İkincisi isə Sə’d ibn Məazın münsif (vasitəçi) olmasıdır. Peyğəmbər (səlləllahu əleyhi və alih) onu özü ilə (müsəlmanlarla) Bəni-Qüreyzə tayfası arasında münsif tə’yin etdi o da Allahın hökmü əsasında hökm verdi.” İmam Baqir (əleyhissəlam) daha sonra əlavə edib buyurdu: “Bilmirsiniz ki Həzrət Əli (əleyhissəlam) münsiflər seçilməsini bu şərtlə qəbul etdi ki onlar Qur’an hökmünə əsasən hökm verib Qur’an hökmlərindən kənara çıxmasınlar? Üstəlik Əli (əleyhissəlam) şərt kəsdi ki əgər münsiflər Qur’an hökmünün əksinə hökm versələr bu hökm qəbul olunmayacaq. Camaat Əli əleyhissəlama deyəndə ki seçdiyin münsif sənin əleyhinə hökm verib buyurur: “Mən onu yox Allahın kitabını (Qur’anı) münsif seçmişdim. Necə olur ki xaricilər (dindən çıxmışlar) Qur’anın münsifliyini və Qur’anın əksinə verilən hökmün qəbul olunmadığını azğınlıq sayırlar ancaq öz bid’ət və böhtanlarını azğınlıq hesab etmirlər?” Nafis ibn Əzrəq bu sözləri eşitcək dedi: “And olsun Allaha ki bu sözləri nə eşitmişdim nə də fikrimə gəlmişdi haqq elə budur. İnşaallah.”65
1 “Üsuli-kafi”, c. 1, sәh. 469; “İrşad”, Şeyx Müfid, sәh. 262; “E`lamül Vәra”, Tәbәrsi, sәh. 264.
2 Hәmin mәnbәlәr.
3 Əl-İrşad, sәh.261.
4 Bu iki nәfәr Peyğәmbәr (sәllәllahu әleyhi vә alih) şәxsәn görmәmiş lakin Peyğәmbәr (sәllәllahu әleyhi vә alih) sәhabәlәrini görmüşdülәr. Yә᾽ni tabeinlәrdәn idilәr.