3.6.4 İnformasiyanın yazılıb oxunmasının maqnit prinsipi. Çevik və sərt maqnit
disklərindəki (vinçesterdəki) yığıcılar ferromaqnitə əsaslanır. Lazımi şəraitdə bu disklər
informasiyanı 10 illər boyu saxlaya bilir.
3.6.4.1 Çevik maqnit diskləri. Bunlar plastik kütlədən hazırlanmış korpus daxilində
quraşdırılmış fırlanan maqnit diskləri idi, informasiyanı bir kompüterdən digərinə
köçürmək üçün istifadə edilirdi.
3.6.4.2 Sərt maqnit diskləri (vinçester). Vincester dəmir korpus daxilində bir ox
üzərində yerləşdirilmiş böyük sürətlə fırlana bilən çoxsaylı maqnit diskləri paketidir.
Vinçesterin tutumu 150 Qbayta çatır. Yazıb oxuma sürəti saniyədə 133 Mbayt təşkil edir.
Fırlanma sürəti dəqiqədə 7200 dövrdür.
3.6.5 İnformasiyanın yazılıb oxunmasının optik prinsipi. CD-ROM və DVD-ROM kimi lazer diskovodları optik prinsiplə işləyir. CD-ROM 650 Mbayt informasiya tutumuna
malikdir. Saniyədə 150 Kbayt informasiya oxuya bilir. 52 sürətli CD-ROM-lar adi CD-
ROM-lardan 52 dəfə sürətlə (saniyədə 7,8 Mbayt) oxuyur. DVD-ROM 17 Qbayt həcmə
malikdir.