İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ


ORTA HƏDDƏ, RİAYƏT FƏZİLƏT ÖLÇÜSÜDÜR



Yüklə 3,86 Mb.
səhifə122/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   127

ORTA HƏDDƏ, RİAYƏT FƏZİLƏT ÖLÇÜSÜDÜR


«İşlərin xeyirlisi orta həddə olandır» kəlamı xalq arasında çox məşhurdur. Bütün xeyirli işlərdə ən yaxşı hədd orta həddir. İslam alimləri qədim yunan fəlsəfəsində nəql olunmuş bə’zi qaydaları qəbul etmişlər. Bu qaydalardan birində deyilir: «Hər bir əxlaqi fəzilətin iki rəzil sonluğu var: biri ifrat digəri təfrit». Bizim əxlaq kitablarında da bu qayda əsas götürülür. Demək, hər hansı bir yaxşı işdə ifrata və təfritə varılması həmin işi xoşagəlməz hala salır. İş o zaman fəzilətli olur ki, orta həddə riayət edilsin. Əxlaq fəlsəfəsində uyğun buyuruq bir qayda kimi götürülür. Amma sual oluna bilər ki, uyğun qayda bütün hallarda özünü doğruldurmu? Görən bütün işlərdəmi ifrat və təfrit məzəmmət olunmalıdır? Yalnız orta həddin yaxşı olmasının dəlili nədir? Bu qayda axtarışların, yoxsa məntiqin nəticəsidir? Bütün «məşhur» qaydalar mübahisəsiz qəbul olunduğundan bu əxlaqi qayda da mübahisə doğurmamışdır. Əksər əxlaqi qaydalar məşhurluq dəlili ilə qəbul olunduğundan başqa dəlillərə ehtiyac duyulmamışdır. Amma bu məsələdə də sair məsələlər kimi dəlil istəyənləri qane etmək bir qədər çətin olur. Çünki orta həddin fəzilət ölçüsü olduğunu qəti əqli dəlillərlə sübut etmək olar.

Hələ eramızdan əvvəl yunanlar arasında belə bir mübahisə gedərdi ki, orta hədd həmişəmi yaxşdır? Məsələn, elm və bilik təhsilində orta hədd gözlənilməlidirmi? Yoxsa insan elm yolunda bacardıqca hərəkət etməlidir? Uyğun qaydanı qəbul etməyənlər elm təhsilini misal çəkərək deyirlər ki, kimsə elmdə ifratı məzəmmət edə bilməz. Hər halda bu qaydaya düzgün təfsir vermək mümkündür. Bu təfsirdən öncə zəruri olan bir müqəddimə veririk:

İnsan vücudunda müxtəlif qüvvələr mövcuddur. Əməl zamanı bu qüvvələr bir-birlərinə mane olurlar. Məsələn, bir şəxs həm oxumaqdan, həm ibadətdən, həm də ailəsi ilə ünsiyyətdən zövq alır. Amma o, hər üç işi eyni vaxtda görməkdə acizdir. Demək, bu işlərin hər biri üçün xüsusi vaxt ayrılmalıdır.

Həzrət Peyğəmbərin (s) və mə’sum imamların (ə) həyatından mə’lum olur ki, onlar bir tərəfli qaydada yaşamamışlar. Qur’an da insanın yalnız bir işlə məşğul olmasını fəzilət saymır. İnsan üçün namaz, əmr be mə’ruf, təhsil, cihad və digər işlər müəyyənləşdirilmişdir. Demək, İslam tə’liminə görə insan özünü bir işə həsr edə bilməz. Müxtəlif işlərlə məşğulluq insan həyatının zərurətidir. İnsan fərdi, ibadi, siyasi, mədəni, ictimai səhnələrdə öz vəzifəsini yerinə yetirməlidir. Amma bu fəaliyyətlərin hər birinin öz həddi var. Bir işlə çox məşğul olunması o biri işə maneçilik törədir. Hətta namaza da ifrat şəkildə aludə olmaq məzəmmət olunmuşdur. Məsələni aydınlaşdırmaq üçün bir misal çəkək:

Cihad ən dəyərli və ən fəzilətli ilahi vəzifələrdəndir. Cihadın zəruriliyi bə’zən elə bir həddə çatır ki, bütün digər fəaliyyətlər dondurulmalı olur. Amma digər fəaliyyətlərdə orta hədd gözlənilməlidir. Qeyd etməliyik ki, cihadın da özünəməxsus orta-«e’tidal» həddi var. Məsələn, döyüşə nə qədər qüvvə sərf olunması, nə vaxt hücuma keçilməsi, döyüşün hansı müddətdə aparılması müəyyənləşdirilməlidir. Demək, cihadın da özünəməxsus normaları, hədləri vardır. Müdafiə olunmaq münasib olduğu vaxt hücuma keçmək cihadın ifrat həddi hesab oluna bilər.

Bir neçə işin görülməsi zəruri olduğu vaxt insan bu işlərdən birini seçmək məcburiyyətində qalır. Əsas odur ki, hər bir işin ən səmərəli nəticə verdiyi bir hədd vardır. Ümumi şəkildə qəbul etmək olar ki, fəaliyyətlərdə ən gözəl hal orta həddin gözlənilməsidir. Rəzalətdən qaçmaq üçün ən gözəl me’yar məhz orta həddir.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin