KƏNARDAN HƏYƏCANLANAN GENERATORLAR
Kənardan həyəcanlanan generator (KHG ) və onun aktiv elementləri haqqında ümumi məlumat
Müasir radiovericilərin ən geniş yayılmış pilləsi kənardan həyəcanlanan generatordur (KHG). Onun tərkibinə aktiv element (AE), yük, AE-nin qida və sürüşmə dövrəsi və radiosiqnalın oyadıcıdan AE-nin girişinə ötürülməsini təmin edən oyadıcı dövrə daxildir. Oyadıcı qismində vericinin əvvəlki pilləsi çıxış edir. Oyatma və sürüşmə dövrələri AE-nin giriş dövrəsini yaradırlar. Giriş dövrəsi, həmçinin razılaşdırıcı giriş dövrəsi məsələsini də həll etməlidir. Öz növbəsində qida və yük dövrələri AE-nin çıxış dövrəsini yaradırlar. Bu dövrə razılaşdırıcı çıxış dövrəsi funksiyasını da yerinə yetirir.
Qeyd edək ki razılaşma dövrələri aşağıdakı funksiyaları yerinə yetirir: 1. müqavimətlərin transformasiyası (razılaşdırılması); 2. qida və sürüşmə dövrələri ilə birgə cərəyan və gərginliklərin KHG-nin tələb olunan iş rejimini təmin edən zəruri görünüşlərinin formalaşdırılması; 3. yüksək harmonikaların süzgəclənməsi.
KHG – nin ümumiləşdirilmiş struktur sxemi şək. 1-də verilir.
Razılaşdırıcı giriş dövrəsi AE-nin giriş müqavimətini oyadıcının (O) daxili müqavimətinə bərabər olan müqavimətə transformasiya edir. Razılaşdırıcı çıxış dövrəsi istifadəçinin müqavimətini (sonrakı pillənin, fiderin, antenanın giriş müqavimətini) AE-nin optimal yük müqavimətinə transformasiya edir.
Vericidə KHG üç müxtəlif funksiyanı yerinə yetirir: radiotezlikli rəqslərin gücləndirilməsi (gücləndiricilər); bu rəqslərin tezliyinin tam ədəd dəfə artırılması (tezlik vurucuları); radiotezlikli rəqsin amplitudasının aşağı tezlikli siqnala uyğun dəyişdirilməsi (amplitud modulyatorları).
KHG-də AE kimi elektrovakuum lampalarından, bipolyar və sahə tranzistorlarından istifadə olunur.
Tranzistor üzərində yığılmış sadə KHG – nin sxemi şək. 2-də verilir.
Giriş dövrəsinin tərkibinə bölücü kondensator və baza cərəyanının sabit təşkiledicisinin qapanmasını təmin edən rezistor daxildir. Tranzistorun kollektor dövrəsi gərginlikli mənbədən qidalanır. Çıxış dövrəsinin tərkibinə bölücü tutum və kollektor cərəyanının dəyişən təşkiledicisinin mənbə vasitəsi ilə qapanmasının qarşısını alan bloklayıcı elementlərdən , ibarət qida dövrəsi daxildir.
Vericilərin KHG-da tranzistorların ümumi emitterli və ya ümumi bazalı qoşulma sxemlərindən istifadə olunur. Hər bir sxemin öz üstünlükləri var.
KHG-da aktiv elementin iş rejimləri
AE-nin məlum iş rejimləri iki böyük sinfə bölünür: birinci cins rəqs rejimi və ikinci cins rəqs rejimi. Birinci cins rəqs rejimi işçi nöqtənin başlanğıc vəziyyətdə keçid xarakteristikasının xətti hissəsinin ortasında seçilməsi ilə reallaşdırılır (şək. 3). Şəkildə işarə edilmişdir: - kollektor cərəyanının sabit təşkiledicisi; – kollektor cərəyanının birinci harmonikasının amplitudası; – kollektor cərəyanının ani qiyməti.
КHG-nin çıxış dövrəsinin faydalı iş əmsalı (FİƏ)
,
burada - faydalı güc; – kollektordakı gərginlik; - kollektor qida mənbəyindən sərf olunan gücdür. Beləliklə
,
yəni, FİƏ əsasən faydalı təşkiledicinin səviyyəsindən asılı olur.
Birinci cins rəqs rejimi üçün mümkün olan maksimal FİƏ-ni hesablayaq:
.
və olduğu üçün .
Bu rejimdə işləyən real pillələrdə adətən olur. Ona görə də birinci cins rəqs rejimi radiovericilərdə demək olar ki istifadə olunmur.
Giriş rəqsinin dövrünün yalnız müəyyən hissəsində çıxış dövrəsindən cərəyan axan AE-nin iş rejimləri ikinci cins rəqs rejiminə aiddir. Bu rejimi reallaşdırmaq üçün işçi nöqtəni tranzistorun keçid xarakteristikasının aşağı hissəsində yerləşdirirlər (şək. 4).
Beləliklə ikinci cins rəqslər halında tranzistorun çıxış cərəyanı dövri impuls ardıcıllığı formasında olur. Kosinusoidal adlanan bu impulsların davametmə müddəti və amplitudası sürüşmə gərginliyi və kollektor kəsmə gərginliyinin qiymətlərindən asılı olur. Onlar iki əsas parametr ilə xarakterizə olunurlar: impulsun amplitudası və kəsmə bucağı . Giriş siqnalı keçid xarakteristikasının yuxarı bükümünə çatdıqda AE doyma vəziyyətinə keçir və kosinusoidal impulsun yuxarısı kəsilmiş kimi olur. Bu halda AE-nin iş rejimi açar rejimi adlandırılır.
İmpulsun (dərəcələr və ya radianlar) ilə ölçülən davametmə müddətinin yarısı kəsmə bucağı adlandırılır. Kəsmə bucağının qiymətindən asılı olaraq AE-nin iş rejimlərini A, AB, B, C və D kimi işarə edirlər. А – birinci cins rəqs rejimi və ya kəsməsiz rejimdir. АВ, В və С rejimləri ikinci cins rəqs rejimi olub impuls iş rejimini göstərirlər. D – açar rejimidir. Bu rejimlərin kəsmə bucağı Θ ilə əlaqəsi şək. 5-də verilir.
A rejimi ilə müqayisədə impuls rejimləri enerji nöqteyi-nəzərdən daha effektivdir. Belə ki bu halda çıxış cərəyanının sabit təşkiledicisi çox kiçik olur. FİƏ-nin yüksək olması kəsmə ilə iş rejimli KHG-ni radioverici qurğuların əsas gücləndirici pilləsi edir.
Dostları ilə paylaş: |