Nəyə görə İmam Hüseyn Məkkədə qiyam etmədi?
İmam Hüseyn (ə) Mədinəni tərk etmək məcburiyyətində qaldıqda ailəsi və yaxınları ilə birlikdə Məkkəyə tərəf yola düşdü. İmamın (ə) başlanğıcda digər şəhərlərə yox məhz Məkkəyə getməsi bir sıra dini, ictimai, siyasi və coğrafi səbəblərə görə idi ki, onların bəzisini nəzərinizə çatdırırıq:
1- Məkkə şəhəri İslamın ən müqəddəs şəhərlərindən sayılır. Bu şəhərdə Allahın evi Kəbə yerləşdiyi üçün Tanrı bu məkanın həmişə əmin-amanlıqda qalmasına əmr etmişdir. Necə ki, Qurani-Kərimdə buyurur: «Bu şəhərə daxil olan hər kəs əmniyyətdə qalmalıdır.»(1)
Elə bu prinsipə əsasən İmam Hüseynin (ə) Məkkə şəhərini başqa şəhərlərə tərcih verməsi daha məntiqə uyğun sayılırdı.
2- İmam Hüseyn (ə) Mədinəni tərk etdiyi zaman xalqın çoxu Müaviyənin ölümündən və Yezidin hakimiyyətə gəlməsindən xəbər tutmamışdı. Bu xəbəri ümumi xalqa çatdırmaq üçün Məkkə şəhəri kimi böyük, giriş-çıxışlı və
səh:27
1- [1] . Ali İmran sur ə si ay ə 97.
yüksək əmniyyətli bir şəhərə ehtiyac duyulurdu. İmam Hüseyn (ə) bu ehtiyacı aradan qaldırmaq üçün Məkkə şəhərinə getdi. Həmçinin Məkkədən Kufə və Bəsrə kimi böyük şəhərlərlə rabitə saxlamaq daha asan idi.(1)
3- Məkkə şəhəri ziyarət şəhəri olduğuna görə ölkənin bütün yaxın və uzaq məntəqələrindən insanlar Kəbə evini ziyarət etmək üçün bu şəhərə təşrif gətirirdilər. Və xüsusi ilə də İmam Hüseynin (ə) Məkkə şəhərinə daxil olduğu vaxt vacib «həcc» əməlini yerinə yetirmək zamanına bir neçə ay qalırdı. İmam Hüseynin (ə) bu fürsətdən istifadə edib milyonlarla həcc ziyarətinə gələn insanlara öz qiyamının məqsədini bəyan etməsi zəruri idi.
Bunlardan əlavə İmam Hüseyn (ə) Məkkə şəhərinə getdiyi zaman hələ Kufə şəhərindən dəvət almamışdı. Təbiidir ki, belə olan halda İmamın (ə) Məkkə kimi əmniyyətli bir şəhərə getməsi daha məntiqə uyğun sayılırdı.
Nəhayət İmam Hüseyn (ə) hicrətin 60-cı ili Şaban ayının üçündə Məkkə şəhərinə daxil oldu.(2) Və Kufə şəhərinə gedənə qədər öz moizə və çıxışları ilə Məkkə camaatını və bu şəhərə gələn hacıları İslam qanunlarını dirçəltməyə dəvət etdi.
İmam Hüseyn (ə) hicrətin 60-cı ili Zilhiccə ayının səkkizi Məkkə şəhərini tərk edib Kufəyə tərəf yola düşdü.(3) Və hamının zehnində belə bir sual qaldı ki, nəyə görə İmam Hüseyn (ə) həcc əməlini yerinə yetirməyə bir gün qalmış Məkkə şəhərini tərk etdi? Bu sualın cavabını isə belə açıqlayırıq:
1- İmam (ə) Məkkə şəhərində qan tökülməsini istəmirdi:
İmam Hüseynin (ə) bəzi söhbətlərindən məlum olur ki, o Həzrət dövlət muzdurlarının onu qətlə yetirmək
səh:28
1- [1] . «V ə q ə tüt-T ə f», s ə h. 103.
2- [2] . H ə min m ə nb ə , s ə h. 88.
3- [3] . H ə min m ə nb ə , s ə h. 88.
istəmələrindən xəbərdar idi və İmam (ə) heç bir halda bu şəhərdə qan tökülməsini istəmirdi. İmam (ə) Məkkə şəhərinin İslam aləmində müqəddəs və əmniyyətli məkan olduğu üçün öz şəhadətinin də bu şəhərdən kənarda olmasını arzulayırdı. Necə ki, İmam Hüseyn (ə) İbni Abbasla söhbətində belə buyurur: «Mən istəyirəm ki, məni Məkkədə yox başqa şəhərdə şəhadətə yetirsinlər və mən belə bir şəhadəti arzulayıram.»(1)
Həmçinin O, Abdullah ibn Zubeyrə buyurdu: «And olsun Allaha ki, mənim üçün hər bir məkanda qanımın tökülməsi Məkkə şəhərində şəhid olmaqdan daha sevimlidir.»(2)
Məlumdur ki, İmam Hüseynin (ə) Məkkə şəhərində və ya Kərbəla çölündə şəhadətə yetişməsinin o Həzrətin dini vəzifəsini yerinə yetirməsində və mənəvi məqamında heç bir rolu yox idi. O Cənabın Məkkə şəhərinə bu qədər diqqət göstərməsi İslam dəyərlərinin qorunub saxlanması üçün olmuşdur. Baxmayaraq ki, bu mənfur işi zalım cinəyətkarlar həyata keçirəcəkdirlər.
2- İmam (ə) həcc zəvvarlarını heyrətləndirmək istədi:
Bildiyimiz kimi həcc ziyarəti İslam dininin ən çətin, eyni zamanda böyük əhəmiyyət daşıyan mədəni, ictimai və siyasi ibadəti sayılır. Kəbə evi tarix boyu insanların Allaha yaxınlaşma məkanı olmuşdur. Hətta İslamdan qabaqkı dinlər də bu evin Allaha məxsus olduğunu söyləmişdilər. İslam dini gəldikdən sonra isə həcc ziyarətinə xüsusi əhəmiyyət vermiş və imkanı olan surətdə həcc əməlini tərk edən müsəlmanı kafir saymışdır. Elə bu inanc əsasında müsəlmanlar əsirlər boyudur ki, dünyanın hər hansı bir güşəsində olmalarına baxmayaraq öz ölkə və şəhərlərindən Kəbə evinin ziyarətinə
səh:29
1- [1] . İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 159.
2- [2] . «V ə q ə tüt-T ə f” s ə h. 152.
gəlir və həcc əməlini yerinə yetirməklə öz bəndəçiliklərini Tanrı qarşısında nümayiş edirlər.
Əhli-beyt İmamları (ə) da bu ziyarətə xüsusi əhəmiyyət vermiş və heç bir zaman həcc əməllərini yerinə yetirməyin mənəvi ləzzətindən doymamışlar. Məxsusən, İmam Hüseynin (ə) bu əməlləri yerinə yetirməyə olan məhəbbəti müsəlmanların arasında məşhur olmuşdu. Hətta tarixçilərin yazdığına əsasən o Həzrət həcc səfərinə daha çox savab qazanmaq üçün iyirmi beş dəfə piyada getmişdir.(1) Lakin İmamın (ə) həccə bu qədər eşq bəsləməsinə baxmayaraq, o Həzrət həcc əməllərinin başladığı vaxtda Kəbə evini tərk edib Kufəyə tərəf yola düşdü və bu işi ilə bütün zəvvarları heyrətdə qoydu. Allahın evinin ziyarətinə gələnlərin hamısı soruşurdular: «Nə üçün İmam Hüseyn (ə) bu qədər həcc əməllərini sevən halda onu tamamlamadan Məkkə şəhərini tərk etdi? Görəsən İmam Hüseyn (ə) Yezidlə beyət etmədiyinə görə dövlət muzdurlarının o Həzrəti terror edəcəklərindən xəbərdar olduğu üçünmü həcc əməllərini yarımçıq qoydu? Axı necə ola bilər ki, Peyğəmbər balası Kəbə evində terrora məruz qalmasından amanda deyil? Bu necə İslam hakimiyyətidir ki, bu ölkədə nə Allahın evinin hörməti qorunur, nə də onun Peyğəmbərinin?» Və bu kimi suallar zəvvarların dilində gəzirdi. Bu da Yezidin qəsb etdiyi dövlətin hələ başlanğıcdan xalq tərəfindən xətərə düşməsi demək idi.
Beləliklə, İmam Hüseynin (ə) Məkkə şəhərini tərk etməsinin səbəbi ilk növbədə müqəddəs şəhərdə qan tökülməsinə mane olaraq, Tanrı evinin hörmətini qorumaq olmuşdur. Lakin onun həcc mövsümündə belə addım atması bu məsələni xalqa çatdırmaq və Yezidin hökümətinin terrorist olmasını onlara bildirmək üçün idi.
səh:30
1- [1] . İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 335.
Dostları ilə paylaş: |