İnsan Resursları və Riayət Olunma Standartı



Yüklə 195,77 Kb.
Pdf görüntüsü
səhifə21/23
tarix13.01.2023
ölçüsü195,77 Kb.
#122200
1   ...   15   16   17   18   19   20   21   22   23
insan resurslari ve riayet olunma standarti

Maraqların toqquşması – şəxsi maraqların bank, müştəri və ya əlaqəli tərəflərin 
maraqları ilə toqquşması; bankı kənar biznes məqsədləri üçün təqdim etmək
bankın əlaqələrindən istifadə edərək, bankın, onun müştərisinin və ya filialının 
hesabına öz şəxsi biznesini inkişaf etdirmək;

Hədiyyələrin verilib və alınması – biznes fəaliyyətini artırmaq və ya ona təsir 
etmək üçün istənilən şəxsə/təşkilata rüşvət və ya başqa oxşar haqq verilməsi
biznes fəaliyyətinə təsir etmək üçün hədiyyələrdən, pul mükafatlarından və artıq 
dərəcədə əylənmələrdən çəkinmək;

Məxfilik – banka, müştəriyə və ya əlaqəli tərəfə məxsus məxfi və bizneslə əlaqəsi 
olan məlumatları saxlanılmaq, qiymətli kağızların alınıb-satılması ilə əlaqədar 
insayder məlumatını istifadə etməmək; 

Bərabər imkanlar – diskriminasiya yol verməmək və başqalarının işlərində 
onlara hörmət bəsləmək və məsuliyyətli olmaq;

Siyasi fəaliyyət – bankın etika məcəlləsinə zidd olan (yəni maraqların 
toqquşmasına səbəb olan) siyasi tədbirlərə cəlb olunmamaq.
Etik Davranış Məcəlləsi İdarə Heyəti tərəfindən tərtib edilir və Müşahidə Şurası 
tərəfindən təsdiq edilir.
Bəzən Etik Davranış Məcəlləsinin bütün və ya bəzi müddəaları bankın işçilər 
üzrə Təlimat Kitabçasına daxil olunur.
7.3.
Peşəkar Davranış Məcəlləsi
 
 
Bir çox banklar eyni zamanda İR bölməsinin işçiləri üçün ətraflı Peşəkar Davranış 
Məcəlləsinə malik olurlar. Peşəkar Davranış Məcəlləsi, bank daxilində İR işçiləri üçün 
əsas prinsipləri və davranış dəyərlərini müəyyən edir. Peşəkar Davranış Məcəlləsində 
işçilərin aşağıdakı davranış qaydalarına əməl etməsi tələb olunur:

Dəqiqlik – İR bölməsinin işçiləri işə götürənlərə və işçilərə olduqca dəqiq 
məlumatlar və məsləhətlər verməlidirlər;

Məxfilik – İR bölməsinin işçiləri bankın məxfilik tələblərinə hörmət etməli və 
bütün işçilər haqqında məlumatların (o cümlədən hazırkı, keçmiş və gələcək 
işçilər haqqında məlumatlar) məxfi saxlanılmasını təmin etməlidirlər;

Məsləhət verilməsi – Lazımi səriştəyə malik olan İR bölməsinin işçiləri bankın 
işçiləri üçün məsləhətçi olmalıdırlar;

Digər işçilərin hazırlanması – İR bölməsinin işçiləri öz-özünü inkişaf etdirməni 
genişləndirməli və bankın cari və gələcək ehtiyaclarını yerinə yetirən işçilərin tam 
inkişafına xidmət etməlidirlər;

Bərabər imkanlar – İR bölməsinin işçiləri düzgün, bərabər hüquqlu iş təcrübəsinin 
yaradılmasına köməklik göstərməlidirlər;

Düzgün davranış – İR bölməsinin işçiləri işçilərlə davranarkən ədalətli, mütərəqqi 
və nəzakətli davranış qaydalarından istifadə etməlidirlər;
20



Yüklə 195,77 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin