Intensiv inkişaf yolu ekstensiv inkişaf yolundan prinsipcə fərqlənir. Belə ki, intensiv inkişaf yolunda canlı və maddiləşmiş əmək məsrəflərinə qənaət olunur və o, birinci növbədə əmək məhsuldarlığının yüksəldilməsi hesabına təmin edilir. Ekstensiv və intensiv iqtisadi amillərdən paralel şəkildə istifadə olunsa da, konkret şəraitdən asılı olaraq bunlardan hər hansı birinə üstünlük verilə bilər.
Məlum olduğu kimi, iqtisadi artımın əsas amilləri əmək, torpaq və kapitaldır. Bunların hər biri də öz növbəsində müxtəlif amillərin toplusundan ibarətdir. Məsələn, ka-pital dedikdə, binalar, tikililər, maşınlar, avadanlıqlar, xam-mallar, yanacıq və s. nəzərdə tutulur. Ümummilli məhsula və onun quruluşunun dəyişməsinə təsirinin daim artdığı elmi-texniki tərəqqini də kapitala aid etmək olar. Cəmiyyətin ümumi tələbinin artması da iqtisadi amillərə aid edilə bilər. Çünki o, istər kəmiyyət, istərsə də quruluş və keyfiyyət baxımından iqtisadi artımın «hərəkətverici qüvvəsi»dir. Ümumi tələb istisna olmaqla bunların hamısı təklif amilləridir.
Cəmiyyətin sosial-iqtisadi inkişafından asılı olaraq ehtiyatlardan hər biri dəyişir, onlar iqtisadi artıma təsir gös-tərməkdə müxtəlif vəzifələri yerinə yetirir və bu zaman həm natural, həm də dəyər göstəricilərindən istifadə edilir.
Dostları ilə paylaş: |