İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi
QAYDALARI
İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları bu Qaydalara əlavə olunmuş formaya uyğun tərtib olunmaqla “Gəlirlər və daxilolmalar” və “Xərclər” bölmələrindən ibarətdir.
1. “Gəlirlər və daxilolmalar” bölməsinin tərtibi
1.1. Gəlirlər və daxilolmalar (1)* bölməsində iri dövlət vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin həcmi və onun fəaliyyətindən əldə edilən və kənardan cəlb olunan pul vəsaitləri əlavə dəyər vergisi və aksiz daxil olmaqla öz əksini tapmalıdır.
1.2. Təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmi (1.1.) bəndində hesabat dövründə təqdim edilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin mənfəətin hesablanması üçün seçilmiş metoddan (kassa və ya hesablama) asılı olmayaraq həcmi göstərilməlidir.
1.3. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan pul vəsaitləri (1.2.) bəndində malların təqdim edilməsindən, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən əldə olunan və bütün hesablara (xəzinəyə) daxil olan pul vəsaitləri göstərilməlidir. Təsərrüfat xüsusiyyətlərindən asılı olaraq vəsaitlərin daxilolma mənbələri ayrı-ayrılıqda göstərilməlidir (məsələn, nəqliyyat sektoru üzrə yük daşınmasından, sərnişin daşınmasından, xarici iqtisadi fəaliyyətlə məşğul olanlar bu fəaliyyətdən və s.)
1.4. Sair daxilolmalar (1.3.) bəndində malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə bağlı olmayan və bütün hesablara (xəzinəyə) daxil olan sair pul vəsaitləri göstərilməlidir. Belə daxilolmalara ssuda və kreditlər üzrə daxilolmalar, xarici valyuta üzrə məzənnə fərqləri və sair bu qəbildən olan daxilolmalar şamil edilməlidir.
1.5. Dövlət büdcəsindən ayrılan vəsaitlər (1.4.) bəndində dövlət büdcəsindən ayrılan subsidiyalar, dövlət əsaslı vəsait qoyuluşu və digər ayırmalar öz əksini tapmalıdır.[5]
1.6. Kreditlər (1.5.) bəndində kreditlər, o cümlədən dövlət zəmanəti ilə alınmış kreditlər üzrə məbləğlər əks olunmalıdır. [6]
2. “Xərclər” bölməsinin tərtibi
2.1. Bu bölmədə hesabat dövründə bütün hesablara (xəzinəyə) daxil olan pul vəsaitlərinin və dövlət büdcəsindən ayrılan subsidiyaların xərc istiqamətləri əlavə dəyər vergisi və aksiz daxil olmaqla göstərilməlidir.
2.2. Büdcə ödənişləri (2.1.) bəndində vergi qanunvericiliyinə əsasən büdcə qarşısında yerinə yetirilmiş öhdəliklər üzrə xərclər öz əksini tapmalıdır. Yarımbəndlər üzrə vergi ödənişləri ayrı-ayrılıqda göstərilməlidir.
2.3. Əməkhaqqı və ona bərabər tutulan ödənişlər (2.2.) bəndində əməkhaqqı və ona bərabər tutulan ödənişlərin bütün növləri üzrə xərclər göstərilməlidir. Ödənilmiş gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları (işçilərin əməkhaqqından) müvafiq olaraq 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərdə öz əksini tapmalıdır.
2.4. Əməkhaqqı fondundan DSMF-yə ayırmalar (2.3.) bəndində əmək haqqı fondundan işəgötürənlərin DSMF-yə ayırmaları öz əksini tapmalıdır.
2.5. Xammal və materiallar (2.4.) bəndində xammal və materiallar üzrə xərclər əks olunmalı, yanacaq xərcləri isə 2.4.1-ci yarımbəndində ayrıca göstərilməlidir. Dövlət büdcəsindən ayrılmış subsidiya hesabına alınmış yanacaq xərcləri 2.4.1.1-ci yarımbəndində, dolayı subsidiyalar isə “Enerji və qaz sektoru üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektorlara ediləcək dolayı subsidiyanın verilməsi mexanizmi”nə müvafiq rəsmiləşdirildikdən sonra smetada öz əksini tapmalıdır.
2.6. Rabitə xərcləri (2.5.) bəndində rabitə xərcləri öz əksini tapmalıdır.
2.7. Nəqliyyat xərcləri (2.6.) bəndində həm daxili, həm də cəlb olunmuş nəqliyyatlara görə xərclər öz əksini tapmalıdır.
2.8. Kommunal xərclər (2.7.) bəndində yalnız kommunal məqsədlər üçün sərf edilmiş xərclər göstərilməlidir. Texnoloji məqsədlər üçün alınan və xammal kimi istifadə olunan su, qaz, elektrik enerjisi, buxar və s. isə 2.4-cü bəndində öz əksini tapmalıdır.
2.9. Ezamiyyə xərcləri (2.8.) bəndində limitdən asılı olmayaraq bütün ezamiyyə xərcləri öz əksini tapmalıdır.
2.10. Reklam xərcləri (2.9.) bəndində reklama görə xərclər öz əksini tapmalıdır.
2.11. Mühafizə xərcləri (2.10.) bəndində həm daxili, həm də bağlanmış müqavilələrə görə xərclər öz əksini tapmalıdır.
2.12. Bank xidməti üzrə xərclər (2.11.) bəndində bank hesablarına xidmətlə bağlı sərf olunan xərclər göstərilməlidir.
2.13. Borca və kreditə görə ödənilmiş əsas məbləğlər (2.12.) bəndində borca və kreditə görə ödənilmiş əsas məbləğlər öz əksini tapmalıdır. Dövlət zəmanəti ilə alınmış kreditlər üzrə əsas məbləğlərin qaytarılması xərcləri 2.12.1-ci yarımbəndində göstərilməlidir.
2.14. Borca və kreditə görə ödənilmiş faizlər (2.13.) bəndində borca və kreditə görə ödənilmiş faizlər öz əksini tapmalıdır. Dövlət zəmanəti ilə alınmış kreditlər üzrə faizlərin qaytarılması xərcləri 2.13.1-ci yarımbəndində göstərilməlidir. Bu xərclər vaxtı keçmiş borca və kreditə görə hesablanmış faizlərin qaytarılmasına şamil edilmir.
2.15. Vaxtı keçmiş borca və kreditə görə ödənilmiş faizlər (2.14.) bəndində vaxtı keçmiş borclara və kreditlərə görə ödənilmiş faizlər öz əksini tapmalıdır. Dövlət zəmanəti ilə alınmış vaxtı keçmiş kreditlər üzrə faizlərin qaytarılması xərcləri 2.14.1-ci yarımbəndində göstərilməlidir.
2.16. Nümayəndəlik xərcləri (2.15.) bəndində nümayəndəlik xərcləri öz əksini tapmalıdır.
2.17. Kadr hazırlığı xərcləri (2.16.) bəndində kadrların hazırlanması ilə bağlı xərclər göstərilməlidir.
2.18. Elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (2.17.) bəndində elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər göstərilməlidir. Normativ sənədlərin hazırlanması ilə bağlı xərclər 2.17.1-ci yarımbəndində göstərilməlidir.
2.19. Təmir xərcləri (2.18.) bəndində cari təmir xərcləri öz əksini tapmalıdır. Bu xərclərə cari təmirlə bağlı bütün xərclər, o cümlədən material xərci, əməkhaqqı və ona bərabər tutulan ödənişlər üzrə xərc və s. daxil edilməlidir. [7]
2.20. Sığorta xərcləri (2.19.) bəndində sığorta üzrə müvafiq xərclər öz əksini tapmalıdır.
2.21. Dividendlərin ödənilməsi (2.20.) bəndində bütün növ dividendlərin ödənişi üzrə xərclər göstərilməlidir. Dövlət büdcəsinə ödənilən dividendlər 2.20.1-ci yarımbəndində öz əksini tapmalıdır.
2.22. Kapital və maliyyə qoyuluşları (2.21.) bəndində tikinti-quraşdırma işləri, avadanlıqların alınması, qeyri-maddi aktivlərin alınması, torpaq sahələrinin alınması, qiymətli kağızların alınması üzrə xərclər və faizli istiqrazlara maliyyə qoyuluşları və sair bu kimi kapital və maliyyə qoyuluşları göstərilməlidir. Xərclər yarımbəndlər üzrə ayrı-ayrılıqda göstərilməlidir.
2.23. Sosial xərclər (2.22.) bəndində qeyri-istehsal təyinatlı yaşayış evlərinin, təhsil və səhiyyə obyektlərinin, qeyri-istehsal təyinatlı obyektlərin avadanlıqlarının yeniləşməsinə və əsaslı təmirinə çəkilən xərclər və xeyriyyəçilik məqsədləri ilə aparılmış ödənişlər göstərilməlidir.
2.24. Digər xərclər (2.23.) bəndində yuxarıda sadalanmayan bütün xərclər göstərilməlidir.
3. “Gəlirlər və daxilolmalar” və “Xərclər” bölməsinin tərtibinə dair açıqlamaların və arayışın tərtibi
3.1. Smetaların tərtibi zamanı hesabat formasının bəndlərinə aid göstəricilərin açıqlanması smetaya əlavə olunmaqla aşağıdakı məlumatların təhlilini özündə əks etdirən arayış təqdim olunmalıdır:
3.1.1. təqdim edilmiş malların (iş və xidmətlərin) həcminin əsas fəaliyyət növlərinə uyğun bölgüsü;
3.1.2. cəlb olunmuş vəsaitlərin (o cümlədən banklardan alınmış kreditlərin) və onların təyinatının, cəlb olunmuş vəsaitlər üzrə faiz öhdəliklərinin bölgüsü;
3.1.3. xammal və material xərclərinin əsas növləri üzrə bölgüsü;
3.1.4. dövlət büdcəsindən ayrılmış subsidiya hesabına alınan xammal və materialların bölgüsü;
3.1.5. təmir xərclərinin təmir aparılan obyektlər üzrə bölgüsü;
3.1.6. sığorta xərclərinin sığorta növləri üzrə bölgüsü;
3.1.7. kapital qoyuluşlarının, o cümlədən tikinti-quraşdırma işlərinin (bu işlərin yerinə yetirilmə obyektləri üzrə), əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, torpaq sahələrinin alınması xərclərinin təyinatı üzrə bölgüsü;
3.1.8. sosial xərclərin təyinatı üzrə bölgüsü;
3.1.9. xeyriyyəçilik məqsədli ödənişlərin təyinatı üzrə bölgüsü;
3.1.10. kapital qoyuluşlarının, o cümlədən tikinti-quraşdırma işlərinin (bu işlərin yerinə yetirilmə obyektləri üzrə), əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, torpaq sahələrinin alınması xərclərinin təyinatı üzrə bölgüsü;
3.1.11. sosial xərclərin təyinatı üzrə bölgüsü;
3.1.12. xeyriyyəçilik məqsədli ödənişlərin təyinatı üzrə bölgüsü;
3.1.13. digər xərclərin bölgüsü.
3.1.14. hesabat dövrünün əvvəlinə və sonuna debitor və kreditor borclar, o cümlədən dövlət zəmanətli kreditlər haqqında məlumatlar;
3.1.15. hesabat dövrünün əvvəlinə və sonuna vəsait qalığı barədə məlumatlar. [8]
“İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər
smetalarının tərtibi Qaydaları”na
ƏLAVƏ
_________________________________________________________________________-ci il üzrə
(iri dövlət vergi ödəyicisinin adı)
gəlirlər və xərclər smetasının forması
mln, manatla
|
Sıra
№-si
|
Gəlir və xərc maddələrinin məzmunu
|
keçən il fakt
|
cari il gözlənilən
|
növbəti il
proqnoz
|
o cümlədən
|
1-ci
rüb
|
2-ci rüb
|
3-cü rüb
|
4-cü
rüb
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
1.
|
GƏLİRLƏR və DAXİLOLMALAR,
o cümlədən
|
|
|
|
|
|
|
|
1.1.
|
Təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmi
|
|
|
|
|
|
|
|
1.2.
|
Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan pul vəsaitləri*
|
|
|
|
|
|
|
|
1.2.1.
|
|
|
|
|
|
|
|
|
1.2.2.
|
|
|
|
|
|
|
|
|
1.2.3.
|
|
|
|
|
|
|
|
|
1.2.4.
|
|
|
|
|
|
|
|
|
1.2.5.
|
|
|
|
|
|
|
|
|
1.3.
|
Sair daxilolmalar
|
|
|
|
|
|
|
|
1.4.
|
Dövlət büdcəsindən ayrılan vəsaitlər
|
|
|
|
|
|
|
|
1.4.1.
|
subsidiyalar
|
|
|
|
|
|
|
|
1.4.2.
|
dövlət əsaslı vəsait qoyuluşu
|
|
|
|
|
|
|
|
1.4.3.
|
digər ayırmalar[9]
|
|
|
|
|
|
|
|
1.5.
|
Kreditlər[10]
|
|
|
|
|
|
|
|
1.5.1.
|
dövlət zəmanəti ilə alınmış kreditlər
|
|
|
|
|
|
|
|
1.5.2.
|
digər kreditlər
|
|
|
|
|
|
|
|
2.
|
XƏRC İSTİQAMƏTLƏRİ,
o cümlədən
|
|
|
|
|
|
|
|
2.1. [11]
|
Büdcə ödənişləri, o cümlədən
|
|
|
|
|
|
|
|
2.1.1.
|
mənfəət vergisi
|
|
|
|
|
|
|
|
2.1.2.
|
əlavə dəyər vergisi
|
|
|
|
|
|
|
|
2.1.3.
|
aksiz
|
|
|
|
|
|
|
|
2.1.4.
|
mədən vergisi
|
|
|
|
|
|
|
|
2.1.5.
|
əmlak vergisi
|
|
|
|
|
|
|
|
2.1.6.
|
torpaq vergisi
|
|
|
|
|
|
|
|
2.1.7. [12]
|
digər vergi və ödənişlər
|
|
|
|
|
|
|
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
2.2. [13]
|
Əməkhaqqı və ona bərabər tutulan ödənişlər
|
|
|
|
|
|
|
|
2.2.1.
|
işçilərin əmək haqqı
|
|
|
|
|
|
|
|
2.2.2.
|
əməyin ödənişi ilə bağlı sair pul ödənişləri (mükafat, müavinət və s.)
|
|
|
|
|
|
|
|
2.2.3.
|
gəlir vergisi
|
|
|
|
|
|
|
|
2.2.4.
|
sosial sığorta haqları
|
|
|
|
|
|
|
|
2.2.5.
|
əməkhaqqı üzrə digər ödənişlər
|
|
|
|
|
|
|
|
2.3.
|
Əmək haqqı fondundan Dövlət Sosial Müdafiə Fonduna ayırmalar
|
|
|
|
|
|
|
|
2.4.
|
Xammal və material, o cümlədən
|
|
|
|
|
|
|
|
2.4.1.
|
yanacaq, o cümlədən
|
|
|
|
|
|
|
|
2.4.1.1.
|
dolayı subsidiya hesabına alınan yanacaq
|
|
|
|
|
|
|
|
2.5.
|
Rabitə xərcləri
|
|
|
|
|
|
|
|
2.6.
|
Nəqliyyat xərcləri
|
|
|
|
|
|
|
|
2.7.
|
Kommunal xərcləri, o cümlədən
|
|
|
|
|
|
|
|
2.7.1.
|
su haqqı
|
|
|
|
|
|
|
|
2.7.2.
|
elektrik enerjisi haqqı
|
|
|
|
|
|
|
|
2.7.3.
|
qaz haqqı
|
|
|
|
|
|
|
|
2.7.4.
|
kanalizasiya və tullantı haqları
|
|
|
|
|
|
|
|
2.7.5.
|
istilik haqqı
|
|
|
|
|
|
|
|
2.8.
|
Ezamiyyə xərcləri
|
|
|
|
|
|
|
|
2.8.1. [14]
|
ölkədaxili ezamiyyətlərlə bağlı xərclər
|
|
|
|
|
|
|
|
2.8.2
|
xaricə ezamiyyətlərlə bağlı xərclər
|
|
|
|
|
|
|
|
2.9.
|
Reklam xərcləri
|
|
|
|
|
|
|
|
2.10.
|
Mühafizə xərcləri
|
|
|
|
|
|
|
|
2.11.
|
Bank xidməti üzrə xərclər
|
|
|
|
|
|
|
|
2.12.
|
Borca və kreditə görə ödənilmiş əsas məbləğlər, o cümlədən
|
|
|
|
|
|
|
|
2.12.1.
|
dövlət zəmanəti ilə alınmış kreditlər üzrə
|
|
|
|
|
|
|
|
2.13.
|
Borca və kreditə görə ödənilmiş faizlər, o cümlədən
|
|
|
|
|
|
|
|
2.13.1.
|
dövlət zəmanəti ilə alınmış kreditlər üzrə
|
|
|
|
|
|
|
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
2.14.
|
Vaxtı keçmiş borca və kreditə görə ödənilmiş faizlər, o cümlədən
|
|
|
|
|
|
|
|
2.14.1.
|
dövlət zəmanəti ilə alınmış kreditlər üzrə
|
|
|
|
|
|
|
|
2.15.
|
Nümayəndəlik xərcləri
|
|
|
|
|
|
|
|
2.16.
|
Kadr hazırlığı xərcləri
|
|
|
|
|
|
|
|
2.17.
|
Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər, o cümlədən
|
|
|
|
|
|
|
|
2.17.1.
|
normativ sənədlərin hazırlanması xərci
|
|
|
|
|
|
|
|
2.18. [15]
|
cari təmir xərcləri
|
|
|
|
|
|
|
|
2.19.
|
Sığorta xərcləri
|
|
|
|
|
|
|
|
2.20.
|
Dividendlərin ödənilməsi, o cümlədən
|
|
|
|
|
|
|
|
2.20.1.
|
büdcəyə ödənilən dividendlər
|
|
|
|
|
|
|
|
2.21.
|
Kapital və maliyyə qoyuluşları, o cümlədən
|
|
|
|
|
|
|
|
2.21.1.
|
tikinti quraşdırma işləri
|
|
|
|
|
|
|
|
2.21.1.1.
|
əsaslı təmir
|
|
|
|
|
|
|
|
2.21.1.2.
|
yeni bina və qurğuların tikinti və quraşdırma işləri
|
|
|
|
|
|
|
|
2.21.2.
|
əsas vəsaitlərin alınması, o cümlədən
|
|
|
|
|
|
|
|
2.21.2.1.
|
avtonəqliyyat vasitələrinin alınmasına
|
|
|
|
|
|
|
|
2.21.2.2.
|
əsas vəsaitlərin əsaslı təmiri
|
|
|
|
|
|
|
|
2.21.3.
|
qeyri-maddi aktivlərin alınmasına
|
|
|
|
|
|
|
|
2.21.4.
|
torpaq sahələrinin alınmasına
|
|
|
|
|
|
|
|
2.21.5.
|
qiymətli kağız və səhmlərin alınmasına, faizli istiqrazlara uzunmüddətli maliyyə qoyuluşları
|
|
|
|
|
|
|
|
2.21.6.
|
digər kapital və maliyyə qoyuluşları
|
|
|
|
|
|
|
|
2.22.
|
Sosial xərclər, o cümlədən
|
|
|
|
|
|
|
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
2.22.1.
|
qeyri-istehsal təyinatlı yaşayış evlərinin, təhsil və səhiyyə obyektlərinin tikintisinə
|
|
|
|
|
|
|
|
2.22.2.
|
qeyri-istehsal təyinatlı obyektlərin əsas vəsaitlərinin yeniləşməsinə və əsaslı təmirinə
|
|
|
|
|
|
|
|
2.22.3.
|
xeyriyyəçilik məqsədilə ödənişlər
|
|
|
|
|
|
|
|
2.22.4.
|
digər sosial xərclər
|
|
|
|
|
|
|
|
2.23.
|
Digər xərclər**
|
|
|
|
|
|
|
|
Dostları ilə paylaş: |