وَأَمّا حَقُّ أَخِيكَ فَتَعْلَمَ أَنّهُ يَدُكَ الَّتِي تَبسُطُهَا، وَظَهْرُكَ الَّذِي تَلْتَجِئُ إلَيهِ، وَعِزُّكَ الَّذِي تَعْتَمِدُ عَلَيهِ، وَقُوَّتُكَ الَّتِي تَصُولُ بهَا، فَلا تَتَّخِذْهُ سِلاحًا علَى مَعصيةِ اللَّهِ ولا عُدَّةً لِلظُّلْمِ بحَقِّ اللَّهِ، ولا تَدَعْ نُصْرتَهُ عَلَى نفْسِهِ وَمَعُونتِهِ عَلَى عَدُوِّهِ وَالْحَوْلَ بَيْنَهُ وبَيْنَ شَيَاطينهِ وتَأْديَةِ النَّصِيحَةِ إلَيهِ والإقبَالِ عَلَيْهِ فِي اللَّهِ فَإنْ انقَادَ لِرَبهِ وَأَحْسَنَ الإجَابَةَ لَهُ وَإلاّ فَلْيَكُنِ اللهُ آثرَ عِنْدَكَ وَأَكْرَمَ عَلَيْكَ مِنْهُ
"Qardaşının haqqı barəsində onu bilməlisən ki, o sənin əlindir və onunla iş görürsən. Arxa və dayağındır. Ona pənah aparırsan. E`timad etdiyin qüvvəndir. O, hücuma keçdiyin qüvvəndir.
Allaha qarşı günah etdikdə ondan silah ünvanı kimi istifadə etmə. Ondan Allahın yaratdıqlarına qarşı zülm atəşi kimi istifadə etmə. Özünə görə dost ol. Düşməninə görə ona kömək ol. Şeytandan xilas olmaqdan ötrü ona kömək edib, azda olsa haqqını yerinə yetir. Allaha xatir ona tərəf get. Əgər Allaha itaət etsə, Onu yaxşı qəbul etsə, lap yaxşı. Yoxsa, Allah sənin üçün müqəddəm və daha hörmətli olsun!"
İmam Səccad (əleyhissalam) qardaşın haqqı barəsində üç mətləbə işarə edir:
Birinci: Qardaş bir əl kimi həmişə insanın güc və qüdrətinə səbəb olur. Bu güc və qüdrəti, günah silahı qərar vermə.
İkinci: Özünə kömək, düşmənlərinə qarşı ona arxa ol.
Üçüncü: Onu Şeytanın yolundan azad edib, Allahına tərəf qaytar. Əgər qəbul etməsə, Allahın əmr və göstərişni ona başa sal.
İSLAMDA QARDAŞLIQ BÖLÜMÜ
Qardaşlıq məsələsi, İslam və Qur`anın mühüm məsələlərindən biri olub iki qismə bölünür: Birinci: Əsl qardaş, ata-anadan bir olub, bir–birinə ən yaxın insani bağlılıqda olan qardaşlar. Bu bağlılıq, onların bir-birindən irs aparmasına səbəb olur. İrs aparmaqda ikinci təbəqələrdə olub, xüsusi hökmləri vardır. İkinci: İman qardaşları. Əslində, bu qardaşlıq bütün müsəlmanları bir-birinə bağlayır və dünyada müsəlmanların vəhdətinə səbəb olur.
"Əx" sözü ərəbcə lüğətdə, qardaş, rəfiq, və yoldaş mə`nasındadır. Sözün kökü "əxəvudur". Əslində, o şəxsə deyilir ki, ata-ana da və ya onların birində başqası ilə şərik olsun. "Müfrədat" lüğət kitabında süd qardaşı da, bu mə`nadan hesab edir. "Əx" kəlməsinin ərəbcə istifadəsi, "əb"və "Ümm" kimi çoxdur. "Müfrədat" kitabında sözün əsl mə`nasını zikr etdikdən sonra yazır: Hər kim başqası ilə, qəlbdə, dində, sənətdə, alverdə, dostluqda və başqa şeylərdə şərik olsa, ərəb ona "əx" deyir. Qur`ani kərimdə, bu söz həm əsl mə`nasında, həm də məcazi mə`nada işlənmişdir.
Fərid Vəcdi, "Dairətul Maarif" kitabında yazır: "İxvan" sözü "əx" sözünün cəm şəkli olub, rəfiq mə`nasındadır. Əgər "əx"həqiqi qardaş mə`nasında olsa, cəm şəkli "ixvətun" şəklində gələr. Lakin, Fərid Vəcdinin dediyinin əksinə olaraq Qur`anda Nur surəsində "İxvanihinnə" sözü, həqiqi qardaş mə`nasında işlənmişdir.
Qur`andan istifadə etməklə demək olar ki, "İxvət" və "İxvan" sözlərinin mə`nasının fərqi burdadır ki, "İxvan" sözü, istər həqiqi, istərsə də qeyri-həqiqi qardaşlar mə`nasında işlədilir. "İxvə" sözü isə yalnız, həqiqi qardaşlar mə`nasında işlədilir. Məsələn: Yusif surəsində oxuyuruq: "Öz yuxunu qardaşlarına nəql etmə"! Nisa surəsində gəlib: "Həqiqətən, mö`minlər qardaşdırlar". Qur`an və rəvayətlərdə, mö`minləri həqiqi qardaş bilirlər.
İSLAMİ QARDAŞLIĞIN ƏHƏMİYYƏTİ
Qur`ani-Kərim buyurur: "Mö`minlər bir–birləri ilə qardaşdırlar. Bəs qardaşlarınız arasında sülh bərqərar edin və Allahın rəhmətini qazanmaqdan ötürü təqvalı olun!"1
Bu ayə, İslam dininin ən geniş və tə`sirli şüarlarından birini bəyan edir. Müsəlman insanların bağlılığı o qədər üstündür ki, onlar bir-birləri ilə qardaş hesab olunurlar. Əslində, İslam dini bütün müsəlmanları bir ailə kimi bilir və bu məsələ, həcc mərasimində daha çox hiss olunur. Biri şərqdən, digəri qərbdən gəlsə də, hamı bir-birinə qardaş kimi baxırlar. Bu da, Qur`anın bəyanıdır. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) sözlərinə diqqət etdikdə belə oxuyuruq: 2
"Müsəlman müsəlmanın qardaşıdır. Heç vaxt ona zülm etməz. Ondan köməyini əsirgəməz və onu hadisələr bərabərində tək qoymaz." Başqa hədisdə Həzrət buyurur:
"İki dini qardaş, bir–birinin əlini yuyan iki əl kimidir1
Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) müsəlman qardaşları iki əl kimi fərz edir. Yə`ni, bütün müsəlmanlar bir bədən olub, fərdlari də əllərdir.
Dostları ilə paylaş: |