Əbu Qəbil deyir: “İmam Hüseyn (ələyhissalam) şəhadətə çatandan sonra günəş tutuldu. Yer üzünü qaranlıq bürüdü və göydəki ulduzlar belə görünməyə başladı. Bu hadisədən qorxduq və elə bildik ki, Qiyamət başlayır.”3
Tarixdə deyilir: “İmam Hüseyn (ələyhissalam) şəhadətə çatdıqda günəşin üzü tutuldu və ulduzlar görünməyə başladı.”4
Xələf ibni Xəlifə atasından nəql edir: “İmam Hüseyn (ələyhissalam) şəhid olduqdan sonra göyün üzü o qədər qaraldı səmada olan ulduzlar belə göründü. Hətta göydən qırmızı torpaq yağmağa başladı.”5
Dostları ilə paylaş: |