İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Ramazan - təqva ehtiyatı toplamaq ayı



Yüklə 391,59 Kb.
səhifə149/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   145   146   147   148   149   150   151   152   ...   226
Ramazan - təqva ehtiyatı toplamaq ayı

Ramazan ayının səmərəsi təqvadır; insanın özü ilə məşğul olması, öz qeydinə qalması və özü üçün təqva ehtiyatı toplaması: "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalı olasınız".1 Ramazan ayı bizdə təqva yaradır. Bu təqvanın özü də daha uca məqamlara vasitədir. Təqva bizi uca məqamlara çatdıran minikdir: "Təqvalı olun ki, nicat tapasınız"2; "Təqvalı olun ki, rəhm olunasınız"3; "Təqvalı olun və Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədər"4. Elm, hidayət və ilahi rəhmət Allah tərəfindən insana təqvaya görə bəxş olunur. Hamısından üstünü qurtuluşdur. Qurtuluş təqvaya görə əldə olunur. Mənim əzizlərim! Ramazan ayında əldə etdiyimiz təqva ehtiyatını - əgər ilahi ziyafət süfrəsində dayanmış və ondan bəhrələnmişiksə, ümidvarıq əldə etmiş olaq - qorumalıyıq. Bu çox dəyərli səmərədir; zəhmət çəkib öz buğda məhsulunu yığan, sonra onu yaxşı bir anbarda saxlayan və il boyu ondan istifadə edən bir əkinçi kimi. Bu bizim il boyu azuqəmizdir. İl boyu bu azuqə təhdid olunur: vəsvəsələr var, bərbəzəklər var, nəfsin istəkləri, ehtiraslar və günahlar var. Bunların hamısı bu dəyərli ehtiyat üçün təhlükələrdir. Həmin təhlükələrə qarşı bu ehtiyatdan istifadə edin və onu qoruyun.

Bu gün bayramdır: "Elə bir gün ki, onu müsəlmanlara bayram, Məhəmməd (s) və Əhli-beytinə (ə) ehtiyat, şərəf, hörmət və üstünlük etmisən"5. Fitr bayramında Peyğəmbər (s) üçün təyin olunmuş bu üstünlük odur ki, Peyğəmbərin (s) biz ardıcılları dünyanın harasında olsaq, həyatın çətin yollarını keçmək, dünya və axirəti abadlaşdırmaq və qurtuluşa nail olmaq üçün özümüzü bu təqva ehtiyatı ilə silahlandıraq.

Quruluşun məsul şəxsləri və İslam ölkələrinin səfirləri ilə görüşdə çıxışından: 2004.




Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin