İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında



Yüklə 319,36 Kb.
səhifə3/3
tarix17.11.2018
ölçüsü319,36 Kb.
#83626
1   2   3

 

 

Qeyd.



*    Hər bir iri vergi ödəyicisi tərəfindən fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, daxil-olmaların növlərinə müvafiq bölünməlidir.

** Hər bir iri vergi ödəyicisi tərəfindən fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla açıqlanması smetaya əlavə olunmalıdır.

 

Rəhbərin imzası:

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması



QAYDALARI

1. ÜMUMİ MÜDDƏALAR

1.1.  Bu Qaydalar iri dövlət vergi ödəyicilərinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılmasını tənzimləyir.

1.2.  İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması zəruri məlumatlan və hesabatları almaqla və ilkin sənədləri araşdırmaqla iri dövlət vergi ödəyicisinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş gəlirlər və xərclər smetalarının faktiki və proqnoz göstəricilərinin təhlil edilməsini və qiymətləndirilməsini nəzərdə tutur.

2. MONİTORİNQİN APARILMASI

2.1. İri dövlət vergi ödəyicilərində gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hər il təsdiq etdiyi qrafikə uyğun müddətlərdə Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, aidiyyəti üzrə Energetika Nazirliyinin və Nəqliyyat Nazirliyinin nümayəndələri daxil edilməklə yaradılan işçi qrupu tərəfindən Maliyyə Nazirliyinin vəsiqəsi əsasında aparılır.[16]

2.2. İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması zamanı aşağıdakı göstəricilər araşdırılır;

2.2.1. iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun tərtibi;

2.2.2. malların (işlərin, xidmətlərin) təqdim edilməsindən hesablarına və kassalarına daxil olmuş vəsaitlərin mədaxil və məxaricinin uçotda və gəlirlər və xərclər smetasının icrasına dair hesabatda əks etdirilməsi;

2.2.3. büdcədən ayrılan subsidiyaların öz təyinatına uyğun istifadəsi, qarşılıqlı əvəzləşdirmələr, barter əməliyyatlarının aparılması;

2.2.4.  bank kreditlərinin, ssudaların, investisiyaların və qrantların istifadəsinin vəziyyəti və səmərəliliyi;

2.2.5.  investisiya fəaliyyətinin vəziyyəti;

2.2.6.  büdcə qarşısında olan öhdəliklərin yerinə yetirilməsi, ödənişlərin növbəliliyinə riayət edilməsi;

2.2.7.  maya dəyərinin ayrı-ayrı xərc maddələrinin, o cümlədən xammal və material xərclərinin əsas növləri üzrə icrası və səmərəliliyi;

2.2.8.  dövlət büdcəsindən ayrılmış subsidiya hesabına alınan xammal və materialların təyinatı üzrə istifadəsi;

2.2.9. kapital qoyuluşu çərçivəsində həyata keçirilən layihələrin ekspertizadan keçirilməsinin vəziyyəti;

2.2.10.  yanacaq-sürtkü materiallarının və kommunal xidmətlərin təsdiq olunmuş normalara uyğunluğu və onlardan istifadənin səmərəliliyi;

2.2.11.  təmir xərclərinin təmir aparılan obyektlər üzrə icrası;

2.2.12.  iş və xidmətlərin satınalmasının vəziyyəti;

2.2.13.  əmək ehtiyatlarından istifadənin vəziyyəti;

2.2.14.  sosial xərclərin təyinatı üzrə icrası;

2.2.15.  xeyriyyəçilik məqsədilə aparılan ödənişlərin təyinatı üzrə icrası;

2.2.16.  kapital və maliyyə qoyuluşlarının səmərəliliyi;

2.2.17.  xarici-iqtisadi fəaliyyətin vəziyyəti;

2.2.18.  debitor və kreditor borclarının dinamikası;

2.2.19.  fondların yaradılması və istifadəsi;

2.2.20.  digər xərclərin icrası.

3. MONİTORİNQİN NƏTİCƏLƏRİ

3.1.  İri dövlət vergi ödəyicilərində aparılan gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin nəticələri arayışla rəsmiləşdirilir. Arayış monitorinqin aparılmasını həyata keçirmiş işçi qrupunun üzvləri, habelə iri dövlət vergi ödəyicisinin rəhbəri və digər aidiyyəti şəxsləri tərəfindən imzalanır. Arayışın bir nüsxəsi iri dövlət vergi ödəyicisinin rəhbərliyinə təqdim edilir.

3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və aidiyyəti üzrə Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi monitorinq başa çatdıqdan sonra 30 gün müddətində onun nəticələri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə birgə məlumat təqdim edirlər.

 



 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 sentyabr 2009-cu il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 757)

2.       29 aprel 2010-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 371)

3.       28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190)

4.       15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57)

5.       24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)

6.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

7.       12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745)

8.       13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

9.       11 mart 2016-cı il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69)

10.    13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


* Mötərizədəki rəqəmlər gəlirlər və xərclər smetasının formasındakı müvafiq bəndləri göstərir.

 
[1] 24 sentyabr 2009-cu il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 757) ilə preambulasından «Azəriqaz» QSC-nin» sözləri çıxarılmışdır.

29 aprel 2010-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 371) ilə preambulasından ", "Azərikimya" DŞ-nin" sözləri çıxarılmışdır.

28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə preambulasında “Dövlət Neft Şirkətinin, “Azərenerji” SC-nin, Dövlət Dəmir Yolunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “Azərenerji” ASC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan, səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslərsözləri ilə, “Azərbaycan Hava Yolları” DK-nın” sözləri “Azərbaycan Hava Yolları” QSC-nin” sözləri ilə əvəz edilmişdir və “Xəzər Dəniz Gəmiçiliyinin” sözlərindən sonra “, Bakıelektrikşəbəkə” ASC-nin” sözləri əlavə edilmişdir.

15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57) ilə preambulasında “Xəzər Dəniz Gəmiçiliyinin” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin“ sözləri ilə əvəz edilmişdir.

13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə preambulasında “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745) ilə birinci abzasında "Bakı Metropoliteninin" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilmişdir.

11 mart 2016-cı il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69) ilə preambulasında “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilmişdir.

 

[2] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə 2-4-cü hissələri yeni redaksiyada verilmişdir və yeni məzmunda 4-1-ci hissə əlavə edilmişdir.



 

əvvəlki redaksiyada deyilirdi:



2. İri dövlət vergi ödəyiciləri növbəti ilin gəlirlər və xərclər smetalarının rüblük bölgüdə layihələrini aidiyyəti üzrə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi, habelə Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq olunmaq üçün hər il noyabrın 1-dək Nazirlər Kabinetinə təqdim etsinlər.

3. İri dövlət vergi ödəyiciləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonrakı ayın 25-dək Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və aidiyyəti üzrə Sənaye və Energetika Nazirliyinə və Nəqliyyat Nazirliyinə təqdim etsinlər.

4. Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və aidiyyəti üzrə Sənaye və Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatları təhlil edib nəticəsi barədə 1 ay müddətində Nazirlər Kabinetinə birgə məlumat təqdim etsinlər.

 

14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə 2-ci və 3-cü hissələrdə, 4-cü hissənin birinci və ikinci cümlələrində, 4-1-ci hissədə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə, 7-ci hissədə isə “İqtisadi İnkişaf” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.



 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108) ilə 2-ci, 3-cü hissələrdən, 4-cü hissənin birinci və ikinci cümlələrindən, 4-1-ci və 7-ci hissələrdən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[3] 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə 4-cü (hər iki halda), 4-1-ci və 7-ci hissələrdə “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.



 

[4] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə 2-4-cü hissələri yeni redaksiyada verilmişdir və yeni məzmunda 4-1-ci hissə əlavə edilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:



2. İri dövlət vergi ödəyiciləri növbəti ilin gəlirlər və xərclər smetalarının rüblük bölgüdə layihələrini aidiyyəti üzrə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi, habelə Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq olunmaq üçün hər il noyabrın 1-dək Nazirlər Kabinetinə təqdim etsinlər.

3. İri dövlət vergi ödəyiciləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonrakı ayın 25-dək Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və aidiyyəti üzrə Sənaye və Energetika Nazirliyinə və Nəqliyyat Nazirliyinə təqdim etsinlər.

4. Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və aidiyyəti üzrə Sənaye və Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatları təhlil edib nəticəsi barədə 1 ay müddətində Nazirlər Kabinetinə birgə məlumat təqdim etsinlər.

 

[5] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”nın 1.5-ci bənd yeni redaksiyada verilmişdir.



 

əvvəlki redaksiyada deyilirdi:



1.5. Dövlət büdcəsindən ayrılan subsidiyalar (1.4.) bəndində hər il üzrə təsdiq olunmuş dövlət büdcəsi haqqında enerji və nəqliyyat sektoruna nəzərdə tutulmuş subsidiyaların hesabat dövründə istifadə olunmuş məbləğləri göstərilməlidir. Dolayı subsidiyalar “Enerji və qaz sektoru üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektorlara ediləcək dolayı subsidiyanın verilməsi mexanizmi”nə müvafiq rəsmiləşdirildikdən sonra smetada öz əksini tapmalıdır.

 

[6] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na yeni redaksiyada 1.6-ci bənd əlavə edilmişdir.

 

[7] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”nın 2.19-cu bəndin birinci cümləsində “bəndində” sözündən sonra “cari” sözü əlavə edilmişdir və ikinci cümləsində “Təmir xərclərinə təmirlə bağlı bütün xərclər” sözləri “Bu xərclərə cari təmirlə bağlı bütün xərclər” sözləri ilə əvəz edilmişdir.



 

[8] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”nın “3. “Gəlirlər və daxilolmalar” və “Xərclər” bölməsinin tərtibinə dair açıqlamaların və arayışın tərtibi” bölməsinə yeni məzmunda 3.1.14-cü və 3.1.15-ci yarımbəndlər əlavə edilmişdir.

 

[9] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Gəlirlər və daxilolmalar” bölməsinin 1.4-cü bəndində “subsidiyalar” sözü “vəsaitlər” sözü ilə əvəz edilmişdir və həmin bəndə yeni məzmunda 1.4.1 - 1.4.3-cü yarımbəndlər əlavə edilmişdir.



 

[10] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Gəlirlər və daxilolmalar” bölməsinə yeni məzmunda 1.5-ci bənd əlavə edilmişdir.

 

[11] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Xərc istiqamətləri” bölməsinin 2.1-ci, 2.4-cü, 2.7-ci, 2.21-ci, 2.22-ci bəndlərindən və 2.21.2-ci yarımbəndindən “, o cümlədən” sözləri çıxarılmışdır.



 

[12] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Xərc istiqamətləri” bölməsinə yeni məzmunda 2.1.7-ci yarımbənd əlavə edilmişdir.

 

 

[13] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Xərc istiqamətləri” bölməsinin 2.2-ci bəndi yeni redaksiyada verilmişdir.



 

əvvəlki redaksiyada deyilirdi:



2.2. Əməkhaqqı və ona bərabər tutulan ödənişlər, o cümlədən

2.2.1. gəlir vergisi

2.2.2. sosial sığorta haqları

 

[14] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Xərc istiqamətləri” bölməsinə yeni məzmunda 2.8.1-ci, 2.8.2-ci, 2.21.1.1-ci, 2.21.1.2-ci, 2.21.2.2-ci, 2.21.6-cı və 2.22.4-cü yarımbəndlər əlavə edilmişdir.



 

[15] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Xərc istiqamətləri” bölməsinin 2.8-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.18. Təmir xərcləri

 

[16] 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması Qaydaları”nın 2.1-ci və 3.2-ci bəndlərində “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.



 

14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması Qaydaları”nın 2.1-ci bəndində “İqtisadi İnkişaf” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye” sözləri ilə, 3.2-ci bəndində isə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.



 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması Qaydaları”nın 2.1-ci və 3.2-ci bəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.
Yüklə 319,36 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin