205
dərəcədə uyğun gələn sənədləri sorğuya yaxınlıq dərəcəsinə görə ardıcıl düzmək lazım
gəlir.
Relevantlıq üzrə əks-əlaqə. Bu, axtarışın nəticəsi istifadəçini təmin etmədikdə sor-
ğunu dəqiqləşdirmək üçün yaradılan imkandır.
Yəni axtarışın nəticəsi kimi təqdim
edilmiş sənədlərin siyahısında istifadəçini təmin etməyən sənədlərin qeyd edilməsi yolu
ilə axtarışın dəqiqləşdirilməsi həyata keçirilir.
İstifadəçi sorğularının avtomatik genişləndirilməsi. Bu, istifadəçi sorğusuna avto-
matik əlavələr edilməsi yolu ilə edilir və axtarışın səmərəliliyini artırır.
Sənədlərin avtomatik indeksləşdirilməsi. Bu, işi əhəmiyyətli dərəcədə sürətləndirir.
Multi-dilli axtarış. Bu, bir neçə təbii dildə təqdim edilmiş sənədləri
axtarmağa im-
kan verir. Burada əsas problem sənəd və ya onun fraqmentinin hansı dildə tərtib edil-
diyini düzgün təyin etməkdən ibarətdir.
Kross-dilli axtarış. Bu o halda tətbiq edilir ki,
sorğu bir dildə, axtarılan sənəd isə
başqa dildə tərtib edilmiş olsun. Burada, ilk növbədə, sorğu və sənədin hansı
dillərdə
tərtib edildiyi müəyyən edilir, sonra ya sorğu sənədin,
ya da sənəd sorğunun dilinə
tərcümə edilir.
VB sistemlərində mətni axtarış. VB resurslarının mətn sənədləri kolleksiyaları ilə
inteqrasiya edilməsi mühüm əhəmiyyət daşıyır. Bir sıra relyasiyalı və obyekt-relyasiyalı
serverlərdə, məsələn,
İBM kompaniyasının
DB2,
Oracle kompaniyasının
Oracle Corp.,
Microsoft Corp. kompaniyasının
SQL Server 7.0 və
SQL-server 2000 VBİS-lərində
mətni axtarış mexanizmləri mövcuddur. Lakin bu sistemlərdəki axtarış yalnız məntiqi
(bul) modelə əsaslanır.
Veb-də mətn resurslarının axtarışı. Veb resursları zənginləşdikcə bu mühitdə mətni
axtarış aktuallaşır. Çünki ənənəvi naviqasiya mexanizmləri informasiya resurslarına
kifayət qədər operativ müraciəti təmin etmir.
Veb mühitində ilk mətni axtarış
axtarış
maşınları vasitəsilə icra edilirdi və bu zaman yalnız aidi axtarış aparmaq mümkün idi.
Sonralar
Veb mühitində məntiqi (bul) axtarışı tətbiq edildi. Hal-hazırda bir sıra universal
və predmet oblastına yönəldilmiş
Veb-axtarış sistemləri mövcuddur. Bunlardan: çoxdilli
AltaVista,
Yahoo!, Google və s. nəhəng axtarış sistemlərini misal göstərmək olar.
Sözügedən istiqamətdə növbəti ciddi uğurlar
XML platforması standartlarına
əsaslanan yeni nəsil texnologiya ilə bağlı olacaqdır. Çünki bu texnologiya axtarış
―çoxüzlülüyünü‖ (çoxindeksliliyini) azaltmağa imkan verir.