"İkt ili" çərçivəsində "Respublikada "Elektronhökumət": mövcudvəziyyət, problemlər, perspektivvəgözləntilər" mövzusundaməqalə



Yüklə 31,55 Kb.
tarix21.10.2017
ölçüsü31,55 Kb.
#7686



"İKT ili" çərçivəsində "Respublikada "Elektronhökumət": mövcudvəziyyət, problemlər, perspektivvəgözləntilər" mövzusundaməqalə



IKT GƏLƏCƏYƏ AÇILAN PƏNCƏRƏ

Azərbaycanda İKT sahəsinin inkişaf etdirilməsi üzrə dövlət siyasəti beynəlxalq təcrübəyə əsaslanır. Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır.Və Azərbaycanda İKT-nin inkişaf tempi ümumdünya göstəricilərini üç dəfə qabaqlayır(1)2003-cü ildə Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilmiş“Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiyası (2003-2012-ci illər)” E-hökumətin yaradılmasına bünövrə qoymuşdur.Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən 2013-cü il Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) ili” elan edilib. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanda son illər ərzində bu sahədə böyük işlər görüldüyünü və uğurlu nəticələr əldə edildiyini xatırlatdı: “İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir.”


Elektron hökümətin” məqsədi:
Elektron hökumət anlayışı 1990-cı ilin əvvəllərində Qərbdə meydana çıxıb və yalnız 90-cı ilin sonunda praktik olaraq həyata keçirilməyə başlanılıb.Təsdiq olunmuş dövlət proqramları,onların uğurlu tətbiqi və aparılması düşünülmüş siyasi addımların bariz nümunəsidir.Elektron hökumət hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan internet səhifələrində yerləşdirilməsi deməkdir. Elektron hökumət dövlət tərəfindən vətəndaşlara və təşkilatlara göstərilənxidmətlərin səviyyəsini artırmaq üçün elektron vasitələrdən istifadə edilməsidir. Hakimiyyət strukturlarının şəffaf işləməsinə xidmət edən elektron hökumət dünyanın əksər ölkələrində fəaliyyət göstərir.

Azərbaycanın e-idarəçilik sahəsindəki nailiyyəti bir çox ölkələr və beynəlxalq

təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.Bu, Azərbaycanın inkişaf naminə e-idarəçilik sahəsindəki potensialın istifadəsində və BMTİP ilə birgə həyata keçirilən digər layihələrdəki uğurlu təcrübəsilə bilavasitə bağlıdır.

Elektron hökumətin vətəndaşlara verdiyi imtiyazlar:

  • E-hökumət əhalinin dövlət orqanları ilə ünsiyyətini asanlaşdırır,onları bir-birinə daha da yaxın edir.

  • E-hökumətdə vətəndaşların müraciət etməsiindiki kimi yalnız 8 saatlıq iş günündə deyil, həm də 7/24 vaxtında müraciət edəbilməsi üstünlüyünü təmin edir.

  • Vətəndaşa müraciət etdiyi dövlət qurumununsəlahiyyətləri, qanunları və digər hüquqi aktları barədə dolğun və rahat məlumatalmağa imkan yaradır.

E-hökumət infrastrukturunun əsas komponentləri bunlardır:

  • Dövlət orqanlarının vahid şəbəkə infrastrukturu

  • E-hökumət portalı

  • E-hökumət şlüzü

  • İnformasiya resursları və sistemlərinin dövlət reyestri

  • E-imza üzrə milli infrastruktur

  • E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır)

  • E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır) (2)

Elektron hökumət"in əsas üstünlükləri:

Elektron hökumət bu gün:

  • “Bir pəncərə” prinsipi üzərində qurulmuş elektron xidmətlər portalı. www.e-gov.az

  • “Azerspace-1”orbitə buraxılmışdır.

  • Elektron hokümət bülletenləri nəşr olunurc:\users\user\desktop\elektron hokumet\th.jpeg

  • Asan xidmət.

  • Bu sahədə proqram və layihələr həyata keçirilir.

  • İnnovasiyaların izlənilməsi ,və tətbiqi (İKT üzrə sərgilər)

Eyni zamanda aparılan elektron xidmətlər mövzusunda maarifləndirici təlim kursları,facebook səhifəsinin istifadiçələrə təqdim olunması informasiyaların sürətli yayılması və müzakirəsində faydalı addımlar kimi qiymətləndirilir.(3)

Elektron hokümətin idarə olunması onun keyfiyyətini təmin edən əsas amildir.İdarəetmənin səmərəli təşkili və uğuru hesabatlılıq,məsuliyyətin bölüşdürülməsi,inkişafın monitorinqi prinsipləri əsasında qurulur.Elektron idarəetmənin də uğurlu hesabatı kadr potensialının təkmilləşdirilməsindən bilavasitə asılıdır.

E-hökumət layihələrinin inkişafını ləngidən bəzi problemlər də var .Bu problemləri aşağıdakı kimi xarakterizə etmək olar:

  • Əhalinin kompüter biliklərininlazımi səviyyədə olmaması,

  • Telekommunikasiya xərclərinin və internet qiymətininyüksək olması,

  • Internetdən istifadənin lazımi səviyyədə olmamağı,

  • Əhali arasında maarifləndirmə işinin sürətli və əhatəli olmaması

Problemllər həlli sürətli və doğru şəkildə həyata keçirilir,lakin bunu daha effektiv olması üçün maarifləndirmə işinin sürətləndirilməsində fayda var.

  • Elektron xidmətlər haqqında mütamadi olaraq televiziyada reklam çarxların nümayiş olunmasını,

  • Xidmət sahələri üzrə braşürlər hazırlanaraq paylanılması;

  • Müxtəlif təhsil pillələri üzrə tədris proqramlarında mövzu olaraq əlavə olunmasını;

  • Seminarlar şəklində maarifləndirmə işlərinin davam etdirilsini

  • Stimullaşdırıcı,rəğbətləndirici fəaliyyətlərin təşkili və davam etdirilməsi kimi tədbirlərin həyata keçirilsini məqsədəuyğun təkliflər hesab edirəm..


Dövlət proqramının vəzifələri
İnsanlar özlərinə problem hesab etdikiləri məsələləri daha dərindən öyrənməyə,praktik tətbiq etməyə və bunu vərdiş halına gətirməyə cəhd edirlər.(Konstruktivizm) Gələcəyin necə olacağını heç kim bilmir .Lakin bu danılmaz bir faktdır ki,texnologiya daim həyatımızda var olaraq inkişaf edəcəkdir.Bu baxımdan demək olar ki,gələcək nəsil daha doğru şəkildə elektron xidmətlərdən istifadə edəcək .Bir təhsil işçisi kimi əminliklə deyə bilərəm ki,bu İKT-nin inkişafı ,ona olan maraq və kommunikasiya bacarığın olması ilə əlaqədar olub,təhsil sisteminin bütün pillələrində təkmilləşmədən asılı olacaq.Bu zaman İntenet davranışı mədəniyyətinin formalaşdırılması kimi mühüm tələb yerinə yetirilməlidir. Bu gün Beynəlxalq təhsilə inteqrasiya edən təhsilin əsas məqsədlərindən biri əsrin xüsusiyyətlərinə uyğun yüksək təfəkkürə malik ,bacarıqlı insan yetişdirməkdir.Gələcək nəslin bu sahədə formalaşdırılmasında əsas amil kimi Təhsil sistemində elektronlaşdırmanın inkişafında görürəm.

“Elektron Hokümət “Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, ocümlədən "Elektron

Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdəAzərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə DövlətProqramı"-na tam uyğundur.Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasıya olunması üçün şərait yaradılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına görə Təhsil sisteminin informasiyalaşdırılması, bütövlükdə təhsilin müasir səviyyədə qurulmasının əsas istiqamətlərindən biri kimi, daim diqqət mərkəzində olacaqdır. Bu məqsədlə 2013-2020-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı qəbul ediləcəkdir. Dövlət Proqramı çərçivəsində Azərbaycanın bütün təhsil müəssisələri (o cümlədən ucqar bölgələrdə yerləşən məktəblər) İnternet əlaqəsi ilə təmin olunacaq, hər bir təhsil müəssisəsi lazımi texniki avadanlıqla təchiz ediləcək və bütün təhsil müəssisələrinin vahid təhsil şəbəkəsinə qoşulması reallaşdırılacaqdır. Ümumtəhsil məktəblərində hər bir sinif otağı noutbuk, proyektor və elektron lövhə ilə, təhsil alan bütün şagirdlər "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində netbuk və ya planşetlərlə təmin ediləcəklər.

  • Elektron təhsil texnologiyalarının tətbiqi daha da genişləndiriləcək, müəllim və şagirdlər üçün virtual öyrənmə mühiti formalaşdırılacaqdır. Bu məqsədlə bütün fənlər üzrə elektron tədris və metodik resursların yaradılması davam etdiriləcək, elektron resursların etibarlı saxlanılması və onlara asan çıxışın təmin olunması üçün "bulud" texnologiyaları tətbiq olunacaqdır. Ödənişsiz əsaslarla fəaliyyət göstərən təlim resursları yaradılacaq, bu resurslar, müəllif-hüquq lisenziyaları ilə təmin olunmaqla, təhsil prosesinə inteqrasiya ediləcək və açıq istifadəyə veriləcəkdir. "Elektron məktəb"lərin sayı 1000-ə çatdırılacaq, rəqəmsal təhsil resurslarından istifadə imkanları genişləndiriləcəkdir. Özünütəhsilə və ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyəti modernləşdiriləcək, elektron kitabxanaların sayı artırılacaq, distant təhsilin inkişafı dəstəklənəcək və ali təhsil müəssisələrində distant təhsil geniş tətbiq olunacaqdır.

  • İKT-nin təhsilin idarə edilməsinə səmərəli inteqrasiyası davam etdiriləcək, təhsilin vahid informasiya sisteminin yaradılması yolu ilə informasiya əsaslı idarəetmə mexanizmlərinin tətbiqi mümkün olacaqdır. Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi genişləndiriləcək və nəticədə təhsil sisteminin idarə edilməsində şəffaflıq artacaqdır. Eyni zamanda, Təhsil TV onlayn televiziya kanalı yaradılacaq və geniş ictimaiyyətə təqdim ediləcəkdir.

E-hökumət ilə paralel cəmiyyətdə vahid portalların köməyi ilə məlumat mübadiləsi yüksəlməlidir. Beləliklə bir və ya digər sahədə dövlət siyasətinin əhaliyə tez və sadə dildə başa düşüləcək səviyyədə çatdırılması imkanı vətəndaşların maariflənməsinə eyni zamanda beynəlxalq cəmiyyətin Azərbaycan haqqında şəffaf, dürüst informasiya ilə təmin olunmasına kömək edəcəkdir.(4)

İstinad olunmuş mənbələr və ədəbiyyat siyahısı

(1)http://www.ikisahil.com/index.php/analitika/item/ (2)http://www.mincom.gov.az/layiheler/elektron-hokumet/

(3)(4)https://www.e-gov.az/upload/documents/bulleten/bulleten-8.pdf;

http://www.mincom.gov.az/layiheler/xalq-komputeri/,

www.e-gov.az

edu.gov.az

http://www.muallim.edu.az/arxiv/2013/03/11.htm

Təhsil problemləri qəzeti 16-23 avqust: (Əfəndiyeva Rübail Əhməd q_)

“Texnologiyanın imkanlarına əsaslanrıq”

“Elektron təhsil resursları” məqalə

Əfəndiyeva Rübail Əhməd qızı.

Qax şəhər 4 N-li tam orta məktəbin İbtidai sinif müəllimi, “Mədəd Azərbaycan”təlimçi

Elektronİdarəetmə
Kadr Potensialı

Elektron

Təhsil
İKT İnfrastrukturu
Hüquqi Baza


Yüklə 31,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin