İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ


Həm gözün, həm qəlbin əlindən aman



Yüklə 3,86 Mb.
səhifə6/23
tarix23.10.2017
ölçüsü3,86 Mb.
#11747
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   23

Həm gözün, həm qəlbin əlindən aman


Göz nəyi gördüsə, qəlb ona heyran.
Əgər öz qəlbimizə nəzarət edə bilsək, bütün problemlərimiz köklü şəkildə həll olar. Bəs qəlbi nəzarət altına almaq üçün nə etmək lazımdır? Nə edək ki, qəlbin cilovu qırılmasın, istədiyi yöndə hərəkət etməsin, hər şeyə vurğun, aşiq olmasın? Bəli, qəlbin nəzarətini və ixtiyarını ələ almaq yolu budur ki, çalışmalar vasitəsi ilə o öz təmayüllərinin əksi istiqamətinə sövq etdirilsin. Təbii ki, bu müxalif cəhət qəlbimizə xoş gələsi deyil və o asanlıqla razı olmayacaq. Buna görə də onu çalışmalar vasitəsi ilə ram etməliyik:

Bir qılınc düzəldək tiyəsi polad


Çalaq gözlərə ki, qəlb ola azad.
Qəlb naməhrəmə baxılmasını istəyir. Qəlbi qorumaq, onun ixtiyarını əlimizə almaq istəyiriksə, gözə nəzarət etməli, onu lazımsız şeylərə baxmaqdan çəkindirməliyik. Çalışmalar vasitəsi ilə, tədricən qəlbin xoşagəlməz meyl və istəklərini ondan uzaqlaşdırmaq, bu haldan uzaqlığı səbr və dözüm vasitəsi ilə qəlbdə sabitləşdirmək lazımdır. Başqa sözlə, əgər qəlbin ixtiyarını ələ almaq istəyiriksə, çalışmalarla, səbr və dözümlə ona bu halın tərkini vərdiş etdirməliyik. Yə’ni «riyazət» vasitəsi ilə qəlbə, xoşlamasa da, naməhrəmə göz yummağı öyrətməliyik. «Riyazət» sözünün lüğət mə’nası «idman, məşq»-dir. Bu elə həmin çalışmadır. Demək, qəlbin ixtiyarını ələ almaq istəyiriksə, çalışmalar və məşqlər vasitəsi ilə onu xoşlamadığı çətin işlərə vadar etməli və bu yolla tərbiyələndirməliyik. Necə ki, bir şəxs pəhlivanlıq məqamına çatmaq istədikdə bədənini möhkəmləndirməli, məsələn, yüngül və ağır daşlar qaldırmalı, ağrılı hərəkətlər yerinə yetirməlidir. Mə’nəvi işlərdə də qəlb təmayüllərinə, nəfs istəklərinə hakim olmaq, qəlbin ixtiyarını ələ almaq istəyən şəxs bu sahədə məşqlər etməlidir. Mə’nəviyyat meydanının məşqi budur ki, qəlbə səbr və dözüm adət etdirilsin, bu məşqlər vasitəsi ilə qəlb öz istəyindən əl çəkməyə vərdiş versin. Yalnız bu yolla mənəvi mübarizə meydanının qəhrəmanı olmaq mümkündür.

«Təsəbbür» insanın özünü səbrə məcbur etməsidir. Başqa sözlə, təf’il və təkəllof, yə’ni bir şeyi zəhmətlə qəbul etmək. Səbr etmək asan iş deyil. Əksinə, xeyli zəhmət və təlaş lazımdır ki, insan özünü səbrə vadar etsin. Məsələn, harama baxmaq istəmiriksə, çalışmalı, bəzi halal şeylərə də göz yummalıyıq. İnsan təbii olaraq, o yan-bu yana baxır. Ona görə də özümüzə nəzarət etməyimiz xeyli çətindir. Olsun ki, bu iş özünü zindana salmaq kimi çətindir. Əgər harama düçar olmaq istəmiriksə, halal baxışımıza da nəzarət etməli, özümüzə tam hakim olmalıyıq. Məsələn, bir məşq olaraq, namazdan sonra bir neçə dəqiqəlik gözünü yerə dik, təqibat və təsbihat oxu, dua et! İnsan səbr və dözüm məşqləri ilə güc tapıb, özünə nəzarət edə bilir, öz qəlbinin ixtiyarını ələ alır. İnsan qəlbi cilovu qırılmış at kimidir. O istədiyi cəhətə yön alır. Qəlbi səbrdən başqa heç bir başqa vasitə ilə cilovlamaq mümkün deyil. Əgər qəlbinizi cilovlamaq istəyirsinizsə, xoşlamadığınız işlərə səbr etməli, özünüzü bu səbrə məcbur etməlisiniz. Məşq etməli, «riyazət» çəkməli, qəlb istəklərinizi məhdudlaşdırmalı, xoşlamadığınız işlərə səbr etməlisiniz.



Dünyəvi həyatın tələblərindən olan təbii və adi çətinliklərdən əlavə, başqalarının yaratdığı problemlər qarşısında da dözümlü olmaq lazımdır. Bə’zən müəyyən şəxslərdən elə hərəkətlər baş verir ki, bu hərəkətlərə də dözmək, bir növ, dərinə getməmək lazım gəlir. Xüsusi ilə, mö’min bir şəxs belə bir hərəkətə yol verdikdə hər hansı bir dözümsüzlük onun xəcalət çəkməsinə bais ola bilər. Belə yerdə səbir etməklə həmin mö’minin abır və heysiyyətini qorumaq lazımdır. Başqalarının müəyyən əməllərinə dözməyin savabı bə’zən illərcə ibadətin savabından çox olur və insanın ruhi və mə’nəvi təkamülündə daha tə’sirli olur. Hər halda xoşlanmayan işlərə dözmək, çətinliklərə səbr etmək, onlara adət etmək bais olur ki, insan yavaş-yavaş qəlbinin ixtiyarını ələ alsın və öz qəlb istəklərinə nəzarət etməklə onu həvəslərdən qorusun.

«Müdara sərtlik hesab olunan yerdə sərtlik müdaradır». Vəsiyyətin davamında Həzrət (ə) yığcam və sadə şəkildə, əxlaq fəlsəfəsi haqqında mühüm bir mövzuya toxunur: Əxlaq nisbidir, yoxsa mütləq? Bilirsiniz ki, əxlaq fəlsəfəsinin mühüm məsələlərindən biri əxlaqın nisbi, yoxsa mütləq olması məsələsidir. Yə’ni «filan şey yaxşıdır» deyiriksə, görən bu şey həmişə, hər yerdə, hamı üçün yaxşıdır, yoxsa yalnız müəyyən vaxt, müəyyən yerdə, müəyyən adamlar üçün? Əlbəttə, nisbilikdə də, tam fikir birliyi yoxdur. Əxlaqın nisbi olmasına münasibətdə müxtəlif məzhəblər və baxışlar mövcuddur. Bə’zilərinin fikrincə, nisbi olma budur ki, istənilən bir şeyin yaxşı və pisliyi məkan, zaman və şəraitdən asılıdır, mütləq yaxşı və mütləq pis bir şey yoxdur. Eyni bir şey kimlər üçünsə yaxşı, kimlər üçünsə pisdir. Kimlərsə bir şeyi bəyəndiyi halda, başqaları həmin şeyi bəyənmir. Bəyənənlər üçün həmin şey yaxşı, bəyənməyənlər üçünsə pisdir. Yə’ni yaxşı və pisi tanımaq üçün konkret bir me’yar, ölçü yoxdur. Başqa bir qrup isə mütləq bir me’yar olduğunu bildirir. Əlbəttə, bu me’yarı mütləq sayan üçün bə’zən problemlər yaranır. Məsələn, bu nəzəriyyəyə əsasən, «doğru danışmaq» yaxşıdırsa, onda belə danışıq bütün hallarda, məkanlarda və zamanlarda yaxşı olmalıdır. Hansı ki, yalan vasitəsi ilə mö’minin canını zalımın əlindən qurtarmaq mümkündürsə, deyirlər ki, doğruçuluğu bir kənara qoyub, yalan danışmaq lazımdır. İslam nəzərincə, belə məqamda yalan danışıb, insanın canını zalımın əlindən xilas etmək zəruridir. Bu istisna hal səbəbindən bə’ziləri elə güman edir ki, İslam əxlaqı nisbi bir əxlaqdır. Yə’ni İslamda yalan bə’zən yaxşı, bə’zən isə pisdir. Doğru danışıq da beləcə yaxşı və ya pis ola bilər. Hansı ki qətiyyən belə deyil. Əlbəttə, bu mövzuların dəqiq elmi izahı başqa bir vaxt açıqlanmalı və diqqətlə nəzərdən keçirilməlidir. İndi isə qısa izahatla kifayətlənirik.

Bu sayaq əməlləri aydınlaşdırmaq üçün deməliyik: əməllərin yaxşı və ya pisliyi daha ümumi me’yarlarla ölçülür. Məsələn, doğru və yalan danışmağın yaxşı-pisliyi onların fayda və zərərlərindən asılıdır. Belə deyil ki, hər vaxt, hər yerdə mütləq şəkildə «doğru danışmaq» vacib və bəyənilmiş, «yalan danışmaq» isə haram və pis olsun. Müəyyən şərtlər və qeydlər mövcuddur və həmin bu şərtlər və qeydlər əsasında bir şey yaxşı, digər bir şey isə pis sayılır. Bu fikirdə olan bə’zi əxlaq filosofları güman etmişlər ki, bir şey yaxşı adlandırılırsa, demək, heç bir istisna ola bilməz. Məsələn, dostluq, müdara, mülayimlik yaxşıdır deyiriksə, çoxsaylı rəvayətlərdə müdara və mülayimlik mədh olunursa, belə bir təsəvvür yaranır ki, bu məsələdə heç bir istisna yoxdur və insan daim, bütün hallarda mülayim olmalı, heç bir sərtliyə yol verməməlidir. Helm və dözüm yaxşı təqdim olunduqda, çoxlu ayə və rəvayətlərdə rəğbətlə xatırladıldıqda təsəvvür edirlər ki, qəzəblənmək qəti surətdə səhvdir və heç kim, heç vaxt qəzəblənməməlidir. Hansı ki, bu qaydalar üçün istisna hallar var. Düzdür, istisna hallar xeyli məhduddur. Amma unutmaq olmaz ki, qaydalara zidd belə hallar az da olsa, mövcuddur. Məsələn, Əmirəl-mö’mininin (ə) əməli rəftarlarında və ya valilərə, hökumət məs’ullarına yazdığı məktublarda müxaliflər haqqında xeyli tünd və sərt ifadələr işlədildiyini, səhvə yol vermiş və azmış məs’ulların ciddi məzəmmət olunduğunu müşahidə edirik. Bəs bu yerdə Əlinin (ə) helmi, mülayimliyi nə üçün görünmür? Nə üçün Həzrət (ə) yumşaq və aram tərzdə demir ki, övladlarım, oğlanlarım, əzizlərim, bu işi görməyin, xahiş edirəm, beytül-malı, xalqın və zəiflərin haqqını qoruyun?! Diqqətli olmaq lazımdır ki, müxtəlif vəziyyətlərdə rəftar da fərqli olur. Hansı ki, başqaları ilə ünsiyyətdə mülayim rəftar olunmalıdır. Amma bə’zi fərdlərlə sərt və qəti rəftar daha yaxşıdır. Bir şəxslə mülayim rəftar olunduqda əslində ona düşünmək üçün, ağıla uyğun hərəkət etmək üçün, səhvini anlaması üçün, öz əməlini müdafiədə əqli dəlillər gətirmək üçün fürsət verilir. Amma bir şəxsə sərt, qaba tərzdə deyiləndə ki «sən pis iş görmüsən, dərk etməmisən», bu həm ədəb və əxlaqa zidd olur, həm də həmin şəxs düzgün düşünüb, düzgün hərəkət etmək imkanından məhrum edilir. Belə bir vəziyyətin yaranması üçün, cəmiyyət fərdlərarası düşüncəli münasibətin bərqərar olması üçün mülayim danışmaq lazımdır. Belə rəftar edilməsi hər yerdə düzgün sayılmır. Məsələ ictimai xarakter daşıdıqda, bir şəxs İslam cəmiyyəti və beytül-mala xəyanət etdikdə, müsəlmanların var-dövlətinə zərər vurduqda artıq mülayim və aram danışmaq olmaz. Belə vəziyyətlərdə mülayimlik göstərilməsi həmin şəxsi cür’ətləndirər və daha həvəslə işinə davam edər. Xalqın xəzinəsindən, beytül-maldan milyardlar mənimsəmiş bir şəxslə yumşaq rəftar etsək, onu tövbəyə dəvət edib desək ki, «əzizim, axırı pis olar, bu işləri görmə», o da cavab verər ki, «baş üstə». Amma elə ki azad oldu, özünü gözdən uzaq bilib, həmin işləri davam etdirər, hətta daha böyük və ağır cinayətlərə əl atar. Şübhəsiz ki, belə bir yumşaqlıq, mehribançılıq, mərhəmət yersizdir. Çünki bə’zi azğın şəxslərlə bu sayaq mülayim və mehriban ünsiyyətin heç bir nəticəsi yoxdur. Yeganə nəticə həmin şəxsin daha çirkin işlərə həvəslənməsidir. Demək, bə’zi hallarda sərtlik göstərilməlidir.

Əmirəl-mö’minin Əli (ə) bu yerdə buyurur: «Müdara sərtlik hesab olunan yerdə, sərtlik müdaradır». Bə’zi vaxtlar sərtlik və tündlük müdara və mülayimlik tə’siri göstərir. Yə’ni mülayimlikdən gözlənilən nəticə onun ziddi, yə’ni sərtliklə əldə olunur. Belə yerdə tərsinə çevrilmiş üsulla hərəkət etmək lazımdır. Çünki tündlük həmin mülayimliyin işini görür. Yə’ni mülayimlik və müdara ünvanı ilə görülən iş, əksinə, həmin sərtlik olur. Demək, elə təsəvvür olunmamalıdır ki, bir bu qədər tə’rif edilən yumşaqlıq, mülayimlik, təvazö və başqalarının sözünə dözməyin istisna halı yoxdur. Əksinə, bə’zən məqsədə çatmaq üçün qəzəb və tündlük göstərilməlidir.

Bu bəyanın digər bir nümunəsi Rəsulullahdan (s) nəql olunmuş bir rəvayətdir. Həzrət (s) buyurur: «Günah (münkər) əhli ilə tünd və sərt sifətlə rəftar edin və bu vasitə ilə Allaha yaxınlıq axtarın».1 Digər bir rəvayətdə Əli (ə) buyurur: «Mən tərəkə inkarəl-munkəri biqəlbihi yədihi lisanihi fəhuvə məyyitun, bəynəl-əhya».2 Əməli yolla pis işin qarşısını ala bilməyən insanın davranışı, üzünün rəngi, rəftarı elə olsun ki, qarşı tərəfə öz narazılığını, onun çirkin iş gördüyünü öz görünüşü (qiyafəsi) ilə anlatsın. Ümumi şəkildə hamı ilə sülh və mülayimliklə rəftar etmək olmaz. Həm dost, həm də düşmənlə, həm müt’i, həm də asi ilə yumşaq, mehriban, təvazökar rəftar edilməməlidir. Əksinə, bə’zən sərtlik də etmək lazımdır.

Bu sözlər öz tünd əxlaqına don geydirmək istəyənlərin əlində bəhanəyə çevrilməməlidir. Yalnız bə’zi məqamlarda tündlük göstərilməlidir. Amma belə məqamlar tam diqqət, sevgi və kindən uzaq rahat düşüncə yolu ilə müəyyənləşdirilməlidir. Sadəcə, bilməliyik ki, həyatda qəzəbə də yer var. İnsan həyatında sərtlik və qəzəbin tamamilə yersiz olması düzgün baxış deyil.

Deyilənlərdən bə’zi Qur’an ayələrinin, rəvayətlərin, Əmirəl-mö’minin Əlinin (ə) bə’zi rəftarlarının, onun və digər imamların buyuruqlarının mövqeyi açıqlanır. Bir yerdə mülayim rəftarın, digər bir yerdə günahkarın qamçılanmasının göstəriş verilməsi səbəbi aydın olur. Aydın olur ki, nə üçün bə’zən «anan əzanda otursun, vay olsun sənə» kimi sərt sözlər buyurulur. İşlərin incəliyindən xəbərdar olan aqil şəxs harada mülayimlik, harada sərtlik etmək lazım olduğunu bilir. Ona görə də müdrik şəxslərin bə’zən tünd və sərt rəftar etməsini yersiz və əxlaqa zidd saymamalıyıq. Çünki mülayimlik mənfi nəticə verdikdə, siz də əksinə rəftar etməli, mülayimliyi bir kənara qoyub, sərtlik göstərməlisiniz. « çox ki, dərman dərd ola, dərd dərman». Çox dərdlər var ki, özü bir dərmandır. Əksinə, bə’zən dərman kimi istifadə olunan şey insanın xəstəliyinə səbəb olur. Məsələn, bədən üçün fadalı olan qidaların daimi istifadəsi xəstəliyə səbəb olur. İnsanın rəftarında da bu qaydalar işləkdir. Hər şeyin öz yeri var və yerində işlənməyən şey əks nəticə verir.

Həzrətin (ə) xatırladığı digər bir məsələ budur ki, əgər bir şəxsi xeyirxah tanımırsınızsa, bilmirsinizsə ki sizə xeyir istəyir, ya zərər, hətta onun sizə qarşı kinli olduğunu bilirsinizsə, məbada, onun bütün sözlərini özünüzə zərərli hesab edəsiniz. Sizə qarşı xeyirxah olmayan bir şəxsin hansısa nəsihəti sizin xeyirinizə ola bilər. Ona görə də hər bir şəxsin sözlərinin düzgün olub-olmamasına ciddi diqqət göstərin. Yaxşı və düzgün sözü deyən düşməniniz də olsa, həmin sözü qəbul edin. Digər bir tərəfdən insan kimlərəsə ifrat e’timad göstərir. Həmin şəxslər mə’sum olmadıqlarından bə’zən nəfs istəyi ilə danışa bilərlər.

Belə sözlərə itaət sizi yolunuzdan azdıra bilər. Əgər bir şəxsə e’timad göstərib, onu öz xeyirxahınız sayırsınızsa, onun bütün sözlərini həqiqət kimi qəbul edib, əməl etməyiniz düzgün deyil. Bundan əlavə, həmin şəxs xoş niyyətinə baxmayaraq, səhvə yol verə bilər.

Demək, insanlara qarşı o qədər bədbin olmamalıyıq ki, onların heç bir sözünü düzgün saymayaq. Çünki düşmənimiz də bə’zən doğru söz deyə bilər və bu söz bizə faydalı olar. Digər bir tərəfdən, insanlara o qədər e’timad göstərmək olmaz ki, onların bütün sözlərini doğru və faydalı sayaq. Xülasə, həm düşmənin düzlüyünü və xeyirxahlığını istisna etməməli, həm də dostu səhv və xəyanətdən uzaq saymamalıyıq.

«Nə çox nəsihət gözlənilməyən kəs nəsihət versin və nəsihət istənilən şəxs xəyanət etsin». Çox olsun ki, nəsihətçimiz olmayan bir şəxs bizə elə xeyirxah nəsihət verə ki, heç qəlbiyanan nəsihətçilərimiz belə nəsihət vermir. Digər bir tərəfdən, çox olsun ki, xeyirxah və canıyanan bir dostun nəsihətlərində bizi aldatmaq niyyəti olsun. Çünki o mə’sum deyil və nəfsinin əmrinə tabe ola bilər. Məbada, bədgümanlıq ucbatından nəsihətlərdən və xeyirxahlıqlardan məhrum olaq! Məbada, xoşgümanlıq nəticəsində insanların bədxahlıqlarına düçar olaq!


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin