İmmunologiya


) Proiltihab sitokinlərinə hansı aiddir?



Yüklə 0,87 Mb.
səhifə322/322
tarix01.01.2022
ölçüsü0,87 Mb.
#102995
1   ...   314   315   316   317   318   319   320   321   322
988) Proiltihab sitokinlərinə hansı aiddir?
A) İL-2

B) İL-8


C) İL-1

D) İL-3


E) İL-4
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il, səh.93
989) Th1-hüceyrə nədən müdafiəni təmin edir?
A) Hüceyrədaxili patogenlərdən

B) Selikli qişa hüceyrələri ilə əlaqəsi olan patogenlərdən

C) Hüceyrəxarici patogenlərdən

D) Bütün patogenlərdən

E) Heç bir patogendən
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.84
990) X-ilişikli aqammaqlobulinemiya zamanı hansını təyin etmək məqsədəuyğundur?
A) Sümük iliyi preparatlarını

B) Sadalananların heç birini

C) Timik hormonları

D) Sadalananların hamısını

E) Antibiotikləri, immunoqlobulinləri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.135
991) Hansı xəstəlikdə IgE yüksək miqdarda olur?
A) Sadalananların hamısında

B) Job xəstəliyi

C) Bruton xəstəliyi

D) Di-Corci sindromu

E) Xroniki qranulematoz xəstəliyi
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.179
992) Faqositozun defekti necə xarakterizə olur?
A) Bakterial, göbələk infeksiyaları ilə

B) Sadalananların hamısı

C) Virus infeksiyası ilə

D) Sadalananların heç biri

E) Parazitar infeksiya ilə
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.143
993) Komplement sisteminin defisitinin kliniki təzahürünə hansı aiddir?
A) Limfoproliferativ sindrom

B) Allergik sindrom

C) Yalnız autoimmun sindrom

D) Autoimmun sindrom ; infeksion sindrom

E) Yalnız infeksion sindrom
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г, стр.144
994) Atopik dermatitin differensial diaqnozu hansı xəstəliyin olmadığını nəzərdə tutur?
A) Övrə

B) Dermatofiliya və övrə

C) Allergik kontakt dermatit və övrə

D) Seboreya dermatiti və övrə

E) Seboreya dermatiti; allergik kontakt dermatit; dermatofitiya
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.186
995) Dəridaxili sınaq nə zaman orta dərəcədə müsbət hesab olunur?
A) Hiperemiya ilə əhatə olunan 9-15mm diametrində suluğun əmələ gəlməsi zamanı

B) Kontrolda olan ölçüdədəki kimi reaksiya zamanı

C) Hiperemiya , 16-20 mm diametrində suluğun əmələ gəlməsi zamanı

D) Hiperemiya, 20 mm diametrində suluğun əmələ gəlməsi zamanı

E) Hiperemiya, 4-8 mm diametrində suluğun əmələ gəlməsi zamanı
Ədəbiyyat: Г.Н. Дранник.«Клиническая иммунология и аллергология» 2003 г., стр.420
996) Anadangəlmə immunitetin hüceyrə aktivasiyası hansı reseptorların iştirakı ilə baş verir?
A) İmmunoqlobulin

B) Toll-bənzər reseptorlarla( TLR- Toll-Like Receptor)

C) Sadalananların hamısı

D) T-hüceyrələrin reseptorları(TCR- T-cell receptor)

E) Sadalananların heç biri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.36
997) İkinci nəsil H1-blokatorların üstünlüyü nədədir?
A) Sadalananların hamısında

B) Digər tip reseptorlarla blokadası

C) Hematoensefalitik baryerdən keçməsi

D) Yüksək spesifiklik və H1-reseptorlarına çox oxşarlığı; tez təsir etməsi



E) Qısamüddətli təsir etməsi
Ədəbiyyat: Е.И. Соколов. «Клиническая иммунология», 1998г., стр.207
Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   322




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin