sorğusunu elektron hökumət portalına göndərir və real müraciətdən daha tez cavab alır.

  Bu sahədəki inkişaf bütün sahələrdə olduğu kimi təhsil sahəsində də səmərəliliyi artırib.Elektron-təhsil  təhsil sisteminin operativliyi  və interaktivliyi üçün əvəzolunmazdır.Öz təcrübəmdən bilirəm ki,bu xidmətlər təhsilin inkişafının hərəkətverici qüvvəsinə cevrilib. Abituriyentlərin ən çox istifadə etdikləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən təqdim olunan “İnternetdə videomühazirələr”  xidməti “Elektron hökumət” portalına əlavə edilib.Sözügedən xidmət istifadəçilərin təcrübəli ekspertlərin mühazirələrindən istifadə etməklə qəbul imtahanı fənləri üzrə hazırlaşmalarına kömək üçün nəzərdə tutulub. Elektron xidmətin göstərilməsi nəticəsində istifadəçi kompüterində seçdiyi fənn və dərsə aid videomühazirəyə baxır.

Bu sahə ilə bağlı müsabiqələrin təşkili də bu sahəyəolan marağı artırir.Qalibi olduğum layihələrdən biri məhz bu tip xidmətlərin təblıği ilə bağlı idi.Beynəlxalq təşkilatlardan birinin elan etdiyi müsabiqəyə hazırlanmış layihə şagirdlərim tərəfindən yüksək səviyyədə hazırlanmış və təqdim olunmuşdu.Biz  bu zaman məhz Elektron hökumətin təklif etdiyi xidmətlərdən istifadə edərək həmin layihəni qazanmışdıq.

     Bütün bunlar ölkəmizin dünya informasiya sisteminə,Avropaya inteqrasiya olunmasına daha da təkan vermiş olacaq.                 
                                                                        Eminə Orucova:  
                                  Ismayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin müəllimi 

http://2sayli.blogspot.com/ Qeydiyyat nömrəsi -103
Yüklə 31,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin