İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Ramazan - ruhlarda, qəlblərdə, yaşayış və iş yerlərində yenilik fürsəti



Yüklə 391,59 Kb.
səhifə27/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   23   24   25   26   27   28   29   30   ...   226
Ramazan - ruhlarda, qəlblərdə, yaşayış və iş yerlərində yenilik fürsəti

Şübhəsiz, biz dini vəzifəmizə uyğun olaraq, mübarək ramazan ayında və Allahın yaratdığı bütün faydalı imkanlarda bizə verilən zikr, ibadət və dua nemətini qənimət sayıb qüdrət, izzət və əzəmət mənbəyi - yəni Allah-Taalanın müqəddəs zatı ilə mənəvi əlaqə yaratsaq, şübhəsiz, həm bizim ruhlarımızda, qəlblərimizdə və əsl insani kimliyimizdə, həm də onun ardınca yaşayış, iş və mübarizə yerlərimizdə əsaslı və ideal yenilik yaranacaq, biz İslam məqsədlərinə yaxınlaşacağıq. Bu, İslamla bəşərə bir yenilik və ideal təklif edən bütün üsul və proqramlar arasındakı əsas fərqdir.

Biz belə düşünürük və bu, İslamın, bəlkə də bütün dünyanın aşkar məsələlərindəndir ki, insan yalnız Allah-Taala ilə əlaqə sayəsində kamilliyə doğru gedə bilər. Təbii ki, ramazan ayı müstəsna bir fürsətdir. Allah-Taalanın Quranda "Qədr gecəsi min aydan üstündür"1 – deyə buyurması kiçik məsələ deyil. Min aydan yaxşı, fəzilətli və insanın inkişafına təsirli olan bir gecə ramazan ayındadır. Bu, kiçik məsələ deyil ki, əziz Peyğəmbər (s) bu ayı ilahi ziyafət ayı hesab etmişdir. Məgər insanın səxavətli bir şəxsin süfrəsində oturub oradan faydasız çıxması mümkündür?! Yalnız bu ziyafətə qoşulmayanlar ondan məhrum ola bilərlər. Bu ayda Allahın əfv, razılıq və ziyafət süfrəsində oturmayan şəxslər təbii ki, bəhrəsiz qalacaqlar və bu, sözün həqiqi mənasında məhrumluqdur: "Həqiqətən bədbəxt insan bu böyük ayda Allahın əfvindən məhrum olan şəxsdir".2 Əsl məhrum ramazan ayında ilahi əfvi əldə edə bilməyən şəxsdir.


Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin