İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


"Məkarim əl-əxlaq" duasına bir baxış



Yüklə 391,59 Kb.
səhifə223/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   218   219   220   221   222   223   224   225   226
"Məkarim əl-əxlaq" duasına bir baxış

Duanın əvvəlində Peyğəmbərə (s) və onun ailəsinə salam göndərib deyir ki, mənə saleh bəndələrinin zinətini əta et və məni təqvalıların libasına bürü!1 Yəni məni saleh və təqvalı bəndələrindən et! Sonra təqvalıların xüsusiyyətlərini qeyd edərək onların zinətinin nədən ibarət olduğunu deyir. Biz hansı işlərdə təqvalıların zinəti ilə bəzənməliyik? Adətən təqvadan söhbət düşəndə fərdi günahlardan çəkinmək və ibadətləri yerinə yetirmək yada düşür. Şübhəsiz ki, bunlar var, bunda şübhə yoxdur. Amma burada İmam Səccad (ə) 22-23 məsələni qeyd edib bizim diqqətimizi təqvanın məna və məfhumunun yeni cəhətlərinə yönəldir.

Birincisi budur ki, məni ədaləti bərqərar etməkdə təqvalılardan et. Cəmiyyətdə ədaləti bərqərar edək - məhkəmə ədalətini, ölkənin həyati sərvət və imkanlarını xalq arasında bölməkdə ədaləti. Biz məmurlardan gözlənilən bu təqvadır.

İkinci məsələ qəzəbi udmaqdır. Biri var ki, siz adi bir adamsınız və bir din qardaşınıza, bir ailə üzvünüzə, bir işçinizə qəzəbiniz tutub. Qəzəbi udmağın çox fəziləti var: "qəzəblərini udar, insanların günahlarından keçərlər"2. Biri də var ki, siz bir ictimai məmursunuz, mövqeyiniz var, hərəkətiniz, təsdiq və inkarınız, söz və əməliniz cəmiyyətə təsir göstərir. Belə bir şəraitdə sizin qəzəbiniz daha adi bir fərdin qəzəbi kimi deyil. Bəzi şəxslərin, bəzi fikirlərin əleyhinə qəzəblənirik, danışırıq. Belə bir qəzəbin təsirləri adi qəzəbin təsirləri ilə çox fərqlənir. Bu duada deyilir ki, qəzəbinizi udun, qəzəblə iş görməyin. Siz bir şəxslə, bir fikirlə, bir təşkilatla razı olmaya bilərsiniz. Burada dəlil və məntiq hakim olmalıdır. Əgər bu dəlil və məntiq qəzəblə qarışsa, iş korlanacaq, hədd aşılacaq və israf baş verəcək; "Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla!"3

Bizim təqvamız üçün zəruri işlərdən başqa birisi alovu söndürməkdir. Burada məqsəd qrup və qurumlar arasındakı ixtilaf alovlarıdır. Bu alovun şölələnməsi yandırıcı alov kimidir və hamı onu söndürməyə çalışmalıdır. Alov üzərinə benzin tökməyin, alovu gücləndirməyin. Biz məhz buna görə dostlara, məmurlara, tribuna sahiblərinə, sözləri ya ümumi şəkildə, ya da ölkənin bir hissəsində işıqlandırılan şəxslərə tez-tez tövsiyə edirik ki, sözlərinə, dillərinə, fikirlərinə nəzarət etsinlər. Bəzən bir söz nəinki alovu söndürmür, hətta daha da gücləndirir.

Növbəti məsələ müsəlman camaatdan, xalqdan uzaqlaşan şəxsləri yaxınlaşdırıb cəlb etməyə çalışmaqdır. Yarıyolda qalanları mənzilə çatıdırın. Yarımçıq imanı olanların bizim əməlimiz, fikrimiz və rəftarımızla imanla tam üzülüşmələrinə, quruluşla yarımçıq əlaqəsi olanların quruluşdan ayrılmalarına bais olmayaq. Əksinə, yarıyolda olanları cəzb edək. Təqvanın nümunələri bunlardır.

Növbəti məsələ aralarında ixtilaf olan şəxslərin münasibətlərini yaxşılaşdırmaqdır. İnsanlar haqda müsbət və yaxşı cəhətləri yaymaq lazımdır. Bir şəxsdən, bir məmurdan yaxşı iş görmüsünüzsə, deyin, onda mənfi bir cəhət tanıyırsınızsa, ifşa etməyin. İfşa etməməyin mənası bu deyil ki, pis işdən çəkindirməyəsiniz. İşində nöqsanı olan şəxsə irad bildirmək lazımdır, amma bu məsələləri ifşa etmək məsləhət deyil.

Bu barədə söz çoxdur. Bu, həmin duanın bir hissəsidir. Onda iyirmi iki-iyirmi üç məsələ qeyd olunmuşdur. Mən indi altı-yeddisini qısa şəkildə dedim. Ürəklərimizi bu səmtə yönəldək, Allahdan istəyək ki, bizi təqvalıların zinətinə bürüsün. Hər halda, bundan başqa çıxış yolu yoxdur. Oruc da Quranda təqva üçün buyurulmuş, bizim təqvalı olmamızdan ötrü vacib edilmişdir. Təqvanın yerləri bunlardır.

İran İslam Respublikası quruluşunun məmurları ilə görüşdə çıxışından: 2011.


Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin