3.6. Kompüterin aparat həlli Müasir fərdi kompüter stolüstü (desktop), portativ (notebook) və cibdəgəzdirilən
(handheld) variantlarda yaradılmışdır.
3.6.1 Kompüterin sistem bloku. Stolüstü kompüterin bütün əsas komponentləri
82
sistem blokunda yerləşir. İnformasiya mübadiləsi üçün magistral da sistem bolkunda
reallaşdırılmışdır. Prosessorun və operativ yaddaşın, həmçinin xarıci qurğuların
kontrollerlərinin qoşulması üçün qovşaqlar da sistem blokundadır.
3.6.2 Prosessorun, sistem şini və periferya qurğuları şininin tezliyi. Kompüterin
müxtəlif komponentlərinin sürəti bir-birindən kəskin fərqlənir. Bu qurğuları bir-birinə
uyğunlaşdırmaq üçün sistem platasında xüsusi mikrosxemlər (çipsetlər) quraşdırılmışdır.
Çipsetlərdə ―şimal körpüləri‖ deyilən operativ yaddaş kontrollerləri və ―cənub körpüləri‖
adlanan periferiya qurğularının kontrollerləri yerləşir. ―Şimal körpüsü‖ sistem şini vasitə-
silə prosessorla operativ yaddaş arasında informasiya mübadiləsi yaratmağa imkan verir.
Prosessorda daxili tezlik hasilinidən (vurulmasından) istifadə edildiyindən, prosessorun
tezliyi sistem şininin tezliyindən bir neçə dəfə artıq olur. Müasir kompüterlərdə
prosessorun tezliyi sistem şininin tezliyindən 10 dəfə çoxdur. Məsələn, prosessorun tezliyi
1 QHs, sistem şininin tezliyi 100 MHs-dir
83
.