İnzibati idarəetmə kafedrası Azərbaycan Respublikasının Dövlət Xidməti və Yerli Özünü İdarəetmə fənnindən test sualları. (500 sual)



Yüklə 0,75 Mb.
səhifə5/9
tarix07.06.2018
ölçüsü0,75 Mb.
#53008
1   2   3   4   5   6   7   8   9

239. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu bütün hallarda kimlər üçün vicdanlılıq nümunəsi olmalıdır?

A) hər bir şəxs üçün;

B)ancaq qohumları və dostları üçün;

C) digər dövlət qulluqçuları üçün;

D) heç kəs üçün.

E)tabeçiliyində olanlar üçün



240.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu hansı hərəkətləri ilə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir?

A) etik davranışı və öz peşəkar fəaliyyəti ilə;

B) şəxsi münasibətləri ilə;

C)əmək nizam intizamı ilə;

D)yaradıcılıq və təşəbbüskarlıq cəhdləri ilə.

E)biliyi ilə



241.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrindən, çıxışlarından və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməsi qaydası hansı fəaliyyətlərinə şamil olunmur?

A) dövlət qulluqçusunun elmi-pedoqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına;

B) öz ailəsi ilə istirahətə yollandığı zaman göstərdiyi fəaliyyətinə;

C) xarici ezamiyyətlərdə olduğu zaman göstərdiyi fəaliyətinə;

D) bu hal qanunda nəzərdə tutulmamışdır.

E)variantların heç birinə



242.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilərmi?

A) edə bilər;

B) edə bilməz;

C) təkrar etirazdan sonra edə bilər;

D) qanunda bu hal nəzərdə tutulmayıb.

E) bələdiyyənin icazəsi ilə edə bilər



243.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı doğru deyil?

A) Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borclu deyildir:

B) Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir;

C) dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

D)hər bir dövlət qulluqçusunun bütün normativ-hüquqi aktları bilməsi zəruri deyil.

E)Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur



244.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı doğru deyil?

A) dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməyə borclu deyildir;

B) dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır;

C) qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz;

D) qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusuu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

E) dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməyə borcludur



245.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri maddi nemətləri, imtiyazları və ya güzəştləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına hansı sənədə əsasən təhvil verilməlidir?

A) akta:


B) əmrə;

C) protokola;

D) heç bir sənəd tələb olunmur.

E)ərizəyə



246.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilərmi?

A) ola bilməz:

B) bu hal qanunda nəzərdə tutulmayıb;

C) ola bilər;

D) dövlət orqanının rəhbərinin icazəsi ilə ola bilər;

E) Bələdiyyənin istəyi ilə ola bilər



247. Qonaqpərvərliklə bağlı və dəyəri hansı qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin qəbul edilməsinə icazə verilir?

A) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;

B) “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;

C) “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;

D) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;

E) hər bir halda icazə verilir



248. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasənaşağıdakılardan hansı doğru deyil?

A) dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilər.

B) dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur;

C) dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə dövlət orqanının rəhbərinə məlumat verməlidir;

D) dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir;

E) dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz.



249.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasəndövlət qulluqçusuna dövlət əmlakından, maliyə vasitələrindən, rabitə, komputer və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından hansı məqsədlər üçün istifadə etməsi qadağan deyildir?

A) xidməti vəzifələrinin icrası ilə əlaqədar;

B) xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün;

C) şəxsi maraqları naminə;

D) ictimai birliklərin fəaliyyətinə kömək məqsədilə.

E) qanunda bu nəzərdə tutulmamışdır



250.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları hansı məqsədlər üçün istifadə edə bilməz?

A) şəxsi maraqları;

B) dövlət orqanının maraqları;

C) vəzifə maraqları;

D) dövlətin maraqları.

E) xarici maraqlar



251.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasənetik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməsi kim tərəfindən həyata keçirilir?

A) dövlət orqanının rəhbəri;

B) yuxarı təşkilatın rəhbəri;

C) belə tədbir nəzərdə tutulmayıb;

D)hüquq-mühafizə orqanları.

E)məhkəmə orqanları



252.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qonaqpərvərlik niyyəti ilə qəbul edilən hədiyyələrin qəbul edilməsi miqdarı hansı normativ hüquqi aktla müəyyənləşdirilmişdir?

A) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;

B) “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;

C) “Dövlət qulluğu haqqında”;

D) Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi ilə.

E)”Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə



253.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nəzarət orqanının səlahiyyətlərinə aid deyil?

A) dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmaların nəticələrinə uyğun olaraq onlar barəsində inzibati tədbirlər görür.

B) dövlət qulluqçularından və digər şəxslərdən bu qanunun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;

C) daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir;

D) bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;

E) dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmaların nəticələrinə uyğun olaraq onlar barəsində inzibati tədbirlər görmür



254.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hansı hallarda intizam icraatına başlanıla bilməz?

A) dövlət qulluqçusunun haqqında anonim müraciət daxil olarsa;

B) kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi;

C) etik davranış qaydaları haqqında qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

D) heç bir halda.

E) dövlət qulluqçusunun haqqında anonim müraciət daxil olmazsa;



255.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasənintizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə hansı təşkilata məlumat verməlidir?

A)Cinayət təqibi orqanına.

B)Azərbaycan Respublikasının Dövlət Qulluğu idarəetmə Şurası;

C) Azərbaycan Respublikasının Prezident Administrasiyasına;

D) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə;

E)AR Ali Məhkəməsinə



256“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu nə vaxt qüvvəyə minib?

A) 31 may 2007-ci il;

B)27 fevral 2005-ci il;

C) 19 yanvar 2002-ci il;

D) 14 iyun 2009-cu il.

E) 24 avqust 2013



257.Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu hansı məqsədi daşıyır?

A) Dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşııyır.

B)Etik davranış qaydalarının qorunması və şəffaflığın yaradılması məqsədini daşıyır;

C) Dövlət qulluğunu reqlament qaydalarının qorunması məqsədini daşıyır;

D) Dövlət qulluğu haqqında qanunvericiliyin pozulması zamanı nəzərdə tutulan hüquqpozmalara görə məsuliyyət tədbirlərinin müəyyən edilməsi məqsədini daşıyır.

E) Dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, Dövlət qulluğunu reqlament qaydalarının qorunması məqsədini daşıyır;



258. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiya anlayışı hansı bənddə tam və düzgün göstərilmişdir?

A) vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır;

B) vəzifəli şəxslərin öz qulluq funksiyalarını lazımınca bilməməsi və yerinə yetirməməsi;

C) vətəndaşların öz hüquq və vəzifələrinin vaxtında və dəqiq icra edə bilməməsi.

D)vəzifəli şəxslərin vəzifə maaşlarından əlavə olaraq hər hansı gəlir əldə etməsi.

E) vəzifəli şəxslərin əlavə olaraq hər hansı gəlir əldə etməsi



259.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı şəxslərdən hansılar korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri deyil?

A) yardımçı vəzifə tutan dövlət qulluqçuları.

B) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;

C)inzibati vəzifə tutan dövlət qulluqçuları;

D) Azərbaycan RespublikasınınKorrupsiyaya və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;

E) yardımçı vəzifə tutmayan dövlət qulluqçuları



260.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı şəxslərdən hansılar korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri deyil?

A) öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmədən maddi və sair nemətlər, imtiyazlar və ya güzəşt əldə edən şəxslər.

B) yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati- təsərüffat funksiyalarını həyata keçirən şəxslər;

C)qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər.

D) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;

E) öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmədən maddi və sair nemətlər, imtiyazlar və ya güzəşt əldə etməyən şəxslər



261.Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən göstərilənlərdən hansı bu Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilmir?

A) vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və belə hərəkətlərə vasitəçilik etmiş şəxslər;

B) Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;

C) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;

D)Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər.

E)vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və belə hərəkətlərə vasitəçilik etməmiş şəxslər;



262.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanun tətbiq dairəsinə aid deyil?

A)16 yaşından yuxarı olmayan istənilən şəxslərə.

B) onun ərazisindən kənarda Azərbaycan Respublikasının vətəndaşları;

C) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi;

D) Azərbaycan Respublikasının ərazisində bütün fiziki (o cümlədən, əcnəbi və vətəndaşlığı olmayan şəxslər) və hüquqi şəxslər;

E) 16 yaşından yuxarı olan istənilən şəxslərə



263.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını hansı təşkilat həyata keçirir?

A) Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası;

B)Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi;

C)Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi;

D)Azərbaycan Respublikasının Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi;

E)AR Ədliyyə Nazirliyi



264.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Korrupsiyanın səlahiyyətləri hansı normativ aktla müəyyən edilir?

A)qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur;

B)təlimatla;

C)konstitusiya qanunu ilə;

D)konstitusiya ilə

E)Sərəncamla



265.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməməlidirlər?

A) vergitutma obyekti olan əmlakı barədə;

B) mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;

C) kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyə vasitələri barədə;

D) yaxın qohumlarının şirkətlərinin, fondlarının və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;

E) vergitutma obyekti olmayan əmlakı barədə



266.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəzifəli şəxslər şərti maliyyə vahidinin neçə misli miqdarından yuxarı olan borcu barədə məlumatları təqdim etməlidirlər?

A) beş min mislindən yuxarı olan borcu barədə.

B)iki min mislindən yuxarı olan borcu barədə;

C)on min mislindən yuxarı olan borcu barədə;

D) üç min mislindən yuxarı olan borcu barədə;

E) dörd min mislindən yuxarı olan borcu barədə;



267.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəzifəli şəxslər tərəfindən bu Qanunun 51-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmaması, yəni bu maddədə nəzərdə tutulmuş məlumatların üzrsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması həmin şəxslərin hansı məsuliyyətə cəlb olunmasına səbəb ola bilər?

A)intizam;

B)cinayət;

C)mülki;


D)inzibati.

E)mülki və inzibati



268.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaxın qohumların birgə işləməsinə yol verilməsi_______aşkar edildikdə bu vəziyyət hansı müddət ərzində aradan qaldırılmalıdır?

A) 30 gün

B) 20 gün;

C) 10 gün;

D) 2 ay.

E) 15 gün



269.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən hansı məbləğdən yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz?

A) ümumi məbləği əlli beş manatdan yuxarı olan;

B) ümumi məbləği iyirmi beş manatdan yuxarı olan;

C)ümumi məbləği əlli manatdan yuxarı olan;

D)ümumi məbləği on beş manatdan yuxarı olan;

E)ümumi məbləği iyirmi manatdan yuxarı olan



270.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda, bu məsələ barədə kimin rəyini öyrənməlidir?

A) birbaşa rəhbərinin;

B) yuxarı təşkilatın rəhbərinin;

C)dövlət orqanı rəhbərinin;

D)həmkarlarının.

E)məhkəmənin



271.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin hansı təşkilatına təhvil verilməlidir?

A) işlədiyi dövlət orqanına;

B) hüquq-mühafizə orqanlarına;

C)Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə Komissiyasına;

D)Azərbaycan Respublikasının Dövlət Qulluğu İdarəetmə Şurasına.

E)məhkəmə orqanlarına



272.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı korrupsiya hüquqpozmaları deyil?

A) statusundan, təmsil etdiyi orqanıın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtyazların və ya güzəştlərin əldə edilməsi məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək;

B) xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi;

C) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi;

D) vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədi ilə istifadə edilməsi.

273.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiya hüquqpozması deyil?

A) bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyə kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq.

B) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icrədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi;

C) müəyyən mükafat müqabilinə vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi;

D) vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqdar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi ;


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin