Иран Ислам Республикасынын



Yüklə 345,5 Kb.
səhifə5/5
tarix10.01.2022
ölçüsü345,5 Kb.
#108907
1   2   3   4   5

1



Onlar bu ayəni belə açıqlayırlar. Allahdan başqasının adına kəsilən heyvan haramdır. Amma Allahın adı bilərəkdən və ya bilməyərəkdən çəkilən heyvan isə haram deyildir. 121-ci ayənin “Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin” açıqlaması, yəni Allahdan başqasının adına, bütlərin adına kəsilən heyvanlar nəzərdə tutulur. Sonra şafeilər Peyğəmbər (s) hədisi ilə öz fikirlərini izah edirlər. Bir dəfə Rəsulullahdan soruşurlar: Bəzi insanlar kənardan ət gətirirlər, biz də bilmirik ki, görəsən onlar heyvanı kəsəndə Allahın adını çəkiblər, ya yox? Rəsulullah onlara: Siz Allahın adını çəkin (Bismillah deyin) və yeyin! Bundan başqa müsəlman kəs istər Allahın adını çəksin və ya çəkməsin, onun əqidəsinə görə heyvan Allahdan başqasının adına kəsilmir. Allahın adını dilinə gətirməsə də qəlbində vardır. Bu məsələdən də aydın olur ki, məzhəblərarası belə ixtilaflar boş yerə deyil. Hər bir məzhəbin söykəndiyi dəlillər vardır. Əgər ayə və ya hədis hər hansı bir məsələyə açıq-aydın dəlalət etmirsə və ya təvil olunma ehtimalları mövcuddursa, onda alimlər arasında ictihadın doğura biləcəyi fikir ayrılıqları meydana gələcəkdir ki, İslam dini də bunu qəbul edir.

  • İxtilaflı məsələləri ittifaq əldə olunan məsələlər də­rə­cəsinə qaldırmaq olmaz ki, ixtilaflar ittifaqları üs­tə­ləmiş olsun. İttifaq olunması lazım olan yerlərdə ixtilaflı mə­sələləri unutmaq və ya bir-birlərini üzrlü hesab etmək bə­zən məqsədəuyğun addım ola bilər. Misal olaraq təravih na­mazına toxunuruq. Onun səkkiz və ya iyirmi rəkət olması ba­rədə əhli-sünnə alimləri arasında ixtilaf vardır. Hər iki tə­rəf etibarlı və sənədli dəlillərlə öz mövqeyini dəstəkləyir. Sək­kizi iyirmidən və ya iyirmini səkkizdən üstün hesab edən­lər vardır. Bəzi məscidlər səkkiz qılır, bəziləri isə iyir­mi. Məlumdur ki, təravih namazı sünnətdir, vacib deyildir. Am­ma vacib olmayan belə bir məsələdə digər tərəfi yanlış və xətada görmək, özünü doğru və dürüst hesab etmək əx­laq dəyərlərinə və ən əsası İslamın vəhdət prinsipinə ziddir. Təravih namazını səkkiz və ya iyirmi də qılsan, Allah onu qəbul edər. Madam ki, qıldığın namaz Allah üçündür və onu yerinə yetirməyə dəlilin vardır. Nəql olunur ki, Həsən əl-Bənna bir şəhərdə olur, o şəhərin camaatı təravih na­mazının səkkiz və ya iyirmi rəkət olması barədə mübahisə edirlər. Hər iki tərəf istəyir ki, məsciddə onun dediyi şəkildə təravih namazı qılınsın. Onlar Həsən əl-Bənnadan kimin haqlı, kimin də batil olmasını öyrənmək istəyirlər. O isə belə cavab verir: “Mənim fikrim odur ki, siz aranızdakı qardaşlığa heç bir xələl gətirməyəsiniz, onu qoruyasınız. Sizin aranızda mübahisəyə səbəb olan və vacib sayılmayan bu təravih namazını qılmasanız da sizə günah yazılmaz. Amma İslamın ən əsas vaciblərindən sayılan qardaşlıq prinsipi qorunmalıdır. Necə ola bilər ki, müstəhəbb sayılan bir əmələ görə vacib sayılan əməl pozulsun.

  • İslam məzhəbləri arasında zəruri sayılmayan və di­nin üsullarına xələl gətirməyən, ictihadın nüfuz edə biləcəyi mə­sə­lələri məzhəblərin yaxınlaşması aspektindən elmi təd­qi­qat­lar və araşdırmalar çərçivəsində təhlil olunması məqsədəuy­ğun­dur. İctihad məsələləri insafla, ədalətlə araşdırılarsa, bu hər məz­­həbin diqqətini cəlb etməklə bərabər, qarşılıqlı maarif­lən­məyə və fikir mübadiləsinə səbəb ola bilər. Əgər təəssübkeşlik və qərəzlilik olmasa hər bir məzhəb digər məzhəbin qane edə biləcəyi məsələdə onunla həmfikir ola bilər. Misal olaraq, üç talaq məsələsində Misir alimləri ailə qanunvericiliyinə Cəfəri məzhəbinin rəyini daxil etmişlər. Belə ki, bir kişi öz arvadına üç talaq verərsə, onun bir talaq hesab olunması Cəfəri məz­həbinə görədir. Hənəfi, Maliki, Şafei, Hənbəli məzhəblərinə görə isə üç talaq verən kişinin talaqı üç talaq da hesab olunur. Mi­sirin ailə qanunvericiliyində Cəfəri məzhəbinin rəyinin tət­biq olunması çoxlu ailələrin dağılmasının qarşısını ala bilmiş­dir.

  • İslama olduğu kimi dəvət etmək; İslama olduğu ki­mi dəvət etmək əsas məqsəd sayılmalıdır. Əlbəttə, hansısa məz­həbi təbliğ etmək həmin məzhəbin mənafeyi üçündür. Am­ma unudulmamalıdır ki, İslamın mənafeyi məzhəb mə­nafe­­yinin fövqündə durur.

1 Əz-Zümər surəsi, ayə 18

1 Hud surəsi, ayə 118, 119

1 Əl-Ənam surəsi, ayə 121

1 Əl-Ənam surəsi, ayə 145




Yüklə 345,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin