İsa Musayev, Mətləb Əlizadə


Uzaq terminalın emulyasiyası



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə153/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   166
Uzaq terminalın emulyasiyası. Bu servis istifadəçiyə uzaq terminalla öz kompüteri 
ilə işlədiyi kimi işləməyə imkan verir. Uzaq terminalın emulsiyası telnet protokolunun 
köməyi ilə həyata keçirilir. 
Bunlarla yanaşı, İnternetdə GopherArchie və WAIS kimi ilk informasiya servisləri 
də hələ fəaliyyətdədir. Bu servislər istifadə sarıdan xeyli zəifləsə də hələ nəzərəçarpacaq 
dərəcədə istifadəçiləri öz ətrafında saxlamaqdadırlar. 
Gopher servisi. Bu, vahid inteqrasiya edilmiş istifadəçi interfeysinin köməyi ilə 
elektron poçt, ftptelnet və s. servislərə müraciəti mümkün edir. Müştəri proqramı olan 
Gopher özünəməxsus axtarış vasitələrinə, şəbəkə naviqasiyasına və menyüyə malik 
olduğundan, çox zaman onu şəbəkə proqram örtüyü də adlandırırlar. 
Archie servisi. Bu, Archie-serverin yaddaşındakı disk kataloqlarının strukturu
oradakı faylların adları və müəllifləri barədə məlumat almağa imkan verir. Archie servisi 
müştəri sorğuları üzrə fayl axtarmağı təmin edir.
WAIS servisi. Bu, Wide Area Information Server adlı, interaktiv interfeysli, tam-
mətnli aidi axtarış sistemidir. 
Lakin artıq qeyd etdiyimiz kimi, bu servislər Veb tərəfindən sıxışdırılmışdır. Veb-
brauzerlər adlanan veb-in müştəri proqram vasitələri həmin servislərə müraciəti təmin 
edir.
Ümumdünya hörümçək toru. İnformasiya servisi layihəsi şəklində meydana çıxan 
və sonra Ümumdünya hörümçək toruna çevrilən qlobal kompüter şəbəkəsi görünməmiş 
sürətlə inkişaf etməkdədir. Bu inkişafın səbəbi təkcə aktuallıq deyil, həm də Veb 
texnologiyasının aşağidakı üstünlükləridir: 
İnformasiya resurslarına qlobal müraciətin təmin edilməsi; 
Müraciət vaxtına hədd yoxdur, istənilən vaxt müraciət mümkündür; 
Müxtəlif tematikalara aid olan iri həcmli informasiya resurslarına sərbəst müraciət 
imkanının olması; 


209 
Naviqasiya üsulunun sadə və təbiiliyi; 
Sistemin açıq xarakterli olması – Veb açıq sistem standartlarına əsaslanır; 
İnformasiya resurslarının çap edilməsi üçün sistemin açıq olması (Veb-də heç bir 
mərkəzi idarəetmə orqanı yoxdur, bu, başdan-başa könüllülər sistemidir); 
Veb-də informasiyanın nəşrə hazırlanmasının sadəliyi; 
Həm server, həm də müştəri proqram təminatına azad müraciətin mümkünlüyü; 
İnformasiya resurslarının paylanması amilinin istifadəçi üçün şəffaflığı və aparat-
proqram platformalarının yekcins olmaması; 
İstifadəçidən tələb olunan ixtisas səviyyəsinin minimumluğu və s. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin