İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr



Yüklə 391,59 Kb.
səhifə145/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   141   142   143   144   145   146   147   148   ...   226
İmanın dörd şərti və təməli

Nəhcül-bəlağənin otuzuncu hikmətində qeyd olunur ki, həzrət Əlidən (ə) iman haqda danışmasını istədilər. Buyurdu ki, imanın dörd təməli var.2 Məqsəd odur ki, bunlar möhkəm olsa, iman qalar, zəifləsə, yaxud uçsa, iman da uçar. Tamamilə məhv olmaz, amma uyğun nisbətlə uçar. Həzrət bu dörd təməli bəyan edir: "dözüm, yəqin, ədalət və cihad". Birincisi budur ki, bütün işlərdə dözüm olmalıdır. Bir proqramı icra etmək istəyirsinizsə, sona qədər gedin. Bir işə başlamısınızsa, onu bitirin. Əgər bir bəla gəlmişsə, özünüzü itirməyin. Boynunuza vacib bir əməl düşdükdə onu yerinə yetirməyə dözümünüz olsun, hövsələdən çıxmayın, əldən düşməyin. Əgər bir günah təhlükəsinə düşmüsünüzsə, müqavimət göstərin və günaha təslim olmayın. Müqavimət hər yerdə bir formada təzahür olunur. Əlbəttə, müqavimətin mənası hər yerdə eynidir; bəlli insani qüvvə, möhkəmlik və davamlılıqdır, lakin bu hər yerdə özünü bir formada göstərir: itaət qarşısında dözümlülük, günah qarşısında dözümlülük, müsibət qarşısında dözümlülük.

İmanın digər təməli yəqindir. Qeyd etdiyimiz kimi, yəqin elə elmdir. Yəqin təməlini zəiflətmək, şəkk-şübhəni qarışqa kimi imanın canına salmaq olmaz. Yəqini güclü saxlamaq lazımdır. Əgər təbii şəkildə insanın zehnində bir sual yaransa, gedib onu öyrənməli, şəkk-şübhəni aradan qaldırmalıdır. Amma özü vəsvəsə etməməli, özündə, yaxud digərlərində yəqini sıradan çıxarmamalıdır. Yəqin olunan məsələlərdə tərəddüd yaranıb şəkkə çevrilməməlidir.

İmanın üçüncü təməli ədalətdir. Ədalət hər şeyi öz yerinə qoymaqdır. Ədalətin leksik mənası orta hədd deməkdir. Mötədillik bu sözdəndir; yəni ifrat və təfrit etmədən, sola və sağa yayınmadan öz yerində durmaq. Ədalətin hər şeyi öz yerinə qoymaqdan ibarət olduğunu da buna görə deyirlər. Yəni hər şey öz yerinə qoyulduqda təbiətdə ədalət və həqiqət əsasında bir mötədillik yaranır. İnsanın rəftarında ədalət vacib məsələdir. Hökmdara ədalət lazımdır, mövqe seçməkdə ədalət lazımdır, məhəbbət və nifrət bildirməkdə ədalət lazımdır. Quranda buyurulur: "Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin"1. Buna əsasən, ədalət də imanın təməllərindən biridir; əgər ədalət olmasa, iman qalmaz.

Sonuncu təməl cihaddır. Cihad mübarizə deməkdir, müharibə və döyüş demək deyil. Deyirsən mən mübarizə aparıram; elmi mübarizə aparıram, ictimai mübarizə aparıram, siyasi mübarizə aparıram, silahlı mübarizə aparıram - bunların hamısı mübarizədir. Mübarizə bir maneə, yaxud düşmən qarşısında güclü səy deməkdir. Əgər insanın qarşısında heç bir maneə olmasa, mübarizə də yoxdur. Asfalt yolda insan ayağını qazın üzərinə qoyub gedir. Buna mübarizə demirlər. Mübarizə insanın bir maneə ilə qarşılaşdığı yerdədir. Müharibədə bu maneə düşməndir, təbii yerlərdə təbii maneələrdir. Əgər insan bu maneələrlə üzləşsə və onları aradan qaldırmağa çalışsa, bu olur mübarizə. Ərəb dilində cihad sözünün mənası məhz budur, mübarizə deməkdir. Quran və hədislərdə işlənən cihad sözü də bu mənayadır, hər yerdə silahlı döyüş demək deyil; bəzi yerlərdə silahlı döyüşlə uyğun gəlir, bəzi yerlərdə isə qeyri-silahlı döyüşlə.

Sonra Əmirəlmöminin (ə) bu sözləri izah edir. Mən bu haqda danışmayacağam. O həzrət həm dözümlülüyü, həm yəqini, həm ədaləti, həm də cihadı şərh edir. Məsələn, deyir ki, cihadın dörd şaxəsi var: yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək, doğru danışmaq və mövqedə sədaqətlilik; yəni insan siyasi və ictimai mövqelərdə sadiq olsun. Odur ki, mövqelərdə sadiqliyin özü də cihaddır. "Möminlərin arasında elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar"1 ayəsinin mənası da budur.

Cihadın şaxələrindən başqa birisi "fasiqlərə qarşı olan kin",2 yəni günah və küfr cərəyanından ayrılmaqdır. Bunu mən xüsusən sizə deyirəm. Hamı buna diqqət yetirsin. Siz bu cərəyandan uzaq durmalı, ona qarışmamalısınız. Siz məni tanıyırsınız, sizinlə təxminən səkkiz ildir, bəzilərinizlə isə daha çox vaxtdır işləyirik. Mən kafirlərlə əlaqənin kəsilməsini əsla düzgün saymıram. Xeyr! Lakin sizinlə kafirlər arasında sərhəd bəlli olmalıdır; sizinlə günahkarlar arasında sərhəd bəlli olmalıdır; sizinlə İslam Respublikasını qəbul etməyənlər arasında sərhəd bəlli olmalıdır. Bəzən insanın İslam Respublikasını qəbul etməyən bir şəxslə münasibətdə olması lazım gəlir, amma onun və sizin kimliyiniz bəlli olmalıdır. Bir-birinizə qarışmayın. Mən öz quruluşumuzda və təşkilatımızda bəzilərindən həmişə buna görə gileyli olmuşam. Onlar sərhədləri götürürlər. Bəzən bunlara deyirdim ki, sizin sərhədləri götürmənizin eybi budur: sərhədin olmadığına görə çoxları bu tərəfdən o tərəfə keçəcəklər, o tərəfdən bu tərəfə; daim get-gəl edəcəklər. Yəni sərhədlər unudulacaq. Bir ölkənin sərhədləri bəlli olmasa, ümumi kimlik və birlik olmaz. Qoyun sərhədlər müəyyən olsun, sizin harada durduğunuz və onların harada durduğu bəlli olsun.


Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin