Иран Ислам Республикасынын


Möhr kərdənü dəhanəş duxtənd”



Yüklə 353 Kb.
səhifə2/7
tarix10.01.2022
ölçüsü353 Kb.
#107937
1   2   3   4   5   6   7
Möhr kərdənü dəhanəş duxtənd”.

(Həqq sirrini kimə ki, öyrədiblər,

Möhürləyib və ağzını tikiblər). (12,37)

Şıltaqlıq edən tarix səbrə üstünlük verən haqqın əzabkeş çiyinləri üzərində həkəmiyyət quranları sağlıqlarında tumar­la­sa da, ücuz dünyəvi şöhrətlər müqabilində ruhi və mənəvi mən­liyini itirənləri öz şərəf lövhəsində fəzilətləndirməyi və öyməyi sevmir. Haqqa batil donu geydirənləri ibrət olsun deyə tən`ə və məzəmmət obyekti etməkdən usanmayan tarix sonda Qur`anla sabitləşmiş məramnaməsinə görə mütləq haqqla hökm verməyi heç vaxt unutmamışdır.

Peyğəmbərinin (s) pak nəsli Qur`anda “nurlu bir ağac” kimi vəsf edilir: “Məgər sən Allahın xoş kəlmələrlə necə misal çəkdiyini görmürsənmi ki, (o nəsil yerdə) bir sabit kök üstə durub, budaqları isə səmalarda olan pak bir ağac kimidir”(14/24). Dünyanın əşrəfi olan Peyğəmbərimiz (s) isə İlahi kəlamın şərhi olan şərif hədisdə bu nəsli belə bəyan edir: “Bir mələk mənim yanıma gəlib dedi: “Ey Məhəmməd, Allah sənə salam göndərib buyurur: “Mən Fatiməni Əliyə təzvic etdim. Sən də onu Əlinin əqdinə keçir. Mən Tuba ağa­cına əmr etmişəm ki, dürr, yaqut və mərcan versin ki, asiman əhli bu izdivac ilə şad olmuşlar. Tezliklə onlara iki övlad veriləcəkdir ki, onlar behişt cavanlarının sərvəri, ağa­larıdır ki, varlıqları behişti zinətləndirəcəkdir.”(13,407, h.426.)

Peyğəmbər (s) xanədanının sevilməsi və fəzilətli tutul­ma­sını bəyan edən digər ayələrdə buyurulur: “Məhəmməd sizlərdən olan bir kişinin atası deyil və lakin Rəsulullahdır və peyğəmbərlərin sonuncusudur və Allah onu bütün şey­lərə alim etmişdir.”(33/40). “Həqiqətən Allah və mələkləri Rəsula (s) salam verirlər, ey iman gətirənlər siz də ona (və ailəsinə) təslimən salam verin! (salavat göndərin!)” (33/56).

VI İmam Cəfər Sadiqin (ə) irşad məktəbini dərk edən İdris Şafei “sünnə”nin dinə yox, hakimiyyətə xidmət edən siyasi bir cərəyan olmasının yəqininə yetişsə, bu təriqəti kor-köranə izləyənlərin əqidəsinin batil olduğunu ifşa edən bir etirafında deyir: “Bir məclisdə Əlinin, onun övladlarının və pak Fatimənin adı çəkilən zaman bəziləri onlardan qeyri­lə­rinin adını çəkməyə başlayırlar. Belə olanda yəqin bil ki, hə­min şəxs “səlqəlqəliyyə”dir (aybaşı tsikli pozulmuş qadındır). Əli və onun övladlarının adı çəkildiyi zaman o, ali rəvayt­lər­dən yayınar və deyər: “Ey mənim tayfam, buna fikir ver­mə­yin, bu rafizilərin (yolunu azmışların) hədislərin­dəndir”. Mən Fa­timə məhəbbətini rafizilik hesab edənlərdən Allaha sığ­ını­ram. Peyğəmbərin Əhli-beytinə Allahın salavat və sa­la­mı, bu nadanlığa isə Onun lə`nəti olsun. Mənə dedilər: “Sən də rafizi olmusan?” Mən dedim: “Xeyir! Rafizilik nə mənim di­­­nim­­dir, nə də mənim etiqadım. Lakin mən, şübhəsiz, ən yax­şı rəh­bər və ən yaxşı başçını sevirəm. Əgər Allahın vəli­sini sev­mək rafizilikdirsə, mən bəndələrin ən rafizisiyəm!” (14,58).

Həqiqətən, burada ağıl sahibləri üçün aşkar bir dəlil vardır.”(16/65). Ciddi təhqiqatlardan sonra Haqqın əslinə yetişən möhtərəm sünnə alimlərdən biri Nəbəhani Əhli-Beytə ikrah hissi bəsləyənlər haqqında yazır: “Bəzi şəxslər var ki, Onlara Əhli-Beytin Qurandakı və ya Peyğəmbər hədis­lə­rin­dəki səhabə, alim və tarixçilərin rəvayətlərindəki dərəcə və fə­zilətlərindən bəhs edildiyi zaman narahat olur və rəngi də­yi­şir, qəzəblənir. Onlar bunu zahirə vurmamağa çalışsalar da cismləri bir ayna kimi bunu biruzə verir və onlar bu hal­ları ilə söylənən vəsflərin Əhli-Beytin barəsində ol­ma­ma­sını arzulayırlar. Sonra da boş və yersiz söhbətlərə baş­la­yır­lar. Bu əməlləri ilə Allahın həqiqət nurunu sön­dürəcəklərini zənn edirlər. Lakin Uca Yaradan: “Kafirlər istəməsə də Allah öz nurunu tamamlayacaqdır” buyu­rur.” (15,110).

Əl-Əhzər universitetinin müdərrisi Ustad Əbd əl-Fəth Əbd əl-Məqsud ciddi araşdırmalardan sonra: “Zənnimcə şiələr İslamın bütün spesifikasını özündə birləşdirən yeganə qrupdurlar. İslam dininə kənardan baxmaq istəyən hər bir kəs, qoy On iki-İmamiyyə şiəliyinə diqqət etsin. Tarix şahidlik edir ki, İslamı az çox şərəfləndirən və onu azğınlıq yolundan saxlayan yalnız Şiəlik olmuşdur” (6,19)- deyə haqqı etiraf etməkdən çəkinməmişdir.

İlahi dərgahda “Kövsər” kimi təqdimat tapan Peyğəmbər (s) Əhli-beytinin İslamiyyətin su kimi paklığının və təmizliyi­nin qoruyuculuğu inkarolunmaz olsa da, təəssüf ki, - “o təmiz suyu insanlara bulanıq göstərən daxili və xarici ünsürlər” (16,177) daima olmuşdur. İordaniyalı alim Ustad Mahmud Sartavi isə sanki tarixin ağ ləkələrini unutdurmaq istəyirmiş kimi yazır: “Mən sələflərin, yəni ilk müsəlmanların dediyini de­yi­rəm. Şiələr bizim qardaşımızdır. Bizim aramızda düş­mən­çiliyə səbəb olası bir şey yoxdur”(6,19)

“Sünnə” hakimiyyətinə sədaqətlə xidmət edən Əhməd Fa­ruki kimiləri isə fitnənin izlərini ört-basdır etmək məqsədiylə yazır: “Əshabi Kiram zamanında Abdullah bin Səbe (güya ra­fizi) adlı azğın bir Yəhudi müslimanlar arasında ilk olaraq fitnə, ikilik sokdu. “Rafizilik” denilən bu boyük yola indi şiəlik denilir”(17,6). “Kilsəyə, ayazmaya (Ayasofiya) girib, “Pa­pa”dan dua, şəfa istəyən (bu cür) müsliman müşrik olur... Bu işə öncə III xəlifə Osmanın (r.a.) zamanında baş­landı”(17,81-82).

Ərəbistanda nazil olmuş Qurani-Kərimin Hindistandan Əndəlusadək olan bir ərazidə klassik Şərq ədəbiyyatının qaynağı kimi çıxış etməsi və şərqli filosof-ədid-alimlərin də bu Səmavi kitabın İlahi nurunda Həbibullah ləqəbi qazanmış Xatəmül-ənbiyanın mərifət və əxlaq xəzinəsinə himayədarlıq edən İmam Əlinin Təriqət məktəbindən bəhrələnməklə vaqif olması artıq tarixi gerçəklikdir. Azərbaycanlı irfan şairi Seyyid İmadəddin Nəsiminin bu məktəbin xas ardıcıllarından soraq verən bir beyti fikrimizə bariz sübutdur:

...Ey, mə`rifətin “Müshəf”i, uş kənz ilə misbah

Miftah budur, məcməü muxtarə yapışma (18,25).

AMEA M.Füzuli adına ƏYİ-nun xəzinəsində mühafizə olunan əlyazmalar içərisində bəşəri əxlaqın İmam Əli məktəbində yəqinə yetişməklə səmavat aləminin əsrarlı qapılarının qıfillarını açmağa müyəssər olan klassiklərimizin kifayət qədər əlyazmaları vardır. Bunlardan “Əhadisün qüdsiyyə” adlı, Б-2250/3875, Məhəmməd Baqir bin Məhəmməd Təqi Məclisinin “Biharül-ənvar”(C-179/9133), Şərqin görkəmli alim-filosofları Nəsirəddin Tusinin (“Təcrid əl-Əqayid”), Şihabəddin Sührəverdinin (“Həyakil ən-nur”), Fəridəddin Əttarın “Təzkirətül-övliya” adlı iki- (B-1982 və C-12), Şeyx Mahmud Şəbüstərinin “Gülşəni raz” (A-380/826-15091), Şeyx Səfinin “Mənaqib”( A-233/-VII-474), Yusif əl-Miskurinin “Silsilət ül-uyun” B-7072\5447; “Bəyan əl-əsrarüt-talibin” (B-5447/2) şifrəli və başqa çoxlu əlyazmalar tədqiqatçı alimlərə və oxuculara doğru-hidayət yolunu tapmaqda əvəzsiz mənbə və tarixi qaynaq kimi yardım edə biləcək abidə­lə­rimizdir. Bu mütəfəkkirlərin bəşəriyyəti heyran qoyan İmam Əlinin və İmam Sadiqin klassik irşad məktəbinin ardıcılları olması öz etiraflarından da kifayət qədər məlumdur.

Azərbaycanlı xəlvətiyyə şeyxi Yusif Miskuri təriqət alimlərinin qaynaqlandığı bu mənaqibi mənbələrdən haqqında hədisi qüdsidən iqtibas gətirərək yazır: “Sizə üləma məclisində otürmaq, dinləmək və nəticə çıxartmaq vacib olundu” (19, 26b). “Bəsirət ruhun gözüdür”, “Alimlər Allahın xas bən­də­ləridir” (19,14a-15b). “Alimlər Peyğəmbərlərin vərəsə­ləridir”, (19,14a)

AMEA ƏYİ-da hifz olunan 207 vərəqlik anonim bir əlyazmanın birinci vərəqi belə başlanır:

Fə kullu bimusabin dunə rmuzi-bni Fatimin




Yüklə 353 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin