İsa Musayev, Mətləb Əlizadə


  8.7.9. VB texnologiyalarının inkişaf perspektivləri



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə145/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   166
 


199 
8.7.9. VB texnologiyalarının inkişaf perspektivləri 
40-ildən artıq inkişaf tarixi olmasına baxmayaraq, VB texnologiyaları bu gün də
inkişaf etməkdədir. Bu, ilk növbədə, hesablayıcı və kommunikasiya texnikasının yüksək 
sürətlə inkişafı ilə bağlıdır. 
Son illərdə Veb mühitində işləyən telekommunikasiya müraciətli VB sistemlərinin 
yaradılması geniş vüsət almışdır. Bu, naqilsiz rabitə kanallarının tətbiqi ilə bağlıdır. 
Aktual istiqamətlərdən biri də çox böyük VB-lərin idarə edilməsi texnikasının 
yaradılmasıdır. Bu sistemlər kosmik tədqiqatlar, molekulyar biologiya, zərrəciklər fizikası 
və Yer səthinin aerofotoçəkilişi sferalarında mövcuddur və gələcəkdə kommersiya 
sferasına da tətbiq ediləcəyi istisna edilmir.
 
8.8. Mətni axtarış texnologiyaları 
8.8.1. Mətni axtarış texnologiyalarının əsasları 
Cəmiyyətdə informasiya mübadiləsi əsas etibarı ilə mətn formasında həyata 
keçirilir. Buna görə də müasir informasiya sistemlərinin informasiya resurslarının 
olduqca böyük hissəsini mətn informasiyası təşkil edir. 
İnformasiya sistemlərinin ilk inkişaf mərhələlərindən mətn informasiyasının 
səmərəli saxlanması, emalı və axtarışı texnologiyalarının işlənib hazırlanmasına xüsusi 
diqqət yetirilmişdir. 
Mətn informasiyası ilə işləyən informasiya sistemləri arasında ən geniş yayılmış 
mətni axtarış sistemləridir. Bunların vəzifəsi istifadəçini maraqlandıran təbii dildə olan 
sənədləri kompüterdə saxlanan mətn sənədləri kolleksiyasından tapıb təqdim etməkdən 
ibarətdir. Mətni axtarış sistemlərinin inkişafı elmi-tədqiqat və təhsil sferalarında avto-
matlaşdırılmış kitabxana sistemlərinin yaranmasına səbəb oldu. 
Son illərdə isə bu sistemlər daha geniş diapazonda tətbiq edilir.
Ötən əsrin 50-ci illərində yaradılan ilk avtomatlaşdırılmış informasiya sistemləri 
başlıca olaraq informasiya axtarışını reallaşdırdığına görə, informasiya-axtarış sistemi 
adlanırdı. Bunlar 2 yerə: sənədli və faktoqrafik axtarış sistemlərinə bölünürdü ki, bunla-
rın haqqında yuxarıda bəhs edilmişdir. 
Mətni axtarış texnologiyalarında təbii dilin emalı əhəmiyyətli yer tutur. Bu, təbii 
dildəki mətnin kompüter tərəfindən dərki, təhlili və mətn üzərində müxtəlif əməliyyat-


200 
ların icrası, həmçinin mətnin kompüter yaddaşına generasiyası ilə bağlı işləri əhatə edir. 
Bu məsələlər isə süni intellekt sahəsinə aiddir.
Müasir mətni axtarış texnologiyalarında mətni təhlil etmək üçün təkcə linqvistik 
aparat deyil, həmçinin statistik metodlar, riyazi məntiq və ehtimal nəzəriyyəsi, klaster 
təhlili, süni intellekt metodları və verilənlərin idarə edilməsi texnologiyaları tətbiq edilir. 
İnformasiya supermagistralı üzrə işlər, xüsusilə də, 1990-cı illərin ortalarında bir 
sıra dünya ölkələrində meydana çıxan elektron kitabxanalar mətni axtarışa marağı kəskin 
şəkildə artırdı. Qlobal kompüter şəbəkələrində, Veb-də mətni axtarış, multidilli axtarış 
istiqamətləri yarandı.
50 illik tarixi ərzində deskriptorlu informasiya-axtarış sistemlərindən tammətnli 
axtarış sistemlərinədək böyük bir inkişaf yolu keçilmişdir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin