Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


ANA BÜTÜN VÜCUDU İLƏ UŞAQIN XİDMƏTİNDƏ



Yüklə 21,47 Mb.
səhifə45/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   41   42   43   44   45   46   47   48   ...   111

ANA BÜTÜN VÜCUDU İLƏ UŞAQIN XİDMƏTİNDƏ


Uşaqın dünyaya gəlməsi anından ananın bütün vaxtı uşaqa xidmətdə keçir. Ananın bir an uşaqdan qafil olması bə`zən onun aradan getməsi ilə bərabərdir. Ananın gecə-gündüz uşaqı gözləməsi onun aramlıq və istirahətini əlindən alır. Amma, ananın təbiətinə və mehribançılığına uyğun olaraq bütün bu zəhmətləri və əziyyətləri bal kimi bilir.

İmam Səccad (əleyhissalam) bu mövzunu, "o bu ə xoşhaldır" ifadəsi ilə bəyan edir.


ANA MƏHƏBBƏTİ


Məhəbbət, insanın mühüm ehtiyaclarından biridir ki, onun dünyaya gəlməsi ilə tələb olunur. Demək olar ki, insanın yeməyə və suya ehtiyacından sonra məhəbbətə ehtiyacı vardır.

Psixoloqlar, bu xüsusiyyəti insanın ən güclü ruhiyyəsindən sayırlar. Məhəbbət, insana təkcə uşaq vaxtı deyil, bəlkə də bütün ömrü boyu müxtəlif şəkildə bu hissə ehtiyac duyur.

Uşaqlarda elə mehriban tələblik və xüsusiləşmə hissləri görürük ki, əgər azca ondan azaltsaq, ata-anasına naz edib küsürlər. Əgər bu məhəbbətdən başqa uşaqa göstərilməsini görsə, həsədlik edər. Böyük yaşda qadınların, “günü" gəlməsindən xoşları gəlmir. Cavanlarda müşahidə olunur ki, qəlbləri açmaq və ya ram etmək istəyirlər.

Bə`zi psixoloqlar mö`təqiddirlər ki, uşaqların məhəbbətə xüsusi ehtiyacları vardır. Bu ehtiyaclar ananın bədəninin hərarəti və ya ananın uşaqı qucağına alması və ya oxşaması ilə aradan gedir. Əgər uşaqın bu ehtiyacı ödənilməsə, onun ruhunda çox pis tə`sir qoyur. Məşhur insanşünaslardan biri bu e`tiqadın tə`siri altına düşüb məclislərin birində belə deyir:

“Körpə doğulduqdan sonra anasının yanında yatmalıdır və onu yataqxanaya göndərmək lazım deyildir. Çünki, əgər uşaqı bu anda anasından ayırsaq, onun ananın istilik və hərarətinə olan ehtiyacı ödənilməmiş olar. Hətta, bə`zi pisxoloqlar bu əqidədədirlər ki, əgər, ana hər hansı müşkülə görə uşaqın yanında yata bilməsə, onun yerinə uşaqa nəvaziş etməkdən ötrü başqa anadan da istifadə etmək olar. Ona görə də yetimləri pərvəriş etmək üçün xüsusi mərkəzlərə ehtiyac var.1

MƏGƏR UŞAQ ANANIN HƏRARƏTİ OLMAMASINI DƏRK EDİRMİ?


Uşaq özünün həyatının bu dövründə söz danışa bilməz. Ona görə də, bu sualın cavabı hələlik cavabsız qalır. Amma bu suala cavab tapmaqdan ötrü bir neçə təcrübə keçirildi. Bu təcrübədə bir neçə meymuna texniki bir ana verildi. Bu təcrübələrdə meymunun balaları, maşın anaya qarşı uşaqlara məxsus bütün ehtiyac və hərəkətlərini nişan verdilər. Meymunun anasının yerinə qəbul etdiyi ən münasib canişin, qırıq ağac budağının başına dolanmış paçanı və aşağı qismətləri bükülmüş gəlincik olur.

Həmçinin, bu canişin ana, başqa bir canişin maşın anadan ki, isti süd verir, lakin, meymun balası onun qucağında otura bilməməsinə görə, ondan daha tə`sirli olur. Bu təcrübələrdə müşahidə olunur ki, meymun balasında ruhu narahatçılıq baş verdikdə, canişin anaya tərəf qaçır və onu qucağına alır. Bu təcrübədən belə nəticə almaq olar ki, meymun balalarının ananın bədəni ilə əlaqəyə ehtiyacları vardır.1


ANANIN FƏDAKARLIĞI


Ana övladının vücudunu öz vücudundan üstün bilir. Bə`ziləri özlərini övladına fəda edir. Öz gözünə tikan batmasına dözür, amma uşaqının naləsinə dözmür. İmam Səccad (əleyhissalam) buyurur: "Ana, suyu övladına verib, özü isə susuz qalır. Özünə lazımı libas almasa da, onu uşaqına alır.”

Ana uşaqına qarşı iki növ məhəbbət bəsləyir. Birinci: Hissi məhəbbət. İkinci: Əqli məhəbbət. Hissi məhəbbət, bu vaxta kimi söhbət etdiklərimizdir.

Amma əqli məhəbbət odur ki, uşaqı xəstələndiyi vaxt həkimə müraciət edir. Onu cərrah həkimin ixtiyarında qoyur ki, qarnını yarsın və bağırsağını götürsün. Anası onun vəziyyətinə ağlayaraq dözsə də bu işə razılıq verir. Əgər ondan soruşsaq ki, nəyə görə uşaqını həkimin ixtiyarında qoymusan? Cavab verir: Çünki, onu sağlam görmək istəyirəm. Az zərərə, mənfəətdən ötrü dözmək və övladı sağlam görmək daha məntiqlidir.

BEHİŞT ANANIN QƏDƏMLƏRİ ALTINDADIR


Ananın məqam və mərtəbəsi o qədər yüksəkdir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Behiştə getməyin yolunu ananın ayaqları altında və ona xidmət etməkdə görür. Necə ki, başqa yerdə, Behiştə getməyin şərtini Allah yolunda cihad edənlərin şəmşirlərinin kölgəsində tanıtdırır. İndi də İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) ananın haqqı, ehtiramı və məqamı barəsindəki söylədiklərinə işarə edək:

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: nnət anaların qədəmləri altındadır.1

Həzrət Musa (əleyhissalam) üç dəfə Allah dərgahına tövsiyə olunmasını ərz edir: Allah-taala, hər dəfə onu Öz pak zatına tövsiyə edir. Sonra yenə də tövsiyə olunmasını istəyir. Allah ona iki dəfə anasını, üçüncü dəfə isə atasını tövsiyə edir

Bir nəfər, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlib ərz edir: Ya Rəsuləllah! Kimə yaxşılıq edim? Buyurur: Anana! Ərz edir: Daha kimə? Buyurur: Anana! Yenə ərz edir: Daha kimə? Buyurur: Anana! Dördün dəfə buyurur: Atana yaxşılıq et!

Yuxarıdakı iki rəvayətdən bir sualın cavabı aydın olur. O da budur ki, ananın haqqı çoxdur yoxsa, atanın? Cavab budur ki, ananın haqqı atadan üç dəfə çoxdur. Bəli! Anaın üç dövrdə, hamiləlik, süd vermək və övlad böyütmək dövrlərində xüsusi rolu vardır. Doğrudur ki, ata, uşaqın və ananın xərcində mühüm rol oynayır, ailəni idarə edir, yemək, libas, və bütün ehtiyacları tə`min edir amma, bütün bunlar övladı anaya təhvil verməklədir. O da bir anda baş verir. O, anadır ki, bütün vücudu ilə övladını böyütməlidir.


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin