Иран Ислам Республикасынын


وَلَوْ شَاء رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً وَلاَ يَزَالُونَ مُخْتَلِفِينَ إِلاَّ مَن



Yüklə 345,5 Kb.
səhifə3/5
tarix10.01.2022
ölçüsü345,5 Kb.
#108907
1   2   3   4   5
وَلَوْ شَاء رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً وَلاَ يَزَالُونَ مُخْتَلِفِينَ إِلاَّ مَن

رَّحِمَ رَبُّكَ وَلِذَلِكَ خَلَقَهُمْ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لأَمْلأنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ

وَالنَّاسِ أَجْمَعِينَ

Əgər Rəbbin, istəsəydi bütün insanları tək bir ümmət edərdi. Onlar hələ də ixtilafdadırlar. Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün yaratmışdır...”1



  • “Məzhəblərarası yaxınlaşma hərəkatında hansı məz­həb­­lər yaxınlaşa bilər” sualına gəldikdə isə, İslam hüdud­larından kənara çıxmayan, onun əsas rüknlərini, qəti dəlil və açıq-aşkar dəlalətlə Quranda və Sünnədə varid olan vacibləri və qada­ğa­ları qəbul edən məzhəblər nəzərdə tutula bilər. Çünki, İslamın əsas və vacib bilinən rüknlərindən birini inkar etmək İslamdan çıxmaq deməkdir. O, artıq İslama daxil olma­dı­ğından bizim mövzuya, yəni məzhəblərarası yaxınlaşmaya aid edilə bilməz. Buna görə də İslam alimləri İslamda səkkiz məzhəbi həqiqət kimi qəbul etmiş və onları İslam məzhəbləri adlandırmışlar. Bunlar Cəfəri, Zeydi, Hənəfi, Maliki, Şafei, Hənbəli, Zahiri, İbadi adı ilə tanınan məzhəblərdir.

  • İman və küfr məsələlərinin izahlı şəkildə təhlil olun­ması, onun meyarlarının təyin olunması da günün aktual məsələlərindəndir. Belə ki, iman və küfrü bir-birindən ayırmağı bacarmayanlar bilərəkdən və ya bilməyərəkdən öz müsəlman qardaşlarını kafir sayır, bununla da İslam birliyini pozurlar. Qiblə əhlinin küfr, şirk, və ya bidətlə ittiham olunması yolverilməzdir. Cahillərin və avamların etdikləri bəzi şirkə oxşar əməllər məzhəblərin günahı deyildir, çünki İslam alimləri hamılıqla şirkə qarşı çıxmış və onu ən böyük və bağışlanmayan günah hesab etmişlər. Lakin alimlərin vəzifəsi yenə də maarifləndirmək, haqq yolunu aydınlaşdırmaqdır.

  • Məzhəblərarası ixtilaflara isə məzhəb alimləri tərəfindən o məzhəbin üsul və qaydaları çərçivəsində aydınlıq gətirilməlidir. Əsassız şaiyələr, dedi-qodular, qərəzlilik və təəssübdən doğan cəhalət və yalanlara uymamaq lazımdır. Məzhəb ardıcıllarının etdiyi səhvlər və yanlışlar məzhəb alimlərinin dedikləri demək deyildir. Bəzən belə hallar nadanlıq və cəhalətdən irəli gəlir.

  • Bəzi məsələlər var ki, onlara zahirən nəzər saldıqda məzhəblərarası anlaşılmazlıqla nəticələnə bilər. Lakin, hər bir tərəfin sözünü eşitmək, dəlilinə baxmaq, məqsədini bilmək vacibdir. Məsələn, Allahın qiyamətdə möminlərə özünü göstərməsi məsələsi. Bəzi İslam alimləri bunu qəbul edir, Qurandan bəzi ayələri, Sünnədən bəzi hədisləri buna sitat gətirirlər. Bunun mümkün olmasını da əqlən sübut edirlər. Digər İslam alimləri isə həmin ayələri təvil edir və ya açıq-aydın ona dəlalət etmədiyini bildirir, varid olan hədisləri ya zəif, ya uydurma sayırlar. Üstəlik bunun mümkün olmamağını əqli hökmlərlə də sübut edirlər, çünki əqli mühakimə yürüdəndə, belə nəticəyə gəlmək olar ki, Allah (haşa lillah) cisimdir. Çünki cisim görünə bilər. Lakin İslama aid məz­həb­lə­rin hamısı Allahı cisimlilikdən, məkan və zaman an­la­yı­şın­dan təcrid hesab edirlər. Allah nə cövhərdir, nə cisimdir, nə də ağlın dərk edə biləcəyi bir varlıqdır. Deməli, məzhəblər açıq-aşkar Allahın zatının insanların əqlinə sığa bilən varlıq olmadığını etiraf edir, Onu bütün nöqsan sifətlərdən münəzzəh edirlər. Nəticə və yekun baxımından Allah onlar üçün eyni sifətlərə malik olan varlıqdır.

Başqa bir misal isə digər məzhəb alimlərinin Allahın adı çəkilməyən heyvanın ətinin halal olması məsələsində şafeilərə olan iradıdır. Şafeilərə görə Allahın adı çəkilməyən heyvanın ətini yemək olar. Amma digər məzhəb alimləri isə bunu halal bilmirlər. Qurandan bu ayəni dəlil gətirirlər:

وَلاَ تَأْكُلُواْ مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَآئِهِمْ لِيُجَادِلُوكُمْ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ


Yüklə 345,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin