109
materiala səsin qoşulması, titr və subtitrlərin əlavə edilməsi üçün nəzərdə
tutulmuşdur. Bu sistemlərin bəzi kateqoriyaları tədris, sorğu və əyləncə sistemləri
və proqramları şəklində mövcuddur. Bunların xarakterik cəhəti geniş spektrdə
multimediya vasitələri ilə təcchiz olunmasıdır.
17.
İnstrumental dillər və proqramlaşdırma sistemləri. Bu vasitələr yeni proqramların
tərtib edilməsi üçün nəzərdə tutulmuşdur. Bu sistemlərin köməyi ilə tərtib edilmiş
proqramı kompüter ―anlayır‖ və maşın kodunda icra edir. Hər bir əmr 1 və 0-lar
sırası şəklində verilir. Proqramın maşın dilində yazılması qətiyyən münasib deyildir.
Buna görə də proqram insana aydın olan dildə, yəni instrumental dildə, başqa sözlə,
alqoritmik dildə və ya proqramlaşdırma dilində tərtib edilir və sonra translyator
adlanan xüsusi proqram vasitəsilə proqram mətni maşın koduna tərcümə edilir ki,
buna da proqramın translyasiya edilməsi deyilir. Translyatorlar 2 tip olur: 1)
interpretatorlar və 2) kompilyatorlar. İnterpretator proqramdakı bir operatoru
oxuyur, təhlil edir və həmin anda iccra edir. Sonra növbəti operatoru oxuyur və s.
Kompilyator isə proqramı tamamilə oxuyub təhlil etdikdən sonra proqramın icrasına
başlayır. İnstrumental dillər aşağı səviyyəli (maşın dilinə yaxın) və yüksək səviyyəli
(insan dilinə yaxın) olmaqla 2 qrupa bölünür. Aşağı səviyyəli dillərə assemblerlər,
yüksək səviyyəli dillərə isə Pascal, Basic, C/C++, VB dilləri və s aiddir.
Proqramlaşdırma sistemlərinə translyatorlardan əlavə, mətn redaktorları, yerbəyer
(komponovka) edici, standart proqramlar kitabxanası, sazlayıcı, proqramlaşdırmanın
avtomatlaşdırılmasını vizuallaşdıran vasitələr daxildir. Belə sistemlərə nümunə
olaraq Delphi, Visual Basic, C++, VisualFoxPro və s göstərilə bilər.
Dostları ilə paylaş: